Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:34

Deputat: 'Məmurlar övladlarını elə tərbiyə etməlidir ki...'


Jalə Əliyeva
Jalə Əliyeva

"Mən də daxil olmaqla, hər birimiz övladlarımızı elə tərbiyə etməliyik ki, gələcəkdə törətdikləri əməllərə görə başımız aşağı olmasın"

AzadlıqRadiosunun suallarını deputat Jalə Əliyeva çavablandırır.

- Jalə xanım, son vaxtlar məmurlar övladlarının, yaxınlarının adları yol qəzalarında daha çox hallanır. Baxın, 2014-cü ilin martında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun qəza törətməsi nəticəsində tarzən Ağasəlim Abdullayev yaxınlarını itirdi. Düzdür, Xalid Mədətov 12 il azadlıqdan məhrum olundu, ancaq 3 il sonra əfv edildi. Ötən ay Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun avtobus sürücüsünü döydüyü və həbs olunduğu açıqlandı. Bunlar hələ ictimaiyyətə bəlli olanlardır. Məmur övladlarının bu cür hallara yol verməsinin səbəbini necə izah edərdiniz?

- Bəli, baş verənlər ümumi narahatlığa səbəb olur. Amma, bu məsələdə ayrımçılıq yapmaq ki, sırf məmur övladları qəza törətməməlidir deyə, razılaşmıram. Gəlin, belə danışaq, yol qəzalarından heç kim sığortalanmayıb. Kim istəyər övladının, nəvəsinin adı bu cür məsələlərdə hallansın, qəza törətsin?! Çünki belə qəzalarda övladlar da həyatlarını qurban verə bilirlər və verirlər də. Məncə, baş verənlərə daha geniş yanaşmaq lazımdır, sırf məmur övladırır deyə xüsusiləşdirmək istəməzdim. Mən də daxil olmaqla, hər birimiz övladlarımıza cavabdeh olmalıyıq, onları elə tərbiyə etməliyik ki, gələcəkdə törətdikləri əməllərə görə nə bizim başımız aşağı olsun, nə özlərinin həyatları təhlükə altında qalsın. Bir daha deyirəm, mən məmur övladıdır deyə ayrı-seçkilik salmağın qəti əleyhinəyəm. Ancaq məmur həyatı hər kəs üçün nümunədirsə, onlar öz şəxsi həyatlarında daha diqqətli olmalıdırlar. Necə ki, prezident də hər dəfə bunu hər birimizdən tələb edir.

Buna da bax: Bakının ən təhlükəli yolları

- Çox qəribədir ki, prezident ildə bir neçə dəfə məmurlara bu barədə xəbərdarlıq etsə də, nəticəsi olmur, məmur övladlarının qəza törətməsi halları artır...

- Yox, gəlin belə deyək də, böyük prosesin içərisində bir hadisənin baş verməsi o demək deyil ki, prezidentin tapşırıqlarına əməl olunmur. Yenə də deyirəm, bədbəxt hadisələrdən heç kim sığortalanmayıb. Amma bir daha vurğulayıram, prezidentin tapşırıqlarından, verdiyi səlahiyyətlərdən düzgün nəticə çıxartmaq lazımdır. Övladı düzgün tərbiyə edib yetişdirmək lazmdır.

- Sosial şəbəkələrdə suallar səslənir ki, niyə məhz məmur övladları bahalı maşınlar sürürlər? Məmurlar qazanclarından nə zaman gəlir vergisi verəcək və nəhayət, deputatlar nə üçün bu məsələləri gündəmə gətirmirlər?

- Gəlin, belə danışaq, məmurların gəlir vergisi barədə parlamentdə müzakirələr aparılıb, müəyyən qanun da var. Azərbaycan cəmiyyətində hər şey açıqdır. Allaha şükür ki, sosial şəbəkələr çox aktivdir. İndiki dünyada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil. Məmur övladlarının bahalı maşınlar sürməsinə gəlincə, bunları hansı mənbədən istifadə edərək alırlar, bu sualı özlərinə ünvanlasanız daha düzgün cavab ala bilərsiniz.

Buna da bax: İlham Əliyev: 'Məmurlar özlərini apara bilmir...'

- Deputatlar bu məsələni payız sessiyasında bir daha gündəmə gətirməlidirlərmi?

- Deputatlar millətin vəkili olaraq ölkə və millət üçün əhəmiyyətli olan hər bir məsələni gündəmdə saxlayırlar. Öhdəmizə düşən vəzifə də ondan ibarətdir ki, Azərbaycan qanunvericiliyi daha ali bir şəkildə işləsin. Bu məsələdə hər bir Azərbaycan vətəndaşı kimi millət vəkilləri də prezidentin köməkçisidirlər, başqa cür də ola bilməz.

- Jalə xanım, prezident Əliyev 2005-ci ildə gəlir bəyannaməsi haqda qanun imzalayıb. Sənədə əsasən hər bir məmur ildə bir dəfə gəlirləri barədə məlumatı açıqlamaldırlar. Qanunda Nazirlər Kabinetinə 3 ay ərzində bəyannaməni hazırlamaq tapşırığı verilib. 12 il keçib, bəs niyə bu qədər yubanma var?

- Bir az əvvəl dedim, prezidentin bununla bağlı tapşırığı, sərəncamı var ki, hər bir məmurun fəaliyyəti, bəyannamə verib-verməməyindən asılı olmayaraq göz önündədir. Çox şəffaf şəkildə onların fəaliyyətinə qiymət verilə bilər. Əgər,bugün siz mənə zəng edib bu barədə suallar verə bilirsinizsə, internet səhifələrində hər məmur haqda kifayət qədər məlumat varsa, rəsmi şəkildə onların gəlir bəyannaməsi verməsi bir o qədər də bilinən şeyə yenilik gətirməyəcək.

- Sizinlə danışmaq imkanı olur, ancaq məmurlara da bu cür zəng edib sual vermək problemi qalır ki...

- Biz millət vəkilləri olduğumuzdan xalqın yanındayıq. Onlar da dövlət məmurlarıdır, administrativ iş həyata keçirirlər, öz sahələri və səlahiyyətləri var. Hər kəs özünə cavabdehdir. Düşünürəm ki, Azərbaycanda öz işinin peşəkarı olan məmurlar var, idarəetmədə də fəal şəkildə aktivdirlər.

Buna da bax: Zəngin balaları İnstaqramda

Sosial medianı “Pulla basdıran” zəngin azərbaycanlılar kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:14:21 0:00

XS
SM
MD
LG