Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:39

İran 1000-dən çox əcnəbini müvəqqəti olaraq həbsxanadan buraxıb


Britaniya-İran vətəndaşı Nazanin Zaghari-Ratcliffe
Britaniya-İran vətəndaşı Nazanin Zaghari-Ratcliffe

İran bildirir ki, koronavirus epidemiyası ilə bağlı mindən çox əcnəbi məhbus müvəqqqəti olaraq həbsxanalardan buraxılıb.

Bundan əvvəl BMT insan haqları ekspertləri Tehranı bu məhbusları həbsxanada saxladığına görə kəskin tənqid etmişdi.

İran ədliyyəsinin sözçüsü Gholamhossein Esmaili deyib ki, "İranın başqa ölkələrdən fərqli olaraq məhbusların sağlamlığının qorunmasını təmin etməsi və onları tətilə buraxması əhəmiyyətli addımdır”.

Ötən ay müvəqqəti olaraq evə buraxlılmış 100 mindən çox məhbusdan biri olan Britaniya-İran vətəndaşı Nazanin Zaghari-Ratcliffe-in tətili mayın 20-dək uzadılıb. Bu barədə onun vəkili Tulip Siddiq aprelin 21-də məlumat verib.

Xanım Zaghari-Ratcliffe 2016-cı ildə İranda məzuniyyətdə olarkən hökumətin devrilməsinə təhrikçilik ittihamı ilə həbs edilərək 5 il müddətinə azadlıqdan məhrum olunub.

Ailəsi onun İrana yaxınlarını görmək üçün getdiyində və İrana qarşı heç bir hərəkətdə bulunmadığında israr edir.

Xanım Zaghari-Ratcliffe Reuters xəbər agentliyinin Thomson Reuters Foundation xeyriyyə fondunda işləyirdi.

Ekspertlər İranın statistikasına inanmırlar

Tehranın aprelin 21-də əcnəbi məhbusları həbsxanadan buraxmaq qərarından bir həftə əvvəl BMT-nin insan haqları ekspertləri İranı COVID-19-a görə həbsxanadan müvəqqəti buraxılan məhbusların siyahısını genişləndirməyə və ora əcnəbilərin, habelə ikili vətəndaşlığı olanların daxil edilməsinə çağırmışdı.

Ötən ay Tehran əksəriyyəti iranlı olan 100 min məhbusu müvəqqəti olaraq həbsxanalardan evlərinə buraxmışdı. Sonradan həbsxanadan tətil müddəti mayın 20-dək uzadılmışdı.

Lakin Fransa-İran vətəndaşı Fariba Adelkhah, İran-Amerika vətəndaşlığı olan biznesmen Siamak Namazi və onun atası Mohammad Bagher Namazinin hələ də həbsxanada saxlandıqları güman edilir.

İran fevralın 19-da ilk yoluxmalar qeydə alınandan bəri ölkəni bürümüş koronavirus epidemiyasını cilovlamağa cəhdlər göstərir.

Aprelin 21-də Səhiyyə Nazirliyinin sözçüsü Kianush Jahanpur bildirib ki, son 24 saatda ölkədə 88 nəfər koronavirusdan vəfat edib və beləliklə ölənlərin toplam sayı 5300 nəfərə çatıb. İranda indiyədək bu virusa 83,500 nəfərin yoluxduğu məlumdur.

Lakin bir çox təhlilçilər yoluxanların və ölənlərin həqiqi sayının bundan qat-qat yüksək olduğunu düşünürlər.

XS
SM
MD
LG