Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:02

Azərbaycanda minimum əməkhaqqı Lüksemburqdan 30 dəfə azdır


Foto illüstrasiya.
Foto illüstrasiya.

İqtisadçı Qubad İbadoğlu dünyada və Azərbaycanda minimum əməkhaqqını müqayisəli təhlil edib.

O, bildirir ki, Azərbaycan əhalisinin sosial vəziyyətinin pisləşməsinin səbəblərindən biri də orta aylıq, minimum əməkhaqqı və pensiyaların aşağı olması ilə əlaqədardır. İqtisadçının fikrincə, elə bu səbəbdən də ildən-ilə əksər ailələrdə bayram əhval ruhiyyəsi müşahidə olunmur:

ƏN YÜKSƏK LÜKSEMBURQDA

«Minimum əməkhaqqı hər bir ölkədə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Bu normativ işləyənləri aşağı əməkhaqqı ödənişindən qorumaq məqsədilə tətbiq edilir. Bu normativ adətən işləyənin fizioloji tələbatlarının minimum səviyyəsini qarşılayacaq qədər müəyyənləşdirilir. Son məlumatlara görə, Avropada ən yüksək minimum əməkhaqqı Lüksemburqda (2000 avro), İrlandiyada (1563 avro), Hollandiyada (1552 avro), Belçikada (1532 avro) və Almaniyadadır (1498 avro)».

İqtisadçı vurğulayır ki, bu məkanda yerləşən və hazırda Avropa Birliyinin üzvü olan keçmiş sosialist ölkələrinin bir çoxunda isə minimum əməkhaqqı 500 avrodan aşağıdır:

Azərbaycanda yoxsulluq prezidentin dediyi kimi azalırmı?
Gözlə

No media source currently available

0:00 0:14:05 0:00

AVROPADA ƏN AZ BOLQARISTANDADIR

«Məsələn, Bolqarıstanda 235 avro, Rumıniyada 275 avro, Latviya və Litvada 380 avro, Çexiyada 407 avro, Macarıstanda 412 avro, Xorvatiyada 433 avro, Slovakiyada 435 avro, Polşada 453 avro, Estoniyada 470 avrodur».

Qubad İbadoğlu qeyd edir ki, Avropa Birliyinə daxil olan üç ölkədə minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizindən yuxarıdır. Portuqaliyada bu nisbət 64 faiz, Fransa və Sloveniyada isə 62 faizdir.

İqtisadçının bildirməsinə görə, dünyada minimum əməkhaqqı 1 saata görə müəyyənləşdirilir və müqayisə olunur:

AZƏRBAYCANIN MÜQAYİSƏSİ

«Bu göstərici üzrə ardıcıllıq belədir: 1 saatlıq minimum əməkhaqqı norması Avstraliyada 15.61 dollar, Lüksemburqda 14.31 dollar, Fransada 12.52 dollar, Belçikada 11.91 dollar, İrlandiyada 11.48 dollar, Yeni Zelandiyada 11.23 dollar, Hollandiyada 11.22 dollar, ABŞ-da 10.10 dollar, Kanadada 9.85 dollardır. Uyğun göstərici Türkiyədə 5.46 dollar, Əlcəzairdə 2.84 dollar, Hondurasda 1.94 dollar, Çadda 1.68 dollar, Rusiyada 1.06 dollar, Azərbaycanda isə 0.56 dollardır».

İqtisadçının bildirməsinə görə, Azərbaycan bu göstəriciyə görə, həm neft hasil edən, həm də bir çox MDB ölkələrindən geri qalır.

«Hazırda neftlə zəngin olan keçmiş sovet respublikalarında minimum əməkhaqqı norması Azərbaycan üzrə 63 avro, Qazaxıstan üzrə 71 avro, Rusiya üzrə isə 121 avro təşkil edir. Göründüyü kimi, Azərbaycanda minimum əməkhaqqı norması Lüksemburqdan 30 dəfə, İrlandiyada, Hollandiyada, Belçikada və Almaniyadan isə 25 dəfəyədək kiçikdir»,- deyə iqtisadçı bildirir.

Azərbaycanda minimum əməkhaqqı bu il 11 manat artaraq 116 manat olub.

XS
SM
MD
LG