Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:37

Trampın qələbəsi İranda təlaş doğurub


"Həmşəhri" qəzetində "Qatilin qayıdışı" başlığı ilə həbsxana paltarı geyinmiş Trampın şəkli.
"Həmşəhri" qəzetində "Qatilin qayıdışı" başlığı ilə həbsxana paltarı geyinmiş Trampın şəkli.

"Maksimum basqı" kampaniyasının kuratoru Brayan Huk Dövlət Departamentində prezident seçilmiş Trampın keçid komandasına başçılıq edə bilər. ABŞ mediasında yayılan bilgilərinə görə, Hukun dövlət katibi vəzifəsinə namizəd göstərilməsi də mümkündür.

"İran xarici siyasətində köklü dəyişikliklər və milli güvənlik barədə düşünməli olacaq", - Cenevrə Ali Təhsil İnstitutunun böyük əməkdaşı Farzan Sabet belə deyib.

2017-2021-ci illərdə Tramp administrasiyası İrana "maksimum basqı" kampaniyasını gerçəkləşdirib.

Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun araşdırmaçısı Həmidrza Əzizi güman edir ki, Tramp İranla qarşıdurmada İsrailin baş naziri Benyamin Netanyahuya sərbəstlik verəcək.

Bəzi mühafizəkar İran qanunvericiləri və KİV-ləri Trampa qarşı nifrətlərini qizlətməməyə çalışıb.

Birinci prezidentliyi dövründə Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və ABŞ səfirliyini bu mübahisəli şəhərə köçürüb. O, beləcə, ABŞ-ın onillərlə sürən siyasətinin üstündən xətt çəkıb.

Di gəl, İran hələ də ABŞ-ın sərt siyasətinin nəticələrini hiss edəcək. Teokratik rejim çökən iqtisadiyyatla yanaşı, getdikcə artan daxili narazılıqlarla və başlıca düşməni İsrailin təhdidləri ilə üzləşib.

Trampla sövdələşmək də olar?

İran liderlərini Trampla danışıqlar aparmaq barədə düşünməyə səsləyənlər də var. Özəlliklə Qərblə münasibətləri yaxşılaşdıracağına söz verən prezident Pezeşkiana üz tutulur.

İranın siyasətçi və ekspertləri arasında Trampla asanlıqla saziş bağlana biləcəyini düşünənlər, onu sövdələşməyə meylli şəxs sayanlar da var, bunun əksini söyləyənlər də.

Bir qrup etirazçı İran Xarici İşlər Nazirliyinin qarşısında keçirilən mitinqdə ABŞ prezidenti Donald Tramp və o vaxt prezident seçilmiş Co Baydenin fotolarını yandırırlar. 2020
Bir qrup etirazçı İran Xarici İşlər Nazirliyinin qarşısında keçirilən mitinqdə ABŞ prezidenti Donald Tramp və o vaxt prezident seçilmiş Co Baydenin fotolarını yandırırlar. 2020

Tramp ilk dəfə prezident olanda İranın nüvə və raket proqramlarına basqıları artırmış və ölkəyə qarşı genişmiqyaslı sanksiyalar tətbiq etmişdi.

Həmin vaxt Tramp ölkəsini Tehran və dünya gücləri arasındakı nüvə sazişindən çıxararaq məşhur Qasım Süleymaninin öldürülməsi əmrini vermişdi.

İran ABŞ-dakı prezident seçkiləri və onun nəticələrini ciddi saymasa da, Trampın möhtəşəm qələbəsi Tehran üçün önəmli fəsadlara yol aça bilər. AzadlıqRadiosunun əməkdaşı Kian Şərifi bunun səbəblərinə toxunur.

İran və İsrail son aylarda bir-birinə qarşı birbaşa hava hücumları gerçəkləşdirirb. Bu da iki ölkə arasında regional ölüm-dirim savaşı riskini artırıb.

İran XİN Ağ evə qayıdan Trampın "əvvəlki yanlış siyasətini yenidən nəzərdən keçirmək" imkanı qazandığını bildirib.

İran get-gedə güvənliksiz ölkəyə çevrilir?

Seçki kampaniyası zamanı Tramp İranla bağlı qarışıq siqnallar verıb. O, ölkədən əsər-əlamət saxlamayacağını desə də, Tehranla müzakirələrə açıq olduğunu da bildirib. İranın "uğurlu" olmasını arzuladığını söyləyən Tramp əlavə edib ki, Tehranın nüvə silahı ola bilməz.

Sərt mövqeyi ilə seçilən millət vəkili Malek Şəriəti X sosial şəbəkəsində sonradan sildiyi paylaşımında "Trampa ölüm" sözlərini yazıb. Mühafizəkar "Həmşəhri" qəzeti "qatilin geri qayıdışı"nı pisləyib. Qəzet Süleymaninin qətlində Trampın roluna işarə edib.

Tehranda yaşayan siyasi təhlilçi Həmid Asefi AzadlıqRadiosunun "Fərda" xidmətinə deyib ki, bəzi dini rejim tənqidçiləri Trampın İslam Respublikasını çökdürməyə kömək edəcəyinə ümid bəsləyirlər. Ancaq bu, reallıqdan uzaqdır, axı Trampın İran siyasətini heç vaxt rejimin dəyişməsi ilə əlaqələndirməyib.

Trampın prezident seçilməsinin Tehran üçün heç nəyi dəyişmədiyini deyən prezident Məsud Pezeşkian İranın müsəlman və qonşu ölkələrlə münasibətlərini gəlişdirməsini öncəlik sayıb.

XS
SM
MD
LG