Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:25

Kinoteatrların gizli tərəfləri- [Araşdırma]


İllüstrasiya
İllüstrasiya

►Real gəlirlər bəyan olunan tamaşaçı dövriyyəsindən qat-qat üstündür

Azərbaycanda kino prokatı biznesi inkişafdadır. Rəsmi rəqəmlər belə deyir. Təkcə ötən il kinoteatrlara gələnlərin sayı 28,2 faiz artıb.

Amma açıqlanan rəqəmlər həm də onu deyir ki, bir il ərzində kino zallarındakı oturacaq yerləri 30,5 faz azalıb. Digər tərəfdən, Bakıda az qala əksər böyük əyləncə və alış-veriş məkanlarında rast gəldiyimiz halda, statistika bizi kino salonlarının bir-birinin ardınca bağlandığına inandırır.

Təzadlı göstəricilər bizi bu gəlirli sektorda baş verənləri daha yaxından araşdırmağa sövq etdi. Məlum oldu ki, ölkənin ən iri özəl kinoteatr müəssisələri statistikanın gözündən yayına bilib. Söhbət hər il yüz minlərlə tamaşaçıya xidmət göstərən şirkətlərdən gedir.

Buna da bax: Azərbaycanda bu adlar qadağan olundu

Tarixə ekskurs

Təxminən 10 il bundan öncə ölkədə kütləvi kino tamaşalarının göstərildiyi kinoteatrların vəziyyətini yəqin ki xatırlayırsınız: əksəriyyətinin qapısına qıfıl vurulmuş, bir çoxları isə çayxanaya çevrilmişdi. Kinoteatrların bu acınacaqlı durumuna qəribə tərzdə haqq qazandıranlar da verdı: “kinoya baxmaq istəyirsən, otur evdə televizorun qarşısında”. Sanki kimsə kinoteatrları gözdən salmağa çalışırdı. Bu, o zaman idi ki, dünya kino sənayesi inkişafının pik həddində idi və kinomanların tələblərini ödəmək üçün texnologiyalar da onun arxasınca gəlirdi.

Yeganə istisna “Azərbaycan” kinoteatrı idi. Azərbaycan Beynəlxalq Kinoşirkətinin (Azərbaycan-Britaniya Birgə Müəssisəsi) istifadəsində olan bu kinoteatr Qərb istehsalçılarının filmlərini bakılı kinosevərlərə təqdim etməkdə idi.

Məhz belə bir zamanda 2006-cı il, avqust ayının 23-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” sərəncam verdi.

Bakıdakı "Nizami" kinoteatrı
Bakıdakı "Nizami" kinoteatrı

Sənədə əsasən, ikisi (“Azərbaycan” və “Araz”) profilini saxlamaq şərtilə 100 kinoteatr və kino qurğusunun özəlləşdirilməsinə başlanıldı. 2014-cü ilin əvvəlinə onlardan 71-i özəlləşdirilmişdi və proses sonrakı dövrdə də davam etdi. İndi həmin kinoteatrların bir çoxu kommersiya obyektinə çevrilib.

2012-cü ildən təmir adı altında fəaliyyəti dayandırılan 3 zaldan ibarət 345 yerlik “Azərbaycan” kinoteatrı bu ilin oktyabrında söküldü. Şəhərdə söhbət gəzir ki, onun yerində müasir tələblərə cavab verən kinoteatr kompleksi inşa ediləcək.

Buna da bax: Türkiyə pilotun meyitini qaytardı- [Fotolar]

Statistikanın fokusuna düşənlər

Dövlət Statistika Komitəsinin bu günlərdə kinoteatrların fəaliyyətinə dair açıqladığı hesabatının təhlili göstərir ki, 2005-ci ildən başlayaraq kinoteatrların sayı davamlı olaraq azalmağa doğru gedib.

Dövlət Statistika Komitəsinin bu günlərdə kinoteatrların fəaliyyətinə dair açıqladığı hesabatının təhlili göstərir ki, 2005-ci ildən başlayaraq kinoteatrların sayı davamlı olaraq azalmağa doğru gedib. Əgər həmin ilin sonuna ölkədə fəaliyyətdə olan 21 kinoteatr vardısa, 5 il sonra onların sayı 10-a düşmüşdü.

2014-cü ildə ölkədə statistik uçota düşən kinoteatrların sayı 2-si özəl olmaqla 7 idi. DSK-da AzadlıqRadiosuna deyiblər ki, dövlət mülkiyyətində Bakıdakı “Nizami” Kino Mərkəzi, “Vətən” və “Dostluq”, eləcə də Naxçıvandakı iki kinoteatr qalıb. Özəl kinoteatr müəssisələri isə “Kaspian Kapital” və “Bakı Plaza” MMC-dir.

DSK-ya görə, 2014-cü ildə kinoteatrlardakı yerlərin sayı 5312-dən 3691-ə düşüb. Bunların 1807-si dövlət kinoteatrlarına aiddir.

Maraqlıdır ki, il ərzində bir neçə kinoteatr istifadəyə verilsə də, özəl kinoteatr müəssisələrindəki tamaşaçı yerləri artmaq əvəzinə, 500 yer azalıb. DSK-nın verdiyi məlumata görə, özəl kinoteatrlarda eyni vaxtda 1884 nəfər kino izləyə bilər.

Lakin elə həmin şirkətlərin özlərinin internet səhifələrində olan məlumatlardan görünür ki, təkcə Bakıdakı özəl kinoteatrlarda ən azı 4775 oturacaq yeri var.

Park Cinema (Park Bulvar) – 788 yer;

Park Cinema Zuğulba – 576 yer;

Park Cinema Flame Tauers – 800 yer;

Park Cinema Metro Park – 1034 yer;

Park Cinema Amburan – 264 yer;

Cinema City – 395 yer;

28 Cinema – 918 yer.

İlk beş kinoteatr “Kaspian Kapital” MMC-nin mülkiyyətindədir. Rəsmi reyestr məlumatlarına görə, bu şirkət və onun kinoteatrları Emin Ruslan oğlu Məmmədova məxsusdur.

Cinema City “Aygün City” alış-veriş mərkəzində fəaliyyət göstərir.

“Paşa Holding”in 8 Mall alış-veriş mərkəzində yerləşən 6 kino zalından ibarət 28 Cinema kinoteatrının “CineGroup LLC” şirkətinə məxsus olduğu və onun idarəetməsi altında fəaliyyət göstərdiyi bildirilir. Lakin “CineGroup LLC” şirkətinin harada qeydiyyatdan keçdiyi və kimin mülkiyyətində olduğu sirr olaraq qalır. Kinoteatra aid informasiya resursunda bildirilir ki, 28 Cinema Azərbaycanda daha 6 kinoteatr açmaqla, Qafqazda ən böyük kinoteatr şəbəkəsi olmaq iddiasındadır.

Buna da bax: Fətəli xan Xoyskinin xoşbəxt anları varmış...

Kinoteatrlar “kino çıxardır”

Statistik göstəricilərin yüngül təftişi həm də özəl kinoteatrlara tamaşaçı axını haqda məlumatların dürüst olmadığını ortaya çıxarır.

Statistik göstəricilərin yüngül təftişi həm də özəl kinoteatrlara tamaşaçı axını haqda məlumatların dürüst olmadığını ortaya çıxarır.

Məsələn, DSK-da bildirirlər ki, 2014-cü ildə dövlətə məxsus kinoteatrlara 154,7 min tamaşaçı gəlib. Bunun 14,8 mini Naxçıvanın, qalan 139,9 mini isə Bakı şəhərinin payına düşür. Əsaslı yenidənqurmadan sonra 2013-cü ildə fəaliyyətini bərpa etmiş “Nizami” Kino Mərkəzi 654 tamaşaçı yeri ilə ondan 7 dəfə çox yerə sahib özəl kinoteatrlardan (81,1 min) 75 faiz çox tamaşaçı qəbul edib. Həm də il ərzində özəl kinoteartlara gələnlərin sayı vur-tut 2,7 min nəfər artıb.

AzadlıqRadiosunun bunun şərh edilməsinə dair sorğusuna özəl şirkətlər cavab verməyib.

Müqayisə üçün deyək ki, əhalisi və iqtisadi potensialı təxminən Azərbaycana bərabər olan Belarusda 366 kino qurğusu var və 2014-cü ildə bu ölkədə kinoteatrlara 9,4 milyon tamaşaçı gəlib.

Əksər kinoteartlar bilet satışını müasir informasiya texnologiyalarından istifadə etməklə real vaxt rejimində həyata keçirir. Hər gün bir kinoteatrda orta hesabla 35-dən az olmayaraq seans təşkil olunur. Tamaşaçılar filmləri səhər saatlarından başlayaraq gecə keçənədək izləyə bilirlər. Ən yumşaq dəyərləndirmələrə görə, bu, ildə ən azı 1 milyon tamaşaçı deməkdir.

Qeyd edək ki, 2D, 3D effektli və İMAX texnologiyasına əsaslanan kinofilmlərin bir seansının ən ucuz qiyməti 4, standart qiyməti isə 7 manatdır. VİP yerlərdə kinonu izləmək 25 manata başa gəlir.

Kino prokatı şirkətlərinin gəlirləri haqda məlumatları statistika orqanları açıqlamır. Elə şirkətlər özləri də maliyyə malumatlarını sirr pərdəsi altında saxlayırlar. Hər halda, real gəlirlər bəyan olunan tamaşaçı dövriyyəsindən qat-qat üstündür.

SON

Zərdab "Arzu kinoteatrı"

Zərdab "Arzu kinoteatrı"
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

XS
SM
MD
LG