Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:29

ABŞ İranın dörd kəşfiyyatçısına sanksiyalar qoyur


 İran-Amerika fəalı və jurnalisti Məsih Əlinejad
İran-Amerika fəalı və jurnalisti Məsih Əlinejad

Bu dörd nəfər, adam oğurluğuna cəhddə, sanksiyaların pozulmasında, bank və internet fırıldaqçılığında, habelə çirkli pulların yuyulmasında ittiham edilir

Birləşmiş Ştatlar Tehran hökumətinin tənqidçilərini susdurmaq kampaniyasının gedişində İran kəşfiyyatının bir Amerika jurnalistinin oğurlanmasına cəhd göstərmiş dörd əməliyyatçısına qarşı sanksiyalar irəli sürüb.

ABŞ Maliyyə Nazirliyinin sentyabrın 3-də açıqlanmış bəyantındfa deyilir ki, söhbət ABŞ-da mənzilıənmiş vəzifəli İran kəşfiyyat rəsmisi Əlireza Şahvadoği Fərəhanidən, habelə onun tabeçiliyində olan Mahmud Xazeyindən, Kiya Sadeğidən və Omid Nuridən gedir.

Bu da qeyd olunur ki, Fərəhani tapşırığı Birləmiş Ştatlarda, Birləşmiş Krallıqda, Kanada və Birləşmiş Ərəb Əmirliklərində yaşayan İran dissidentlərinin hədəflənməsi olan kəşfiyat əməliyyatçıları şəbəkəsinə rəhbərlik edir.

Sürət kateri ilə Venesuelaya…

ABŞ Ədliyyə Nazirliyinin iyul ayında hazırlanmış ittiham sənədində deyilir ki, bu dörd nəfər Nyu Yorkda yaşayan İran-Amerika fəalı və jurnalisti Məsih Əlinejadı oğurlamağı və onu nəticə etibarilə ilə İrana gətirmək məqsədilə sürət katerində Venesuelaya aparmağı planlaşdırıblar.

Bu dörd nəfər, adam oğurluğuna cəhddə, sanksiyaların pozulmasında, bank və internet fırıldaqçılığında, habelə çirkli pulların yuyulmasında ittiham edilir.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət departamentinin direktoru Andrea Qakinin bəyantında bildirilir:

“İran hökumətinin adam oğurluğu planı, onun harada olmasından asılı olmayaraq tənqidi səsləri susdurmaq üçün davam edən cəhdlərinin daha bir nümunəsidir. Xaricdəki dissidentlərin hədəflənməsi göstərir ki, hökumətin repressiyaları İranın sərhədlərindən uzaqlara gedib çatır”.

Sanksiyalar sözü gedən şəxslərin Birləşmiş Ştatrlardakı bütün əmlakının dondurulmasını nəzərdə tutur və ABŞ vətəndaşlarına bu şəxslərlə hər hansı maliyyə işbirliyini qadağan edir.

XS
SM
MD
LG