Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:44

Zərdüşt Əlizadə: 'Lavrovun səfəri bir məqsədə xidmət edir...'


Ermənistan. Yerevan. Rusiya xarici işlər naziri Sergey Lavrov "Erməni genosidi" adlanan abidənin önündə baş əyir, 22 Aprel, 2016
Ermənistan. Yerevan. Rusiya xarici işlər naziri Sergey Lavrov "Erməni genosidi" adlanan abidənin önündə baş əyir, 22 Aprel, 2016

Bu gün, noyabrın 19-u Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya gəlməsi gözlənir.

Yola saldığımız həftə isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Hər iki səfəri dəyərləndirən deputat Fazil Mustafa bütün bunlardan hansısa yenilik gözləmədiyini bildirir:

“Çünki, Türkiyə və Rusiya prezidentlərinin görüşündən sonra açıqlamalar göstərir ki, Kremlin Qarabağ problemi ilə bağlı konkret addım atmaq niyyəti yoxdur. Məsələni Azərbaycan və Ermənistan prezidentləri üzərinə yönəldirlər. Yəni onlar razılığa gəlsələr məsələ həllini tapa bilər. Amma Ermənistan Rusiyasız hansısa addım atmaq niyyətində olmadığına görə, Kremlin buna imkan vermədiyi ortadadır”.

Buna da bax:​ Rusiya silah almaq üçün Ermənistana 100 milyon dollarlıq yeni kredit verir

Deputat güman edir ki, Lavrovun səfərində bu görüşlərin nəticəsindən doğan tezislərin müzakirəsi nəzərdə tutula bilər:

Fazil Mustafa
Fazil Mustafa

“Amma yenilik gözlənilmir. Çünki Rusiyanın mövqeyində dəyişiklik simptomları hiss olunmadığından baş diplomatın Bakı səfərinin müsbət nəticəsi barədə danışmaq sadəlövhlük olar”.

“Putin açıqladı da, hələ istəmirlər”

Fazil Mustafa Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın Lavrovun Bakı səfərində ikitərəfli münasibətlərin müzakirə olunacağı barədə dediklərini isə belə şərh edib:

Buna da bax: Azərbaycan və Ermənistan bəyannamənin 'bir bəndinə' görə mübahisə edirlər

“O cür deyilsə də, başqa məsələlər də müzakirə olunacaq. Qarabağ problemi isə söhbətin əsas leytmotivini təşkil edəcək”.

“Baş verənlər Rusiyanın münaqişənin həllində maraqlı olmadığı fikrini möhkəmləndirirmi” sualına deputat “Putin açıqladı da, hələ istəmirlər”, – cavabını verib.

F.Mustafa hesab edir ki, Azərbaycan zamanı gözləməlidir:

“Problem bir günün içində çözülə bilməz. Azərbaycan səylərini artırmalıdır ki, gələcəyə doğru problemin həlli istiqamətində özü üçün müəyyən baza yarada bilsin. Biz vaxtı doğru dəyərləndirməliyik”.

Buna da bax: E.Məmmədyarov: 'Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb'

“Burda niyyət...”

Siyasi icmalçı Zərdüşt Əlizadə isə Sergey Lavrovun Bakı səfərindən yaxşı heç nə gözləmir.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə deyib ki, Lavrovun səfəri bir məqsədə xidmət edir: “Rusiyanın Qarabağda mövqeyini gücləndirmək. Burda niyyət Rusiya qoşunlarının sülhpərvər adıyla bölgəyə daxil olmasıdır. Belə olarsa, Qarabağı həmişəlik itirərik”

Z.Əlizadənin düşüncəsinə görə, Azərbaycan nə vaxta qədər ki, öz qanunlarına və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə hörmət etməyəcək, problemin həlli mümkünsüz görünür:

Buna da bax: Azərbaycan 2 nəhəng layihəyə qoşuldu - bunun nə faydası olacaq? [video]

“Hamı bilir ki, Azərbaycanda xalqla hökumət arasında vəhdət yoxdur. Xalq hökumətdən narazı, vətənə biganədirsə, hansı dövlət bizim mənafeyimizə hörmət edır?! Adi bir misal. Donbas hadisələri zamanı Qərbin aparıcı dövlətləri- Fransa, Almaniya və Polşa rəsmilərinin vasitəçiliyi ilə prezidentlər, Putin və Poroşenkonu bir masa arxasında oturdular. Həmin görüşdə zəif tərəf olan Ukrayna prezidenti Poroşenkonu güzəştə vadar edirdilər. Hərçənd ki, Rusiya Ukraynanın ərazisini işğal edib və bu ilhaq tanınır. İndi də beynəlxalq aləm Ukraynanın ərazi bütövlüyünün bərpa olunmasını istəyir, amma Rusiya imkan vermir. Bizdə də oxşar vəziyyətdir, vəzifə və qazanc naminə Qarabağı qurban verdilər. Bu hüququ hakimiyyətə verənlər də deyir ki, nə istəyirsiniz, nefti satıb qazanırsınız, Qarabağı neynirsiniz?!”

Buna da bax:

Sizcə, sülh danışıqlarının niyə nəticəsi yoxdu? (Sorğu)
Gözlə

No media source currently available

0:00 0:00:21 0:00

XS
SM
MD
LG