Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:25

Tehranda 3+3 formatında görüş: Gürcüstan iştirak etmir


Gürcüstan oktyabrın 23-də Tehranda “3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində keçiriləcək görüşdə iştirak etməyəcək.

Bu haqda Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

***

Bazar ertəsi, oktyabrın 23-də İranın paytaxtı Tehranda Azərbaycanın, Türkiyənin, Rusiyanın, İranın və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, 3+3 formatında keçiriləcək görüşdə Cənubi Qafqazdakı vəziyyət və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Tehranda keçiriləcək olan görüşdə Azərbaycan ilə Ermənistan arasındakı sülh danışıqları əsas mövzu olacaq.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi imzalamayıb. (danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

XS
SM
MD
LG