Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:01

Ermənistan bayrağa görə cəzalana bilər


Iveta Mukuchian
Iveta Mukuchian

►Müsabiqədən kənarlaşdırılla da bilər

Avropa Yayım Birliyi Ermənistan təmsilçisinin “Eurovision” mahnı yarışmasının yarımfinal mərhələsi zamanı gözləmə otağında qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını dalğalandırmasını pisləyib.

Bu haqda qurumun bəyanatında deyilir. APA-nın xəbərinə görə, birlik qeyd edir ki, bu cür hallar “Eurovision” mahnı müsabiqəsinin adına xələl gətirir.

Bəyanatda həmçinin bildirilir ki, AYB-nin nəzarət qrupu qaydalara əsaslanaraq Ermənistanın yayım hüququ olan “AMPTV”yə qarşı sanksiya tətbiq etməyi qərara alıb.

Sanksiyanın nəticəsi qrupun iyunda keçiriləcək iclasında müəyyən olunacaq. Nəzarət qrupu qaydaların pozulmasının ölkənin bu il müsabiqədən kənarlaşdırılması və digər əlavə tədbirlərin tətbiqi ilə nəticələnə biləcəyini bəyan edib.

Mayın 10-da Stokholm şəhərində Eurovision mahnı müsabiqəsinin yarımfinalı keçirilib. Yarışmada iştirak edən Ermənistan ifaçısı Dağlıq Qarabağ separatçılarının bayrağını qaldıraraq nümayiş etdirib. Halbuki, müsabiqə rəhbərliyi hələ yarışmadan bir neçə gün öncə, bunun yasaq olduğunu elan etmişdilər.

Mayın 11-də Azərbaycanda yarışmanın yayım hüququna sahib olan İctimai Televiziya Avropa Yayım Birliyinə müraciət edərək həmin hərəkətə görə, Ermənistanın müsabiqədən kənarlaşdırılmasını istəyib.

Buna da bax: Krım tatarlarının deportasiyası "Eurovision"da

Krım tatarlarının deportasiyası "Eurovision"da
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun Radio proqramında

Səmra haqda Faiq Ağayevlə Mübariz Tağıyevin fikirləri haçalanır
Heydər Əliyevin heykəli üzərinə “Gül bayramına yox deyək” yazısına görə tutulanlarn olduğu bildirilir

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

Gömrük müəmması. 140 milyon dollar yoxa çıxıb

XS
SM
MD
LG