Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:21

İranda dükan sahibləri polislə toqquşub


İranda azərbaycanlı fəal: "Burda bazarlar bağlanıb"
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

İranda azərbaycanlı fəal: "Burda bazarlar bağlanıb"

İranın qərbi Sənəndəc şəhərində tətil edən dükan sahibləri onların mağazalarını möhürləməyə gəlmiş polis qüvvələri ilə toqquşub. Hadisə dekabrın 8-də baş verib. Bundan öncə ölkədə üç günlük ümummilli tətil elan edilmişdi.

Norveçdə yerləşən, İranın kürd vilayətlərində insan haqları pozuntularının monitorinqini aparan “Hengaw” təşkilatının məlumatına görə, toqquşmalardan sonra dükan sahibləri polisin möhürünü qırıb, dükanlarını yenidən açıblar.

Üçgünlük tətil

Etirazlar sentyabrın 16-d 22 yaşlı Məhsa Əmini polisdə öləndən sonra başlanıb. Qadının guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlandığı, bu zaman döyüldüyü bildirilirdi.

Ölkədə 1979-cu ilin islam inqilabından bəri ən böyük etirazlardan biri davam etməkdədir. İlkin olaraq Əmininin Kürdüstan vilayətindəki Saqez şəhərindən başlayan etirazlar ölkəyə yayılıb. Tehran isə dəlil göstərmədən iddia edib ki, İraqın şimalında kürd qrupları nümayişlərə dəstək verir.

Dekabrın 5-dən 7-dək elan edilmiş tətillərə dükan sahibləri, fəhlələr, tələbələr qoşulublar. AzadlıqRadiosunun Radio Fırda xidmətinin İsfahan şəhərindən əldə etdiyi videoda təhlükəsizlik qüvvələrinin bəzi mağazalar üzərinə yapışdırdığı “nəzarət altında”, “vətən xaini” sözləri oxunur.

Tətil vaxtı təhlükəsizlik qüvvələri müxtəlif bazarlarda reydlər keçirib, tətilin yayılmasını önləməyə çalışıblar.

Daha sərt tədbirlər təhdidi

İran Hüquq-Mühafizə Komandanlığının rəisi isə etirazçılara qarşı daha qətiyyətlə tədbir görüləcəyi ilə hədələyib.

Amin Polis Akademiyasında çıxışında Hüseyn Aştari deyib ki, indiyədək təhlükəsizlik qüvvələri etirazçılarla təmkinli davranıblar.

Ancaq insan haqları qrupları onlarla azyaşlı daxil olmaqla, 450-dən çox insanın öldürüldüyünü bildirir.

Aştari qeyd edib ki, polis sıravi vətəndaşların təhlükəsizliyini “qırmızı xətt” çəkərək bunu “hədəfə alanlarla sərt davranacaq”.

İranda deputatlar da etirazçılara qarşı sərt, hətta ölüm cəzasının tətbiqinə çağırışlar ediblər.

Dekabrın 8-də 24 yaşlı Mohsen Şekari edam olunub. Bu, etirazlarla bağlı ilk edam idi.

“Amnesty International” insan haqları təşkilatı etirazlarla əlaqədar üçü uşaq olmaqla azı 28 nəfərin edam oluna biləcəyini bildirir.

XS
SM
MD
LG