Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:25

12-15 faiz bahalaşma var


Supermarket
Supermarket

-

Dövlət Statistika Komitəsi (DSK) bu ilin yanvar-may aylarında tükədilən məhsul və xidmət qiymətlərinin ötən ilin eyni dövrünə nisbətən 10.4 faiz bahalaşdığını bildirib. DSK-nın məlumatına görə, ərzaq məhsullarına əvvəlkindən 11.9 faiz, qeyri-ərzaq məhsullarına 15.3 faiz, ödənişli xidmətlərə 4.4 faiz çox pul xərclənib.

APRELLƏ MÜQAYİSƏDƏ...

Son aylar müqayisə edilərsə, istehlak məhsulları və xidmətlərin qiyməti mayda aprellə müqayisədə 0.1 faiz bahalaşıb. Düyünün və qarabaşaq yarmasının, toyuq əti, kolbasa və yumurtanın, kərə və zeytun yağlarının, şəkər və şəkər tozunun, limon, portağal və naringinin, banan, alma və armudun, yerkökü və çuğundurun qiymətlərində bahalaşma, makaron məmulatlarının, mal və qoyun ətinin, pasterizə olunmamış üzlü südün, alça və çiyələyin, pomidor və xiyarın, badımcan və bibərin, göy lobya, kələm və kartofun, sarımsaq, soğan və göyərtinin qiymətlərində isə ucuzlaşma gözə dəyib. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.

...TELEVİZOR UCUZLAŞIB, SU BAHALAŞIB

Aprellə müqayisədə mayda parça, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, qaz plitəsi, elektrik sobası və kondisionerlərin qiymətlərində bahalaşma, televizor və kompüterlərin, soyuducu və paltaryuyan maşınların, minik avtomobillərinə ehtiyat hissələrinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Ayboyu əhaliyə göstərilən ödənişli xidmətlərdən soyuq su təchizatı və kanalizasiya xidmətləri bahalaşmış, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişiklik baş verməyib.

XS
SM
MD
LG