Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:30

İnternet TV rəhbərinə 30 sutka verildi - polisə müqavimət... [yenilənib]


Əziz Qaraşoğlu, "Kanal 13" İnternet TV-nin rəhbərlərindən biri.
Əziz Qaraşoğlu, "Kanal 13" İnternet TV-nin rəhbərlərindən biri.

Bu gün, mayın 2-si "Kanal 13" internet televiziyasının rəhbərlərindən Əziz Qaraşoğlu saxlanıb.

Bu haqda həmin internet televiziyasının əməkdaşlarından Teymur Kərim məlumat verib.

Onun bildirdiyinə görə, Ə. Qaraşoğlunu Nəsimi rayon Polis İdarəsinin əməkdaşları saxlayıblar. Ə.Qaraşoğlu ilə birlikdə onun həyat yoldaşı, həmin televiziyanın redaktoru Lamiyə Çarpanova da saxlanaraq polis idarəsinə aparılıb.

Buna da bax:​ Cəlilabadlı jurnalistin məhkəməsi - işdə yeni məqamlar

L.Çarpanova bir müddət sonra sərbəst buraxılıb. Ə.Qaraşoğlu isə 2 saat əvvəl Nəsimi rayon Məhkəməsinə aparılıb.

Hazırda o məhkəmədədir. Saat 18:00-da jurnalistin vəkili Elçin Sadıqov da məhkəməyə gəlib.

Vəkil məhkəməyə girməzdən əvvəl AzadlıqRadiosu-na açıqlamasında Ə.Qaraşoğlunun hansı səbəbdən saxlanması haqda, hələ ki, ona bilgi verilmədiyini bildirib.

* * *

İnternet TV-nin rəhbərləri 30 sutka inzibatı həbs cəzası aldı

“Kanal 13” internet televiziyasının rəhbərlərindən Əziz Qaraşoğlu Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs edilib.

Buna da bax:​ Azərbaycan media azadlığı 'ən pis' olan 10 ölkədən biridir

Bu haqda Nəsimi rayon Məhkəməsinin önündə jurnalistlərə açıqlama verən vəkil Elçin Sadıqov deyib.

Vəkil bildirib ki, Əziz Qaraşoğlu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham edilib. Söhbət polisə müqavimətdən gedir.

“Guya onu 2015-ci ildən axtarışda olan Faiq Cabbarov adlı şəxsə xarici görünüşü oxşar olduğundan polisə aparıblar. Ancaq həmin şəxsin şəklini bizə göstərdilər, o heç də Əziz Qaraşoğluna oxşamırdı. Bu da onu göstərir ki, bu quramadır. Biz apellyasiya şikayətimizdə bütün bunları qeyd edəcəyik”.

Buna da bax:​ Avropa Şurası jurnalistlərə təhlükələri araşdırır

Vəkil deyib ki, Əziz Qaraşoğlu özünü ittiham üzrə təqsirli bilmir.

“Əsas məqsəd Faiq Cabbarovun adından istifadə edib onu saxlamaq idi. Çünki əks halda, məlum olanda ki, bu jurnalist axtarışda olan şəxs deyil, o gərək sərbəst buraxa idilər”.

Vəkil deyib ki, baş verənləri ifadə azadlığına basqı kimi dəyərləndirirlər.

Əziz Qaraşoğlunun xanımı, onunla birgə saxlanıb, sonra sərbəst buraxılan Lamiyə Çarpanova isə deyib ki, baş verənlərə anlam verə bilmir.

Buna da bax: ‘İndi jurnalistlər üçün ən qorxulu və ölümcül zamandır…’

"Kanal 13" internet televiziyası əsasən 2010-cu ildən fəaliyyət göstərir. Gündəlik proqramlar hazırlayıb, yayır.

"Kanal 13". IInternet TV. web screenshot/ 02may2017
"Kanal 13". IInternet TV. web screenshot/ 02may2017

İnternet televiziyasının təsisçisi Anar Orucovdur. O, bir neçə ildir ki, Almaniyada yaşayır.

XS
SM
MD
LG