Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:23
Arif Məmmədov - 2014
Arif Məmmədov - 2014

AzadlıqLive - Eks-diplomat naziri qətiyyətsizlikdə günahlandırır

Azərbaycanda və dünyada baş verən xəbərlər...

Azərbaycanda və dünyada baş verən xəbərlər...

Sərin sular bahalandı

“Azərbaycan Coca-Cola Bottlers” MMC sentyabrın 7-dən sərinləşdirici içkilərin qiymətini artırıb. 30 qəpiklik Cola indi 35 qəpik olur. “Coca-Cola” şirkəti bu ilin 8 ayı ərzində artıq ikinci dəfədirki qiymətləri artırır. İlk qiymət artımı yanvar ayının 24-də olmuşdu. Ən çox diqqət çəkən məqam sadə suyun (Bonaqua ) yanvardan bəri 50% bahalanmasıdır.

Qəzetin prezidenti səhv anlaması aranı qatdı

Erdogan A-Haber kanalına canlı müsahibəsində Türkiyədəki son qarşıdurmanı şərh edərək deyib ki, “əgər onun partiyası 400 yer alsaydı (və bu da konstitusiyaya dəyişikliyə imkan verirdi), onda vəziyyət başqa olacaqdı”.

“Hürriyyət” qəzeti bu şərhdən belə nəticə çıxarıb ki, Erdogan türk əsgərlərinin ölümünə gətirən Dağlıcadakı hücumu nəzərdə tutur.

“Hürriyyət” bununla bağlı social mediada belə bir tvit qoyub: “ Erdogandan Dağlıca şərhi: 400 yer qazanılsa idi, bu olmazdı”. "Hürriyət"-in bu şərhi Erdoganı qəzəbləndirib. 150 AKP tərəfdarı qəzetin İstanbuldakı redaksiyasına hücum çəkib.

Sumqayıtda içərisində körpə olan çanta tapılıb

Sentyabrın 6-da Sumqayıt şəhərinin Koroğlu prospektində içərisində qız uşağı olan çanta tapılıb.Daxili İşlər nazirliyinin məlumatına görə, çantada həm də geyim əşyaları və 1 yaşlı Dərya Məmmədovanın adına verilmiş doğum haqqında şəhadətnamə olub. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda kredit götürənlərin sayı 2,5 milyona yaxınlaşır

Azərbaycanda 2 milyon 472 min 302 nəfər kredit götürüb. Azvision.az xəbər verir ki, bu barədə Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 2015-ci il avqustun 1-nə olan bülletenində məlumat verilir.2015-ci ilin fevralın 1-nə borcalanların sayı 2 milyon 342 min 233 nəfər, martın 1-nə 2 milyon 366 min 967 nəfər, aprelin 1-nə 2 milyon 389 min 292 nəfər, mayın 1-nə 2 milyon 414 min 122 nəfər, iyunun 1-nə 2 milyon 434 min 759 nəfər olub.

Davamı

XS
SM
MD
LG