Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:53

Azərbaycanda həkim, müəllim, poçt işçisi olmaq olar, amma... [video]


Mitinqçilərin şəkillərini gizlicə kimlər çəkir?
Gözlə

No media source currently available

0:00 0:14:27 0:00

Mitinqçilərin şəkillərini gizlicə kimlər çəkir? [video]

Azərbaycanda müxalifət partiyalarının əksəriyyəti iddia edir ki, onların keçirdikləri etiraz aksiyalarına gələnlərə qarşı təqiblər artıb. Dövlət müəssisələrində həkim, müəllim, poçt işçisi və kimi adi işlərdə çalışanlar qovulurlar.

Millət vəkili Zahid Orucsa belə iddiaları əsassız sayır. Deyir ki, müxalifətin heç kiçik məhsul stadionunu dolduracaq qədər tərəfdarı yoxdur.

Eldar Hüseynov 18 ildir Azərbaycan Dövlət İqtisad Universitetinin informatika fakültəsinin müəllim işləyirdi. Deyir ki, bugünlərdə heç bir xəbərdarlıq edilmədən, qəflətən işdən çıxarılması haqda rektorun əmri gəlib:

Buna da bax: Cəbhəçi poçtalyon: 'Məni çoxdan işdən çıxarmaq istəyirdilər...'

“Bundan öncə də mənə qarşı hədələr vardı. İşdən çıxarılmam sırf siyasi faəliyyətimlə bağlıdır. Lakin mən bununla razılaşmayacam sona qədər mübarizəmi davam etdirəcəm. Məhkəməyə müraciət edəcəm. Yerli instansiyalarda öz haqqımı ala bilsəm, Avropa məhkəməsinə üz tutacam”.

Eldar Hüseynovun işdən çıxarılma səbəbi kimi onun haqqında fakültənin digər müəllimləri adından imzalanmış akt göstərilir. Həmin aktda yazılıb ki, “Eldar Rüstəmovun kobud, mədəniyyətsiz, dalaşqan biri kimi xarakterizə olunur, bununla da onun dərs mühitini pozduğu qeyd olunur. Eldar Hüseynov bütün bunların onun işdən çıxarılması üçün uydurulmuş yalanlar olduğunu deyir.

Buna da bax: Cəbhəçi dosent 'ç' bəndinə əsasən işdən çıxarılıb

Bir neçə müxalifət partiyası və ictimai qurumun birləşdiyi Milli Şura sentyabrın 23-də və oktyabrın 7-da Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçirib. Mitinqdə «Talana yox», «İstefa» kimi şüarlar səslənib.

Şuranın sədri Cəmil Həsənli deyir ki, hakimiyyət həbs, hədə-qorxu və təqib kimi üsullarla bu etirazların qarşısını almağa cəhd edir. Lakin pisləşən sosial durum, işsizlik, kasıblıq hətta müxalifətlə əlaqəsi olmayanları da bu aksiyalara gəlməyə vadar edir.

Cəmil Həsənli
Cəmil Həsənli

Hakimiyyətin siyasi kursunu müdafiə edən millət vəkili Zahid Oruc isə əmindir ki, əslində heç müxalifətə qarşı bu cür tədbirlərə ehtiyac da yoxdur:

Buna da bax: 'Dəfələrlə 'ya AXCP, ya iş' seçimi önündə qalmışam'-Dosent

“Azərbaycanda müxalifətinin bir “Məhsul" stadionunu dolduracaq qədər qüvvəsi yoxdur. Belə olan şəraitdə kimlərsə təzyiq edilməsi, guya “çörəklə sınağa çəkilməsi” kimi fikirlərini səsləndirməyin heç bir əsası yoxdur. Hər kəsə aydındır ki, müxalifətin aksiyaları bəzi şəxslərə xaricdə sığınacaq almaq marşrutudur”.

Zahid Oruc deyir ki, bəzilərinin guya işdən çıxarılması kimi iddiaları da əslində rahatlıqla sığınacaq ala bilmələri üçündür.

Zahid Oruc
Zahid Oruc

AXCP Neftçala təşkilatının fəalları, məktəb müəllimləri Əflatun Əhmədzadə və xanımı Ülkər Əhmədzadə də etiraz aksiyasına qatıldıqları üçün işdən azad olunduqlarını deyirlər. Onlar sentyabrın 25-də məhkəmənin qərarı ilə yenidən işə bərpa ediliblər. Əhmədzadələr deyirdilər ki, bu aksiyalara qatılmaqda onların məqsədi demokratik və azad ölkədə yaşamalardır. Öz gələcəklərini də Azərbaycandan kənarda görmürlər:

“Vətən çox əzizdir. Mənim övladlarım xaricdə təhsil alırlar. Amma mənim heç vaxt öz ölkəmdən getmək fikrim olmayıb. Heç vaxt bu məqsədlə də aksiyalara qatılmamışam. Mənim məqsədim azad və demokratik Azərbaycan görə bilməkdir”.

Prezident İlham Əliyev dəfələr çıxışlarında bildirib ki, bu etiraz aksiyalarına gələnlər müxalifətin öz qohumlarıdır.

Buna da bax: Cəbhəçi müəllimlər məhkəməni uddular

Müxalifət partiyalarının təmsilçiləri isə israrla bildirirlər ki, onların fəalları təkcə etiraz aksiyalarından əvvəl təqib edilmirlər. Aksiyalar zamanı kimlərsə iştirakçıları yaxından görüntüyə alır. Sonra həmin görütülərdə olan adamların evlərinə gedir, hədə-qorxu gəlir, bu insanların qohumları, və ya özləri işdən çıxarılır.

Biz Bakı sakinlərini də müzakirələrə qatmışıq. Onlardan soruşmuşuq ki, sizcə, Azərbaycanda adamları daha çox hansı səbəblərə görə işdən çıxarırlar?

Azərbaycanda adamı nəyə görə işdən çıxarırlar? (Sorğu)
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Başqa bir Bakı sakini Mehriban Hüseynli Zirə Poçt Məntəqəsində poçtalyon işləyib. O deyir ki, Milli Şuranın etiraz aksiyasına qatıldıqdan sonra onu da işdən çıxarıblar. Poçt rəhbərliyi buna səbəb kimi bir neçə gün ərzində 200-dən çox məktubu paylamadığını göstərib.

Mehriban Hüseynli
Mehriban Hüseynli

Mehriban Hüseynli də bunu işdən çıxarılmasına bir bəhanə sayır. Onunla bir yerdə çalışan poçtun digər 3 xanım işçisi isə Mehriban Hüseynli ilə bağlı qərara etiraz olaraq, işdən çıxıblar.

XS
SM
MD
LG