Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:26

"Hökumət "exchange"lərin sayını azalda bilər"


Samir Əliyev
Samir Əliyev

►"Hökumət ciddi addımlar atmasa, manatın ucuzlaşması davam edəcək"

Dekabrın 29-da Bakıdakı valyutadəyişmə məntəqələrinin bir çoxunun işləmədiyi bəlli olub. Bəzi banklar isə valyuta satışını dayandırdığını açıqlayıb.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev AzadlıqRadiosuna dollar ətrafında yaranmış vəziyyəti şərh edir:

– Valyutadəyişmə məntəqələrinin bağlanacağı ilə bağlı xəbərləri mən də eşitmişəm. Hələ ki, rəsmi təsdiqini tapmayan xəbərdir. Ancaq güman edirəm ki, hökumət bununla manata təzyiqi azaltmaq istəyir. Valyutadəyişmə məntəqələrinin sayı həddindən artıq çoxdur. Bu gün böyük həcmdə dollar vəsaiti valyutadəyişmə məntəqələri vasitəsilə satılır və ya alınır. Ola bilər valyutadəyişmə məntəqələrinin sayının azaldılmasına gedilsin və valyuta dəyişmə bank filiallarında, kiçik bank şöbələrində həyata keçirilsin. Məqsəd də maliyyə axınına nəzarəti gücləndirməkdir. Xüsusilə də, bankdan kənar maliyyə axınını nəzarətə götürmək cəhdidir. Bununla da ölkədən kapital axınını məhdudlaşdırmaq məqsədi güdülür.

– Valyutadəyişmə məntəqələrinin ləğvi qara bazarı yarada bilərmi?

– Fikrimcə, hökumət qara bazarın yaradılmasına imkan verməyəcək. Əks təqdirdə, bu, maliyyə sabitliyini poza və manata etibarı kəskin azalda bilər. Bu, hava-su kimi vacib addımdır. Amma qara bazarın yaranmasının qarşısını ala biləcəklərmi, bunu bilmirəm. Əslində, qara bazarın yaradılmasını önləmək düzgün addımdır, əks halda, dolların məzənnəsinin qorunmasını hədəfləyən addımların heç bir faydası olmayacaq. (Ardı aşağıda)

Dolların qara bazarı...(VİDEO, ŞƏRH)
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Buna da bax: Bakı, hanı sənin avtobusların?

– Bəzi banklar dollar satışını dayandırdıqlarını açıqlayıblar. Bunun maliyyə bazarına hansı təsirləri gözlənir?

– Bu gün bazarda çaxnaşma, ajiotaj var, dollara tələbat artıb. Təəssüf ki, bu tələbat ödənilmir. Mərkəzi Bank hərrac keçirir, dolları hərrac vasitəsilə satır, ancaq təəssüf ki, tələbatı ödəyə bilmir. Bildiyim qədər, dünən təxminən 80 milyon, bu gün 100 milyon dəyərində dollar satışı olub. Halbuki, ehtiyat daha çoxdur. Mərkəzi Bank ehtiyatları qoruyur, bu da manata təzyiqi artırır. Banklar da valyuta satışını ona görə dayandırmağa məcbur olub ki, ehtiyatları məhduddur. İkinci devalvasiya zamanı bankların valyuta mövqeləri pozulub. Bunu bərpa etmək üçün dollar vəsaiti lazımdır.

– Samir bəy, bu prosesin axırı nə olacaq? Maliyyə sabitliyi yaranacaqmı? İqtisadçı Qubad İbadoğlu üçüncü devalvasiya barədə xəbərdarlıq edib.

– Əslində, “üzən məzənnəyə” keçidin elanından sonra manatın məzənnəsini saxlamağın mümkün olmayacağı artıq bəlli idi. Əvvəl də bu fikrimin üzərində dayanmışdım, indi də təkrar edirəm ki, bu gün “üzən məzənnəyə” keçid mümkün deyil. Bu gün baş verənlər devalvasiya, manatı ucuzlaşdırmaq siyasətidir. Manatın ucuzlaşmaqda davam edəcəyini gözləyirəm. Əslində, bu, hökumətin davranışından asılıdır. Əgər neftin qiyməti artmasa və ya hökumət ciddi addımlar atmasa, ucuzlaşma davam edəcək.

XS
SM
MD
LG