Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:03

Masallıda pensiyaçılar yolu bağlayıblar - YENİLƏNİB


Etiraz
Etiraz

Masallıda pensiyaçılar etiraz aksiyası keçiriblər. Pensiyalarını «Kapitalbank»ın bankomatlarından çəkə bilməyən sakinlər şəhərin mərkəzi yolunu bağlayıblar.

Bu haqda cənub bölgəsindən xəbərlər hazırlayan cenubnews.com xəbər verir.

Xəbərdə bildirilir ki, pensiyaçıların əsas narazılığı bütün Masallı rayonu üzrə «Kapitalbank»ın cəmi 3 bankomatının olmasıdır. Sentyabrın 24-də həmin bankomatlardan cəmi ikisi işlək olub. Bu da bankomatlar qarşısında 100-lərlə insanın toplaşmasına, sıxlıq yaranmasına səbəbə olub. Bankomatlarda pensiyaçıların hər birinə yetəcək məbləğdə vəsaitin olmaması onlarda narazılıq yaradıb.

Pensiyaçıların etirazına polisin müdaxilə etdiyi deyilir. Polis bir neçə nəfəri saxlayıb, ancaq sonradan həmin şəxslər sərbəst buraxılıblar.

Polis əməkdaşları cenubnews.com-un olay yerində çəkiliş aparan əməkdaşı Mirələm Həşimova da peşə fəaliyyətini yerinə yetirməyə imkan verməyiblər.

“Kapital bank”ın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov AzadlıqRadosuna deyib ki, bankın bankomatlarında heç bir pul qıtlığı yoxdur və həftəsonu olsa da, bankomatlar mütəmadi inkassasiya olunur.

Buna da bax-Pensiyaların gecikməsi Astarada növbələr yaratdı

XS
SM
MD
LG