Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:49

‘Əlini çiynimə qoyub dedi ki, ‘ölmədiyinə görə sevinmə’’


Müxalifətin mitinqində Nardaran məhbuslarına azadlıq şüarları. 11.09.2016
Müxalifətin mitinqində Nardaran məhbuslarına azadlıq şüarları. 11.09.2016

Ötən il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatda həbs olunanlardan biri - Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseynov deyir ki, Milli Şuranın sentyabrın 11-də keçirdiyi mitinq öncəsi həmin mitinqdə iştirakla bağlı çağırış etdiyinə görə cərimə kamerasına (“kars”) salınıb. O bu sözləri sentyabrın 21-də “Nardaran işi” üzrə məhkəmənin sentyabrın 21-də keçirilən iclasında söyləyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə artıq əməliyyata qatılan polislər dindirilir.

“Karsa salınandan aclıq edirəm”

"Milli Şuranın keçirdiyi icazəli aksiyaya növbəti dəstək xarakterli yazılarıma görə Prezident Aparatının göstərişi ilə təcridxananın rəhbərliyi tərəfindən “karsa” salınmışam..."

“Məhkəməyə aid olmasa da, ictimaiyyətin bilməsi zəruri olduğundan, bunu deməliyəm. Bildiyiniz kimi, bizim burada olmağımız şərlənməyimizin nəticəsidir. Bizi məhkum etməklə yanaşı, azadlığımızı da əlimizdən alıblar. Bu rejim bununla kifayətlənməyib, bir şəxsin siyasi baxışlarına və fikirlərinə görə ona təzyiq edir. Bizə psixoloji təzyiqlər də edilir ki, bəlkə susduralar. Bir neçə gün öncə Milli Şuranın keçirdiyi icazəli aksiyaya növbəti dəstək xarakterli yazılarıma görə Prezident Aparatının göstərişi ilə təcridxananın rəhbərliyi tərəfindən “karsa” salınmışam. Hazırda 6 gündür karsdayam. Bildirdilər ki, “sənin bura düşməyinin səbəbi yuxarıdan göstəriş verilməsidir”. Onları çağırışlarımız narahat edir”, - Abbas Hüseynov məhkəmə iclasının əvvəlində belə deyib.

Buna da bax:​ Tale Bağırovun müavini karserə salınıb

Məhkəməyə sədrlik edən hakim Əlövsət Abbasov onun çıxışını dayandıraraq, bu məsələnin baxılan işə aidiyyəti olmadığını bildirib və əlavə edib ki, vəkillər təcridxanada baş verənlərdən narazıdırsa, ayrıca məhkəməyə şikayət verə bilərlər.

“Mən sözümü hələ bitirməmişəm. Məhkəmə vasitəsilə medianın, ictimaiyyətin və bu tamaşanı aparan adamların bilməyini istəyirəm..."

Abbas Hüseynov çıxışının dayandırılmasına etiraz edib: “Mən sözümü hələ bitirməmişəm. Məhkəmə vasitəsilə medianın, ictimaiyyətin və bu tamaşanı aparan adamların bilməyini istəyirəm ki, “karsa” düşdüyüm 6 gündən bəri aclıq aksiyası keçirirəm. Çünki hakimiyyət mənim hüquqlarımı pozub, haqsızlıq edib. Heç bir qanuni əsas gətirmədən məni “karsa” salıblar. Mən də buna etiraz edirəm. Bu rejim necə qəddardır ki, insanları şərləyib həbsə salırlar, işgəncə verirlər. Siz də bu tamaşaya operatorluq edirsiniz...”.

Buna da bax:​ 'Cibimdə üzvlük kartı görən kimi 10 nəfər məni qan qusana qədər döydülər'

“Nardaran işi” məhkəməsində adı hallanan “Şrek” kimdir?

“Nardaran işi” üzrə məhkəmə iclaslarında təqsirləndirilən şəxslər ifadə verərkən, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onlara daha çox işgəncə verənlər sırasında “Şrek” ləqəbli birini qeyd edirdilər. Bugünkü məhkəmə iclasında məlum olub ki, söhbət idarənin əməkdaşı İbrahim Kazımovdan gedir. O, məhkəmədə dindirilib.

Təqsirləndirilən şəxslər İbrahim Kazımovdan ucadan danışmağı və onların üzünə baxmağı tələb ediblər.

Kazımov ifadəsində bildirib ki, təqsirləndirilən şəxslərdən Rasim Cəbrayılovu Nardaran əməliyyatı zamanı zərərsizləşdirib. Rasimin polislərə atəş açdığını deyən İbrahim Kazımovun sözlərinə görə, onu zərərsizləşdirilərkən üzərindən silah tapıb götürüblər.

“Biz insanıq, robot deyilik”

Təqsirləndirilən şəxslər İbrahim Kazımovdan ucadan danışmağı və onların üzünə baxmağı tələb ediblər. Kazımovun "qəhrəmanlıq eləmisiz ki, üzünüzə baxım?" - cavabı təqsirləndirilən şəxsləri hiddətləndirib. Məhkəmədə mübahisə yaranıb və hakim vəziyyətdən çıxış yolu kimi, fasilə elan edib. Ancaq fasilədən sonra İbrahim Kazımovun didirilməsi davam etdirilməyib. O, məhkəmə zalına qayıtmayıb. Hakim onu daha sonra çağıırıb dindirməni davam etdirəcəklərini söyləyib. O, təqsirləndirilən şəxslərdən qaydaları pozmamağı da tələb edib.

Buna da bax:​ Nardaran işində: 'Cinsiyyət orqanımızın üstünə çıxıb təpikləyirdilər'

Polis “Necə oldu ki, atışma dayandı?” sualına “Yəqin bunların ağılları başlarına gəldi", - deyə cavab verdi.

“Bunlar bizə işgəncələr veriblər. Biz insanıq, robot deyilik”, - Taleh Bağırov cavabında belə deyib.

Bundan sonra BMCMİ-nin başqa bir əməkdaşı Kamil Məmmədov dindirilib. O, təqsirləndirilən şəxslərdən Aqil İsmayılovu zərərsizləşdirdiyini və onun cibindən qumbara çıxardığını söyləyib. Polis dindirmə zamanı vəkillərin “Necə oldu ki, atışma dayandı?” sualını “Yəqin bunların ağılları başlarına gəldi", - deyə cavablarkən, təqsirləndirilən şəxslər etirazlarını bildiriblər. Hakimin polisə irad bildirməməsi onları daha da qəzəbləndirib.

“Niyə ona heç bir irad bildirmirsiniz?”

“Bunlar bizə işgəncələr veriblər. Biz insanıq, robot deyilik”,

“Niyə ona heç bir irad bildirmirsiniz? Qorxursunuz ki, sizə də "bandotdel"də işgəncə verərlər?", - Abbas Hüseynov hakimə belə deyib.

Hakim bu sözlərdən sonra Abbas Hüseynovun məhkəmə zalından çıxarılması və prosesin onun iştirakı olmadan davam etdirilməsi barədə qərar çıxararaq, məhkəməyə fasilə verib. Fasilədən sonra Abbas Hüseynov məhkəmə zalına gətirilməyib. Hakim Əlövsət Abbasov yenə bu məsələyə qayıdaraq deyib: “Nə vaxt məhkəməyə müraciət edib, üzrxahlıq eləsə, o zaman iclasda iştirakı təmin olunacaq. Bu, qanunvericiliyin tələbidir. Kimisə təhqir edibsə, üzr istəməlidir”.

Buna da bax:​ Milli Şura üzvləri polisə çağırılır

Təqsirləndirilən şəxslər Abbas Hüseynov olmadan məhkəmənin keçirilməsinə etiraz edərək bildiriblər ki, belə getsə, onlar da məhkəmədə iştirakdan və vəkillərindən imtina edəcəklər.

Təqsirləndirilən şəxslər Abbas Hüseynov olmadan məhkəmənin keçirilməsinə etiraz edərək bildiriblər ki, belə getsə, onlar da məhkəmədə iştirakdan və vəkillərindən imtina edəcəklər.

Yenidən qısa fasilə və...

Məhkəmə prosesində yenidən qısa fasilə elan olunub və həmin vaxt təqsirləndirilən şəxslərdən Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırov və AXCP sədrinin müşaviri Fuad Qəhrəmanlı Abbas Bağırovla məsləhətləşiblər. Fuad Qəhrəmanlı hakimləri əmin edib ki, bu cür hal təkrarlanmayacaq. daha sonra Abbas Hüseynov məhkəmə iclasına qatılıb və heç kimə hörmətsizlik etmədiyini, əksinə, ona qarşı hörmətsizlik olduğunu deyib.

Fasilədən sonra Abbas Hüseynov məhkəmə zalına gətirilməyib. Hakim Əlövsət Abbasov yenə bu məsələyə qayıdaraq deyib: "Nə vaxt məhkəməyə müraciət edib, üzrxahlıq eləsə, o zaman iclasda iştirakı təmin olunacaq".

Bundan sonra Kamil Məmmədovun dindirilməsi davam edib. Çarpaz dindirmə zamanı təqsirləndirilən Aqil İsmayılov deyib ki, onu bu adam yox, başqa birisi tutub, üzərində də nəinki qumbara, ümumiyyətlə, heç nə olmayıb: “Mən bu adamı “bandotdel"də görmüşəm. Orada əlini çiynimə qoyub dedi ki, “ölmədiyinə görə sevinmə".

Məhkəmə sentyabrın 22-də davam edəcək.

Buna da bax:​ Nardaran işi: 'Bizə cərəyan qoşdu'

Qısa tarixçə

Ötən il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Onlardan bəzilərinə 1 il 6 aydan, 2 il 6 ayadək həbs cəzası verilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. O və onunla saxlananlar qətldə və bir çox başqa ağır cinayətlərdə suçlanırlar. Təqsirləndirilənlər bu ittihamları rədd edir və onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

XS
SM
MD
LG