Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:44
Arif Məmmədov - 2014
Arif Məmmədov - 2014

AzadlıqLive - Eks-diplomat naziri qətiyyətsizlikdə günahlandırır

Azərbaycanda və dünyada baş verən xəbərlər...

Azərbaycanda və dünyada baş verən xəbərlər...

Ermənistan Suriya ermənilərini Dağlıq Qarabağa yerləşdirir

BBC BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının (UNHCR) məlumatına istinadən bildirir ki, azı 15 min suriyalı Ermənistanda sığınacaq tapıb. Onlar Ermənistanın və Azərbaycandan işğal olunmuş Dağlıq Qarabağın ərazisində məskunlaşdırılırlar.Ətrfalı burada

Britaniya mediası silah yarmarkasına Azərbaycanın dəvət olunmasını pisləyir

“The İndependent” qəzeti yazır ki, Birləşmiş Krallıq Ticarət və İnvestisiya Departamenti nüfuzlu London Silah Yarmarkasına insan haqlarının vəziyyəti “dəhşətli olan ölkələri” dəvət edib.

Məqalədə bildirilir ki, hökumət dəvətliləri arasında Azərbaycan, Qazaxıstan, Misir və Tayland kimi ölkələrin nümayəndələri də var.“The İndependent” yazır ki, 2013-cü ildə bu sərgiyə dəvət olunmayan Azərbaycan və Misirə bu dəfə dəvətnamələr verilib.

Əli Həsənov: "Avropa parlamenti oyuncağa çevrilib"

«Avropa Parlamenti artıq reallıq hissini itirib və Qərbin müxtəlif dairələrinin əlində oyuncağa çevrilib».

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyiqətnamə barədə AZƏRTAC-a açıqlamasında belə deyir.

Əli Hüseynli: “Bu dəfəki qətnamə daha qərəzlidir və bəzən təhqiramizdir"

“Avropa Parlamentinin dünənki qətnaməsi hələ ilk Avropa Oyunları ərəfəsində Qərbin Azərbaycana qarşı apardığı qərəzli siyasətin davamıdır və biz bunu öncədən proqnozlaşdırmışdıq. Sadəcə, budəfəki qətnamə Azərbaycan dövləti və Azərbaycan hakimiyyəti haqqında daha qərəzli, bəzən isə təhqiramiz ifadələrlə müşayiət olunur. Onlar əmin ola bilərlər ki, həm milli səviyyədə, həm də Avropadakı tədbirlərdə onların adekvat cavabı veriləcək”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Davamı

XS
SM
MD
LG