Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:50

Ekspert: Koronavirus həmişəlik qala da bilər, qalmaya da…


Michael Ryan
Michael Ryan

Dünya Səhiyyə Təşkilatının (DST) vəzifəli rəsmisi deyib ki, yeni tipli koronavirus “heç vaxt çıxıb getməyə” və qazanılmış immun çatışmazlığı xəstəliyini törədən HIV virusu kimi endemik hala keçəbilər.

DST-nin fövqəladə hallar direktoru Michael Ryan-ın bu xəbərdarlığı ölkələr əldən düşmüş iqtisadiyyatlarını yenidən açmağa və infeksiyanın mümkün ikinci dalğasını önləməyə çalışdığı bir vaxtda səslənib:

"Düşünürəm ki, biz realist olmalıyıq və düşünmürəm ki, kimsə bu xəstəliyin həmişəlik yox olacağını proqnozlaşdıra bilər. Məncə bu məsələdə nəsə vəd etmək, dəqiq vaxt qoymaq olmaz. Bu xəstəlik uzunmüddətli problemə çevrilə də bilər, çevrilməyə də”.

Ekspert bildirib ki, hətta vaksinin yaradılacağı təqdirdə də koronavirusu nəzarət altına almaq “nəhəng səylər” tələb edəcək.

Michael Ryan deyib ki, qızılcanın vaksini, HIV-nin müalicəsi var, amma onların virusları hələ də insanlar arasında dolaşır.

Mayın 13-ə olan məlumata görə COVID-19 virusuna bütün dünyada yoluxanların sayı 4.3 milyona, ölənlərin sayı isə 300 minə çatıb.

İspaniyada aparılmış tədqiqat göstərib ki, ölkə əhalisinin 5 faizi koronavirusa yoluxub. Bu, 2 milyon nəfərdən bir az çoxdur.

Bu ölkədə yoluxanların rəsmi sayı 228,600, ölənlərin sayı isə 27 min nəfərdir.

Avropa tədricən açılmaq istəyir

Məhdudiyyətləri qaldırmağın risklərinə baxmayaraq, Avropa İttifaqı mayın 13-də blok daxilində sərhədlərin açılacağını bəyan edib.

Brüssel bildirib ki, adamların sağlamlığını mühafizə etməklə, yay turist mövsümünü də dirçəltmək mümkün ola bilər.

Mayın 13-də Britaniya da Fransa, İtaliya və İspaniya kimi adamların hərəkətinə qoyulmuş məhdudiyyətləri yumşaldıb.

Avstriya bildirib ki, onun Almaniya ilə sərhədi iyunun 15-də açılacaq.

Almaniya rəsmiləri bildiriblər ki, ölkənin quru sərhədlərində adamların virus yoxlamaları iyunun ortalarından dayandırılacaq.

Deputat:"Məhbusların İrandakı kimi buraxılması gündəmdə deyil"
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Rusiyada real rəqəmlər üç dəfə çox ola bilər

Avropada həm yoluxmaların, həm xəstəxanalardakı pasientlərin və həm də ölüm əmsallarının azalmasına baxmayaraq, koronavirusun dünyanın başqa yerlərində sürətlə yayılacağı gözlənilir.

Rusiya hazırda yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Bu ölkədə 242 min yoluxma, 2200 ölüm halı qeydə alınıb.

Birləşmiş Ştatlarda yoluxanların sayı 1.4 milyona, ölüm sayı 84 minə çatıb.

Rusiyada dalbadal 12 gündür ki, günə 10 mindən çox yoluxma qeydə alınır.

Rusiya rəsmiləri bildirirlər ki, rəqəmlərin artımı həm də testlərin artması ilə bağlıdır. Lakin bir sıra ekspertlər Rusiyanın koronavirus statistikasını üç dəfəyədək azaltdığına inanırlar.

Virus Cənubi Amerikanı bürüməkdədir

Braziliya mayın 13-də yoluxmaların sayına görə Fransanı ötüb və dünya üzrə 6-cı yeri tutub.

Bu ölkədə 190 min yoluxma, 13 min ölüm qeydə alınıb.

Epidemiya göstəricilərinin belə yüksəkliyinə baxmayaraq prezident Jair Bolsonaro hələ də pandemiyanın təhlükəsini lazımınca qiymətləndirmir və iqtisadiyyatın açılmasına çağırışlar edir.

Çində epidemiyanın ikinci dalğasının başlaya biləcəyindən narahatlqılar var.

Ölkənin şimal-şərqindəki Jilin şəhəri qismən karantinə bağlanıb.

Bu epidemiyanın başladığı Vuhan şəhərində hakimiyyət yeni yoluxmaların artması ilə bağlı 10 gün ərzində 11 milyon əhalini test etmək vəzifəsini qarşıya qoyub.

Birləşmiş Ştatlarda pandemiyanın hələ də nəzarət altında olmadığına dair xəbərdarlıqlara baxmayaraq ştatların yarısında iqtisadiyyat qismən açılıb.

Bəzi xəbərlərə görə, ABŞ Konqresi iqtisadiyyata daha çox pul ayrılmasını səsə qoya bilər. Millət vəkilləri hazırda daha bir çoxtrilyonluq yardım paketini müzakirə edirlər.

XS
SM
MD
LG