Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:36

Sabit Bağırov: 'Bəzi dostlarımız bunu qəbul etmək istəmir'


Fredrik Reinfeldt
Fredrik Reinfeldt

“Təəssüflər olsun ki, bizim koalisiyada MSŞT-nin standartları ilə razılaşmaq istəmirlər”

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) Beynəlxalq İdarə Heyətinin sədri Fredrik Reinfeldt Bakıda rəsmi səfərdədir. O, fevralın 1-də prezident İlham Əliyev və MSŞT üzrə hökumət komissiyasının, eləcə də vətəndaş cəmiyyətinin üzvləri ilə görüşüb.

AZƏRTAC-ın məlumatına görə, prezidentlə görüşdə Azərbaycanın MSŞT ilə əməkdaşlığı “sadiq olması” bir daha vurğulanıb, ölkənin gələcəkdə bu qurumda tam hüquqlu üzv statusunun bərpası üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Buna da bax:​ Yerli QHT-lər MHŞT sədrindən kömək istəyir

Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Fredrik Reinfeldt-lə görüşə Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Azərbaycan QHT Koalisiyasının üzvü Oktay Gülaliyev də qatılıb. O, AzadlıqRadiosu-na söyləyib: “Sədr bizimlə görüşdə də dedi ki, İlham Əliyev ona Azərbaycanda MSŞT-nin tətbiq edilməsi, vətəndaş cəmiyyəti problemlərinin həlli istiqamətində hökumətin nə lazımdısa edəcəyini bildirib. Bizim görüş məhsuldar oldu. Biz də Azərbaycanın MSŞT də qalmasında maraqlıyıq. Amma bu proses Təşəbbüsün standartlarına və tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Vətəndaş cəmiyyətinin problemləri həll olunmalı, ona basqılar dayandırılmalıdır”.

Azərbaycanın MSŞT-də statusunun bərpası bir aya müzakirəyə çıxarılmalıdır. Ancaq Oktay Gülaliyev ölkədəki durumun “nikbin düşünməyə” əsas vermədiyini bildirir.

Buna da bax: ‘Mədən Şəffaflığı’ tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə

Oktay Gülalıyev: "Biz də Azərbaycanın MSŞT də qalmasında maraqlıyıq"
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00
Direct-ə keçid

Görüşün başqa bir iştirakçısı, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Azərbaycan QHT Koalisiyasının üzvü Sabit Bağırov ümidini parlamentin yaz sessiyasına bağlayıb. AzadlıqRadiosu onunla söhbəti diqqətinizə yetirir:

- Görüş gözlədiyim kimi keçdi. Yeni sədr vətəndaş cəmiyyətinin durumu və konkret olaraq, Koalisiyaya münasibətlə maraqlandı. Görüş iştirakçıları da fikirlərini bildirdilər. Onlar daha çox qanunvericilik məsələsinə diqqət çəkdilər, eləcə də vətəndaş cəmiyyətinin problemlərinə toxundular. Qeyd edildi ki, Nazirlər Kabinetinin son iki qərarı müəyyən pozitiv aspektlərə malikdir. Amma bununla belə, kardinal olaraq situasiyanı dəyişmir. Koalisiyadakı duruma da toxunuldu. Fərqli fikirlər səsləndi.

Sabit Bağırov
Sabit Bağırov

- Sabit bəy, Koalisiyada durum necədir?

- Koalisiyada parçalanmadan danışmaq olar. Deyə bilmərəm üzvlərin neçə faizi hansı tərəfdədir, amma fəal qisim iki hissəyə bölünüb. Situasiya belədir.

Buna da bax:​ 'Mədən Şəffaflığı'nın üzvü polisdə sorğu-sual edilib

- Koalisiyada olanların bir qismi deyir ki, hökumət vətəndaş cəmiyyətinin problemlərinin həllinə çalışır, amma digər qisim problemlərin olduğu kimi qaldığını iddia edir. Siz hansı tərəfdəsiniz?

- Problemlərin həllinə çalışılır. Nazirlər Kabineti yanvarda iki qərar qəbul edib. O qərarlarda prosedurlara dair xeyli sadələşdirmələr nəzərdə tutulur, amma problemi kökündən çözmək üçün qanunvericilikdə dəyişikliklər edilməlidir. MSŞT-nin öz standartları var. Keçən il qəbul edilən standartda vətəndaş cəmiyyətinə dair xüsusi qeydlər var. Orda açıq göstərilir ki, MSŞT prosesində iştirak edən vətəndaş cəmiyyəti qurumları məhz Təşəbbüsün problemləri ilə əlaqədar məsələlərdə ifadə azadlığına malikdirlər. Təəssüflər olsun ki, bizim dostlardan bəziləri vətəndaş cəmiyyətinin digər problemlərinin də MSŞT çərçivəsində həllinə çalışır. Bu da düzgün deyil.

- Hansı problemlərdən söhbət gedir?

- İnsan haqları problemlərindən. Bu gün sədr bir daha təsdiqlədi ki, MSŞT insan hüquqlarına böyük hörmətlə yanaşır, amma həmin sahədəki problemlərin buraya gətirilməsinin əleyhinədir. Bu, standarta uyğun deyil. Təəssüflər olsun ki, bizim koalisiyada bu standartla razılaşmaq istəmir, vətəndaş cəmiyyətinin problemlərini bura gətirirlər. Lap vətəndaş cəmiyyətini qırağa qoyaq. Koalisiya üzvü olan dostlardan, tanışlardan kimsə həbs olunursa, onun sanki məhz koalisiyada iştirakına görə tutulduğunu deməyə çalışırlar. Bu, düzgün deyil. Hər şeyin öz yeri var. Siyasətlə məşğul olmağa siyasi partiyalar var. Bu, Təşəbbüsün standartında açıq-aydın yazılıb. Bu gün sədr bir daha bunu təkrar etsə də, bəzi dostlarımız bunu qəbul etmək istəmir. Ona görə də problemlər yaranır.

Buna da bax: ‘Adıma qeydə aldığınız QHT-ni ləğv edin’

Sabit Bağırov: "Koalisiyada parçalanmadan danışmaq olar"
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00
Direct-ə keçid

- Azərbaycanın MSŞT-də statusunun bərpası məsələsinə martda baxılmalıdır. Bu səfərdən sonra Azərbaycanla bağlı müsbət qərara ümid edirsinizmi, yoxsa reallıq başqa şey deyir?

- Mümkündür ki, parlamentin yaz sessiyasında QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklikləri qabağa salıb məsələni həll etsinlər. Nazirlər Kabinetinin son qərarları, prinsipcə, MSŞT koalisiyasının fəaliyyətinə xeyli imkan yaradır. Qrantların qeydiyyatına gəlincə, düzdür, bu qərarda yazılmasa da, MSŞT ilə əlaqəli layihələrin problemi olmayacaq. Vəziyyət belədir. Amma Beynəlxalq İdarə Heyətinin tələb etdiyi bir az fərqlidir. Onlar “Astana qərarı”nda ümumiyyətlə, problemlərin həllini tələb ediblər. Ona görə qanunvericiliyin dəyişdirilməsi çox vacibdir. Əks halda Azərbaycanı MSŞT-dən xaric edə bilərlər. Bu, mümkündür, mən bundan ehtiyatlanıram... Ola bilər fevralda, martın ilk günlərində qanunvericiliyə dəyişiklik edilsin. Ola bilər.

«Açıq Hökumət Təşəbbüsü» 2011-ci ildə BMT Baş Assambleyasının 66-cı toplantısında qəbul edilib. Hazırda adıçəkilən sənədi 70 civarında ölkə imzalayıb.

Buna da bax:​ 'Xəbərləri olsun, Ədliyyə nazirliyini məhkəməyə vermişəm'

Bu sənədə ilkin qoşulmaq istəyənlər sırasında olan Azərbaycan 2012-ci ildə Təşəbbüsə qoşulub. 2016-cı ilin mayında Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsi Azərbaycanın bu qurumdakı statusunu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirib. Buna səbəb kimi, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılmış məhdudiyyətlər, bütün vətəndaş cəmiyyəti spektrini əhatə edən platformanın olmaması göstərilib. Yeni statusda Azərbaycan səsvermə hüququndan məhrum edilib.

Azərbaycan bu quruma daxil olan ölkələr arasında tamhüquqlu üzvlük statusunu itirən tək ölkədir. Ötən ilin payızında isə Azərbaycan yenə qurumda qeyri-aktiv ölkə kimi saxlanıb.

XS
SM
MD
LG