Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:45

İranda iki nəfər internetdə küfrə görə edam olunub


İllüstrativ foto
İllüstrativ foto

İranda sosial mediada "ateizmi təbliğ, dini müqəddəsləri təhqir etmək" ittihamı ilə iki nəfər edam olunub.

Yusif MehrdadSadrullah Fazeli Zarenin edam xəbərləri mayın 8-də ədliyyənin Mizan xəbər saytı tərəfindən yayılıb. Ancaq edamın nə vaxt icra olunduğu haqda məlumat verilməyib.

Onlara ittiham Ərak İnqilab Məhkəməsində 2019-cu ildə irəli sürülüb. Üç azyaşlı uşaq atası olan Mehrdad təhqirlə yanaşı, Quranı yandırmaqda da ittiham olunurdu. Zarenin Peyğəmbəri və İslamı təhqir etdiyini boynuna aldığı bildirilir.

Hər altı saatda bir edam

İranda son iki həftədə hər altı saatda bir nəfər edam olunub. Bunu Norveçdə yerləşən İran İnsan Haqları təşkilatı bildirir.

İki il öncə Türkiyədə hava limanında yoxa çıxan, sonradan İranda saxlanıldığı bəlli olan isveçli-iranlı dissident mayın 6-da terror ittihamı ilə edam edilib.

Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatı (ASMLA) adlı separatçı qrupun yaradıcısı və keçmiş lideri Həbib Çaab "terrorçu qrupa" rəhbərlikdə günahlandırılıb və “yer üzündə fitnə-fəsad törətmək" ittihamı ilə ölüm cəzasına məhkum edilib.

ASMLA 2018-ci ildə ölkənin cənub-qərbindəki Əhvaz şəhərindəki illik hərbi paradda azı iyirmi insanın ölümünə və çox sayda insanın yaralanmasına səbəb olan partlayışda günahlandırılır.

Bu il 205 nəfər edam olunub

İranın dini isteblişmentinə etirazlar fonunda silsilə edamlar insan haqları qruplarının etirazına səbəb olub. BMT ekspertləri, İranı dini azlıqlara qarşı təqib və təzyiqləri dayandırmağa çağırıb.

İranda edamların hesabatını aparan İran İnsan Haqları təşkilatı bu il 205 nəfərin edam edildiyini bildirib. Onların əksəriyyəti narkotik ittihamı ilə edam olunublar. Hüquq qrupunun məlumatına görə, son iki həftə ərzində öldürülən 40-dan çox insanın yarısı Bəluç etnik azlığına mənsubdur.

Martda Amnesty International (Beynəlxalq Amnistiya) təşkilatı İranı etnik azlıqların nümayəndələrini “repressiya aləti” kimi edam etməkdə suçlayıb.

İranın nüfuzlu sünni Bəluç lideri Maulvi Əbdül Həmid keçən həftə edam dalğasını pisləyərək deyib ki, İslam Respublikası ölüm cəzasını bir “sənət” halına gətirib.

XS
SM
MD
LG