Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:50

Belarus ABŞ səfirindən imtina elədi


ABŞ-ın Belarusa təyin edilmiş səfiri Julie Fisher, 9 iyun, 2021
ABŞ-ın Belarusa təyin edilmiş səfiri Julie Fisher, 9 iyun, 2021

Rəsmi Minsk Birləşmiş Ştatlardan, sentyabrın 1-dək Minskdəki diplomatik missiyasının əməkdaşlarının sayının 5-ə endirilməsini tələb edib.

Belarus hakimiyyəti, Julie Fisherin ABŞ-ın bu ölkəydəki səfiri vəzifəsinə təyin edilməsi barədə razılığını geri götürüb.

AzadlıqRadiosunda olan məlumata görə, rəsmi Minsk həmçinin Birləşmiş Ştatlardan, sentyabrın 1-dək Minskdəki diplomatik missiyasının əməkdaşlarının sayını 5-ə endirməyi tələb edib.

Belarus Xarici İşlər Nazirliyi-nin sözçüsü Anatol Hlaz bunun səbəbinin, ABŞ-ın Belarusa qarşı yeritdiyi siyasət-ona qarşı tətbiq etdiyi sanksiyalarla bağlı olduğunu bildirib.

Qeyd edək ki, ABŞ hakimiyyəti bundan 2 gün öncə, Aleksandr Lukashenka rejimi və bu ölkənin bir sıra dövlət müəssisələrinə qarşı növbəti sanksiyalar paketi qəbul edib.

Böyük Britaniya ilə Kanada da eyni addımlar atıb.

ABŞ prezidenti Joe Biden, bu sanksiyaların, Lukashenkanın vətəndaşların iradəsinə məhəl qoymamasına cavab olduğunu bildirib.

2008-ci ildən ABŞ-la Belarus arasında tam diplomatik münasibətlər mövcud deyil.

ABŞ Senatı 12 ildən sonra-2020-ci ildə Fisherin bu vəzifəyə namizədliyini irəli sürsə də , Minsk ona viza verməkdən imtina edirdi.

Qeyd edək ki, 2020-ci ilin sentyabrında Belarusda keçirilən mübahisəli prezident seçkisindən sonra Qərblə Lukashenka rejimi arasında münasibətlər daha da pisləşib.

Belarus müxalifəti və bir çox Qərb ölkələri Lukashenkanın qalib elan edildiyi bu seçkinin nəticələrini tanışırlar.

1994 -cü ildən hakimiyyətdə olan Lukashenka, bundan sonra ölkədə başlayan kütləvi etirazları zorakılıqla dağıtdı, müxalifət liderləri də daxil olmaqla minlərlə insan saxlandı və ya həbsə atıldı.

Əsas müxalifət lideri və prezidentliyə keçmiş namizəd Svetlana Tikhanovskaya isə hazırda xaricdə mühacirətdə yaşayır.

XS
SM
MD
LG