Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:50

Qorxulu koronavirus haqqında nə məlumdur?


Çinin Vuhan şəhərində
Çinin Vuhan şəhərində

Çində 2019-nCoV virusundan ölənlərin sayı 26-a çatıb. Bu da xəbər verilir ki, Şanxay şəhərində bu virusa yoluxmuş bir qadın sağalıb.

Buna baxmayaraq Çin hökuməti virusun ilkin mənbəyi olan Vuhan vilayətində təcili qaydada min yerlik xəstəxana tikir və Çinin 12 şəhərində karantin elan edilib.

Currenttime sözü gedən virus barədə Rusiya Elmlər Akademiyası molekulyar təkamül institutunun direktoru Georgy Bazykinlə söhbət edib.

Alim “niyə hər dəfə Çin” sualına cavab verərkən deyib ki, birincisi, Çində əhali böyükdür. İkincisi Çin cənub ölkəsidir və buna görə də burada ilk növbədə vəhşi heyvanların daha çox növləri yaşayır.

Bu heyvanlar insan populyasiyasına keçməyə qadir bir çox patogenlərin daşıyıcılarıdır.

Bazykin deyib ki, 2002-2003-cü illərdə yayılmış SARS adlı atipik pnevmoniya Çində yaşayan yarasalardan insana keçmişdi, amma bu, ehtimal ki, birbaşa olmamışdı. Xəzdərili heyvanlardan olanviverralar vasitəçi rolunu oynamışdılar. Belə görünür ki, bu heyvanlardan qida kimi istifadə olunmuşdu.

Virusun ilanlardan yayılması versiyası da mövcuddur.

Viverra
Viverra

Alimin fikrincə bu dəfə də buna bənzər hadisə baş verə bilərdi.

Georgy Bazykin deyib ki, hazırda bu virusa yoluxanların sayı çox olmasa da, bu, alimləri arxayın salmır. Çünki virus çox böyük sürətlə yayılmaq potensialına malikdir.

Onun sözlərinə görə nikbinlik yaradan budur ki, hazırda alimlər belə viruslar barədə daha geniş məlumata malikdirlər. Xəstəlik bir neçə gün bundan əvvəl peyda olub, lakin artıq virus barədə detallı genetik təhlil hazırlanıb.

Alim deyir ki, bu virusu qorxulu edən onun adi qrip virusundan dəfələrlə ölümcül olmasıdır. Məhz bu faktor mümkün qədər dəqiq proqnoza imkan vermir.

Bazykin bildirib ki, bu virusa qarşı vaksinin hazırlanmasına ən azı yarım il vaxt lazım gələ bilər. Amma problem bundan ibarətdir ki, bundan əvvəlki epidemiyalar zamanı vaksinlər hazırlananadək onlara artıq ehtiyac qalmırdı. Başqa sözlərlə virus “zəifləyir”, epidemiya səngiyirdi.

XS
SM
MD
LG