Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:48

Müxalifət Paşinyandan Bakı ilə ‘gizli memorandum’ barədə izahat istəyir


“Vətənin xilası” hərəkatından baş nazirliyə namizəd Vazgen Manukyan
“Vətənin xilası” hərəkatından baş nazirliyə namizəd Vazgen Manukyan

Ermənistan Milli Məclisinin müxalifət fraksiyaları hökumətdən internetdə yayılmış bir sənəd barəsində izahat tələb ediblər.

Sənəd guya Ermənistan və Azərbaycan arasında imzalanmış, amma bəyan edilməmiş memorandum kimi təqdim olunub.

Bu barədə fevralın 12-də AzadlıqRadiosunun Erməni xidməti Azatutuyun xəbər yayıb.

Xəbərdə deyilir ki, Lusavor Hayastan partiyasından deputat Taron Simonyan Milli Məclisdə fevralın 12-də keçirilən brifinqdə deyib ki, hakimiyyət belə bir memorandumun həqiqətdə olub-olmaması barədə izahat verməlidir.

Qeyd olunur ki, memorandum olduğu iddia olunan sənəd dekabr ayında tərtib edilib və Qarabağ və Ermənistanın Syunik vilayətinin ərazilərinə aiddir.

Sözü gedən sənəddə imzalar yoxdur.

“Əgər belə bir sənəd imzalanıbsa...”

Taron Simonyan deyib:

“Əgər belə bir sənəd icra hakimiyyəti və ya onun hər hansı nümayəndəsi tərəfindən imzalanıbsa, bu təkcə antidövlət, antimilli sənəd deyil, həm də qanunun posulması ilə imzalanmış sənəddir və heç bir hüquqi gücü ola bilməz”.

O izah edib ki, belə sənədlərin hüquqi qüvvəyə malik olması üçün onların əvvəlcə Konstitusiya Məhkəməsinə, daha sonra Milli Məclisə təqdim edilməsi tələb olunur.

Millət vəkili bildirib ki, belə sənədlər yalnız ratifikasiya olunduqdan sonra tətbiq edilə bilər.

Azatutyun yazır ki, bu sənəd barədə ilk dəfə keçmiş hakim partiya – Respublika Partiyasının sədr müavini Armen Aşotyan və keçmiş baş nazir Qrant Baqratyan bəyanat yayıblar.

Onlar bildiriblər ki, Azərbaycan və Ermənistan arasında imzalanmış memorandum Gorus-Qafan magistral şosesinə aiddir.

Ermənistan Azərbaycandan yan keçən Gorus-Qafan yolu çəkir
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

İqtidar: “300 belə “sənəd” düzəltmək olar”

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan fevralın 10-da demişdi ki, ölkələr arasında 9 noyabr və 11 yanvar üçtərəfli bəyanatından başqa daha bir razılaşma var və bu sənəd Gorus-Davidbek avtomobil yoluna aiddir.

Avinyan demişdi ki, sözü gedən magistral “mübahisəli ərazilərdən” keçir.

Fevralın 12-də hakim “Mənim addımım” fraksiyasının nümayəndəsi Sisak Qabrielyan iddia olunan memorandumun mövcudluğunu təkzib edib:

“Biz elə indicə mənim ofisimə gedə, orda müxtəlif mövzuda 300 sənəd tərtib edə bilərik...Bu kompüterdə A4 formatında yığılmış mətndir. Bu formatda nə istəsən yazmaq olar”.

“Biz belə satqınlığı heç vaxt görməmişik...”

Azatutyun xəbər verir ki, elə bugün, fevralın 12-də Yerevanın Azadlıq meydanında mitinq keçirilib.

Mitinqi “Vətənin xilası” hərəkatından baş nazirliyə namizəd Vazgen Manukyan çağırmışdı.

Manukyan bildirib ki, fevralın 20-ə təyin edilmiş mitinq qüvvədə qalır və o bugünkü mitinqi təcili qaydada “gizli sənədlə” əlaqədar çağırıb:

“Təsadüfən məlum olub ki, üçtərəfli bəyanatdan başqa 6 maddədən ibarət gizli imzalanmışbir sənəd də var. Əvvəl başa düşmürdük ki, sərhədlərimizi niyə itiririk. İndi isə məlum olur ki, başqa bir satqın sənəd də varmış”.

Manukyan daha sonra deyib:

“Vətənimiz gözümüzün qarşısında bir adam tərəfindəm məhv edilir. Biz belə satqınlığı heç vaxt görməmişik ki, ölkənin lideri xalqa bildirmədən, onun çiyinləri arxasından dövləti satsın”.

Rəsmi Bakı hələki bu iddialarla bağlı heç bir açıqlama verməyib.

Dağlıq Qarabağda nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu döyüşlər zamanı Azərbaycan tərəfdən 2 min 855 hərbi qulluqçunun həlak olduğu açıqlanıb.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG