Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:02

Bakıda icarə haqları kəskin düşür


►"Ötən ilə qədər obyekti 14 min 700 manata icarəyə verirdik. İndi ayı 10 min manata adam tapmırıq"

Bakının mərkəzində, necə deyərlər, işlək obyektlərin bir çoxunun qapı-pəncərəsində “icarəyə verilir” elanları gözə dəyir.

Hökumət evinin arxası – Üzeyir Hacıbəyov küçəsində əvvəllər qızıl və digər zinət əşyaları satılan dükanların az qala hamısında bu cür elanlara rast gəlmək olur. Belə dükanlardan birinin sahibi (adının çəkilməsini istəmədi) deyir ki, ötən il ayı 2500 manata verdiyi 30 kvadrat metrlik obyektə 4 aydır 1500 manatdan icarəçi tapa bilmir.

"6-7 AYDIR VƏZİYYƏT LAP PİSLƏŞİB"

Ayrı bir dükan sahibi deyir ki, icarə qiymətlərini endirmək də müştəri tapmaq istəyənlərə kömək edə bilməyib.

"Bizim oybekt şəhərin mərkəzində - Rəsulzadə küçəsində yerləşir. Ötən ilə qədər obyekti 14 min 700 manata icarəyə verirdik. İndi ayı 10 min manata verə bilmirik. 195 kvadrat metrlik obyektdir. 6-7 aydır vəziyyət belədir. Bir icarəçi tapdıq, o da iki ay işləyib çıxdı. Alış yoxdur deyə, camaat obyektləri boşaldır. Bu da iqtisadi vəziyyətə görədir".

Buna da bax: Yeni vergi qaydaları ev alıb-satanlara sərf edirmi?

BİR İLDƏ 23 FAİZLİK UCUZLAŞMA...

Bu ilin noyabrında Bakıda kommersiya məqsədi ilə istifadə edilən əmlakın satış qiyməti orta hesabla 2 faiz, icarə qiyməti isə 3 faiz aşağı düşüb. Buna səbəb kimi ölkə iqtisadiyyatındakı böhran göstərilir.

2014-cü ilin avqustundan dünya bazarında neft ucuzlaşır. Bu da, özəlliklə, neftdən asılı olan ölkələrin iqtisadiyyatına təsir edib.

"MBA" Konsaltinq və Qiymətləndirmə Şirkətinin hesablamalarına görə, qeyri-yaşayış obyektlərində həm satış, həm də icarə qiymətləri aşağı düşür. Ötən bir ildə Bakıda haradasa 23 faizlik ucuzlaşma müşahidə olunub.

Bakının mərkəzi rayonlarında icarə verilən dükanlar (Fotolar)

Bakıda icarə haqları düşür
Bakıda icarə haqları düşür

XS
SM
MD
LG