Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:50

Mədəniyyət Nazirliyində işini itirən də var


Elnur Əliyev
Elnur Əliyev

Noyabrın 3-də Prezident İlham Əliyev Elnur Əliyevi Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edib.

Azərbaycanın yerli media orqanlarında yayılan məlumatlara görə, noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib, E.Əliyevin da istintaqa cəld edildiyi bildirilirdi.

Bu məlumatlara nə DTX-dan, nə də E.Əliyevdən münasibət almaq mümkün olub.

Mədəniyyət Nazirliyində yenə həbs edilən var

Noyabrın 2-də Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bu məlumatı "Turan"a Səbail Rayon Məhkəməsindən təsdiqləyiblər. Səbail Rayon Məhkəməsində istintaq orqanının vəsatətinə baxılıb və təmin edilib.

Lakin şöbə müdirinin hansı ittihamlarla həbs olunduğu barədə məlumat verilməyib.

Məlumata İ.Nəsibovun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycanın yerli saytları noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirməsinə dair məlumatlar yaymışdılar. Amma DTX özü, hələlik, bununla bağlı hər hansı məlumat açıqlamayıb.

Xatırlatma

2020-ci ildə də DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Onda nazirin keçmiş müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov həbs olunmuşdu. Onlar mənimsəmə və başqa əməllərdə ittiham edilirdilər.

Məhkəmədə R.Bayramov 8, Z.Sultanov 11 il həbs cəzası aldılar. Lakin sonradan cəzalar hər iksində təqribən yarıya qədər azaldılıb. Onlar ittihamı qəbul etmirdilər. Məhkəməsində ömrü boyu əliyevçi olduğunu söyləyən keçmiş nazir müavini daha sonra da bunları əlavə etmişdi: "Mən ömürboyu rüşvət almamışam. Bir nəfər də burada demədi ki, mən onlardan və ya başqasından rüşvət almışam".

XS
SM
MD
LG