Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:05

İranda daha bir məhbus vəfat edib


 Sasan Niknafs
Sasan Niknafs

Həbsxana xidməti Niknafsa istinadla qeyd edib ki, o, başqa məhbus vasitəsilə həblər qəbul edib və xəstələnib

İranda beş il həbs cəzası çəkən şəxs vəfat edib. Fəallar isə rəsmi qurumları onun tibbi vəziyyətini gözardı etməklə ölümünə səbəb olmaqda suçlayırlar.

Sasan Niknafs 2020-ci ilin iyulundan həbsdədir, dövlət, İranın liderləri əleyhinə “təbliğatda” yaymaqda suçlanır. Nyu Yorkda yerləşən İranda İnsan Haqları Mərkəzi (İİHM) və Oslodakı İran İnsan Haqları təşkilatı iyunun 8-də bu haqda ayrı-ayrılıqda bəyanatlar yayıblar.

Qruplar məhbuslara qayğıya görə İran ədliyyəsinin başçısı İbrahim Rəisinin məsuliyyət daşıdığını deyirlər. Ultra-mühafizəkar Rəisinin 18 iyun prezident seçkisini udacağı gözlənir.

Niknafs “çoxsaylı fiziki və əqli sağlıq problemləri”nə, intihar cəhdinə baxmayaraq həbs olunub. Onun diabetdən, epilepsiyadan, depressiyadan əziyyət çəkdiyi, hakim orqanların isə “çoxsaylı xahişlərə baxmayaraq onu azad etmədiyi” bildirilir.

Həblər qəbul edib

Mizan Online ədliyyə xəbər agentliyinin Tehran həbsxana xidmətinə istinadla bildirməsinə görə, Niknafsın intihar tendensiyaları haqda məlumat alandan sonra ona tibbi müalicə göstərilib.

Həbsxana xidməti Niknafsa istinadla qeyd edib ki, o, başqa məhbus vasitəsilə həblər qəbul edib və xəstələnib.

Məhbusun iyunun 5-də Tehranda xəstəxanaya köçürüldüyü və orada vəfat etdiyi qeyd olunur.

İİHM başçısı Hadi Qaemi “dövlətin tənqidçilərinə qarşı onillərlə davam edən qeyri-insani davranış siyasətini, Rəisinin məhbusları qorumamasını” pisləyib.

İran hakimiyyəti fevralda sufi Qonabadi dərviş azlığından fəal Behnam Mahcubinin xəstəxanaya yerləşdiriləndən sonra öldüyünü açıqlayıb. Onun dərmandan zəhərləndiyi bildirilib.

Həbsdə olan dissident iranlı kinorejissor Məhəmməd Nurizadın taleyindən də narahatlıq mövcuddur. BMT-nin insan haqları ekspertləri bu ayın əvvəlində xəbərdarlıq ediblər ki, o bərk xəstədir, “ciddi ağırlaşmalar və mümkün ölüm” riskilə üz-üzədir.

XS
SM
MD
LG