Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:31

İran ABŞ vaksinindən istifadəyə icazə verdi


Bundan əvvəl İranın ali rəhbəri ayətüllah Əli Xameneyi Britaniya və Birləşmiş Ştatlarda istehsal olunan vaksinlərdən İranda istifadəni qadağan etmişdi

İran hakimiyyəti ABŞ əczaçılıq nəhəngi Johnson & Johnson şirkətinin koronavirusa qarşı vaksinindən ölkədə istifadə olunmasına cavab verib.

İran hazırda COVID-19 yoluxmalarının beşinci dalğasını yaşayır.

İranın Qida və Dərman Administrasiyasının başçısı Məhəmməd Reza Şanesaz sentyabrın 16-da deyib ki, "Johnson & Johnson vaksinin koronavirsa qarşı vaksininin 1 dozası ilə peyvəndləməyə icazə verilib”.

Şanesaz əlavə edib ki, eyni zamanda əhalinin peyvəndlənməsi üçün Rusiyanın istehsal etdiyi Sputnik Light vaksinin bir dozasından istifadə olunacaq.

Bundan səkkiz ay əvvəl İranın ali rəhbəri ayətüllah Əli Xameneyi Britaniya və Birləşmiş Ştatlarda istehsal olunan vaksinlərdən İranda istifadəni qadağan etmişdi.

O bu iki ölkəni “etibarsız” adlandırmışdı.

Bununla belə ölkənin yeni prezidenti İbrahim Rəisi vəd etmişdi ki, pandemiya ilə mübarizəni fəaliyyətinin prioriteti edəcək.

İranda istifadədə olan vaksinlər

İranda indiyədək yerli istehsaldan olan COVIran Bərəkət, habelə Rusiyanın Sputnik V və Hindistanın Covaxin vaksinlərindən istifadə olunurdu.

Bundan başqa Rusiya-Cənubi Koreyanın müştərək istehsalı olan Oxford/AstraZeneca Britaniya vaksininin modifikasiyasından istifadəyə icazə verilmişdi.

İran Səhiyyə Nazirliyi bildirib ki, ölkənin 83 milyonluq əhalisinin 13 milyonu iki doza vaksinlə tam peyvənd olunub.

Johns Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzinin məlumatına görə İranda pandemiyanın əvvəllərindən bəri koronavirusa 5 milyon 370 mindən çox yoluxma və 116 mindən çox ölüm qeydə alınıb.

İranda son 28 gündə COVID-19-dan 16 min ölüm baş verib.

XS
SM
MD
LG