Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:17

'Xoşlarına gələni bir möhürlə xalqın əlindən alırlar'


►“Sahəyə buraxmırlar, heyvanları dava-dalaşla örüşə keçiririk.

Deyirlər, “Sədrəddinin ərazisinə girirsən”. Halbuki, o ərazini məndən xəbərsiz ona veriblər. Həmin əraziyə mənim 2023-cü ilədək icarə müqaviləm var”

“Dövlətin möhürü əllərində, xoşlarına gələni bir möhürlə tutub xalqın əlindən alırlar. İstədikləri adamı bir möhür basmaqla lüt eləyib buraxırlar”.

İsmayıllı sakini Ədalət İsmayılov danışır ki, Kürdəmir rayon icra hakimiyyəti başçısının birinci müavini saxta sərəncamla ona məxsus böyük bir ərazini öz qardaşının adına keçirib. Sonra da ondan ərazini tərk etməsini tələb etməyə başlayıb.

Buna da bax: ​Gəncədə 160 evin sökülməsinə başlanıb (VİDEO)

100 HEKTAR AYRI–AYRI ADAMLARA VERİLİB

Ədalət İsmayılov 14 ildir ki, fermer təsərrüfatı ilə məşğul olur. Yaxın qohumlardan ibarət üç ailə birləşərək “Ədalət” kəndli fermer təsərrüfatı yaradıblar. 2002-ci ildə Kürdəmir rayonu ərazisində İsmayıllı rayonuna təhkim olunan, sahəsi 487 hektar olan qışlaq otlaq sahəsini İsmayıllı rayon İcra Hakimiyyətinin sərəncamı ilə 15 il müddətinə icarəyə götürüb. Elə təsərrüfatı da həmin sahədə yaradıb. Nazirlər Kabinetinin 2006-cı il tarixli qərarı ilə həmin ərazilər Kürdəmir rayonunun inzibati ərazisinə daxil edildiyindən fermer yenidən Kürdəmir rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə 430 hektar ərazini 15 il müddətinə icarəyə götürüb:

“Bu dəfə sərəncamı alanda məlum oldu ki, əvvəlki ərazinin fermerlik fəaliyyətinə ən münasib hissəsindən 85 hektarı başçının birinci müavini Tacəddin Novruzov öz qardaşı Sədrəddin Novruzovun adına rəsmiləşdirib. 100 hektar sahə isə ayrı-ayrı adamlara verilib. Maldarlıq, qoyunçuluğa ən yararsız, şoran sahəni mənə ayırdılar”.

Buna da bax: Köçkünlər evlərini satışa çıxarıb...

“MƏNDƏN XƏBƏRSİZ VERİBLƏR”

Fermer deyir, əlində 430 hektar sahəyə xəritə, kadastr planı olmasına baxmayaraq, həmin sahə bu günə qədər də ölçülüb ona verilməyib, təhkim aktı yazılmayıb.

“Ədalət” kəndli fermer təsərrüfatına məxsus iribuynuzlu və xırdabuynuzlu heyvanların otarılması hər gün fermerə əsəbləri bahasına başa gəlir:

“Sahəyə buraxmırlar, heyvanları dava-dalaşla örüşə keçiririk. Deyirlər, “Sədrəddinin ərazisinə girirsən”. Halbuki, o ərazini məndən xəbərsiz ona veriblər. Həmin əraziyə mənim 2023-cü ilədək icarə müqaviləm var”.

“İCARƏ HÜQUQU ÖZÜNDƏDİR”

Fermerin şikayətləri prokurorluq orqanlarınadək gedib çıxıb. Başına gələnlərdən müxtəlif instansiyalara qalaq-qalaq məktublar göndərib. Ancaq özü demiş, nə faydası...

Kürdəmirin icra hakimiyyətindən bildirilir ki, Ədalət İsmayılovun "Ədalət" kəndli fermer təsərrüfatı MMC-yə icarəyə torpaq sahəsi ayrılması və başqaları tərəfindən zəbt olunması barədə deyilənlər həqiqətə uyğun deyil. Hazırda torpaq sahəsinə icarə hüququ onun özündədir. Sədrəddin Novruzova ayrılmış 185 hektar örüş sahəsi isə onun icarəyə götürdüyü sahənin qonşuluğundadır.

XS
SM
MD
LG