Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:52

Tanınmış rusiyalılar mühacirətdə antimüharibə komitəsi yaratdılar


Mixail Xodorkovski
Mixail Xodorkovski

Qrup dünya ictimaiyyətini “beynəlxalq hüququ pozanlara qarşı prinsipial mövqe tutmağa” çağırıb

Mühacirətdə yaşayan bir qrup tanınmış rusiyalı Prezident Vladimir Putini və digər rəsmiləri Ukraynaya qarşı “qardaş qırğını”na görə məsuliyyətə cəlb etmək üçün Antimüharibə Komitəsi yaradıblar.

Əməllərinə görə cəzalandırılmalıdırlar

Qrupun təsis olunduğunu keçmiş oliqarx, müxalifətdə olan siyasətçi Mixail Xodorkovski elan edib. Qrupa keçmiş şahmat çempionu Harri Kasparov, müxalifətçi Vladimir Kara-Murza, keçmiş deputat Dmitri Qurkov və aparıcı iqtisadçı Sergey Quriyev daxildir.

Qrup fevralın 27-də dünya ictimaiyyətini “beynəlxalq hüququ pozanlara qarşı prinsipial mövqe tutmağa” çağırıb, Rusiyanın Ukraynaya ötən həftə başlamış təcavüzündə əli olan hər bir kəsin məsuliyyətə cəlb olunmalı olduğunu bildirib.

“Təcavüzün birbaşa iştirakçıları, təcavüz planını hazırlayan generallar və Rusiyanın siyası rəhbərliyi hərbi cinayətkar kimi tanınmalı, əməllərinə görə cəzalandırılmalıdır”, – bəyanatda deyilir.

Fərq

O da qeyd edilir ki, “iradəsi əleyhinə Putinin avantürist siyasətinə cəlb olunan rusiyalılarla, davam edən qardaş qırğınında Putin rejiminə həvəslə kömək edənlər arasında aydın fərq var”.

“Rusiya vətəndaşları olaraq… biz müharibənin qarşısını ala bilmədiyimizə, Rusiya əsgərlərinin qonşu ölkəyə xəyanətkarcasına hücumuna imkan verdiyimizə görə mənəvi məsuliyyət daşıyırıq”, – bəyanatda deyilir.

Bakıdakı rusdillilər Rusiyanın Ukraynaya təcavüzünə münasibət bildirir
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

“Antimüharibə Komitəsi Rusiyanın əsl vətənpərvərlərini, siyasi mübahisələrə, ideoloji fərqlərə, şəxsi simpatiya, yaxud antipatiyalara baxmayaraq, Vladimir Putinin təcavüzkar diktaturasına qarşı birləşməyə çağırır”, – bəyanatda vurğulanır.

Rusiyanın Ukraynanın təcavüzünün birinci günü – fevralın 24-də Rusiyanın bir sıra şəhərlərində etirazlar keçirilib. 6 minədək nümayişçinin saxlandığı bildirilir.

XS
SM
MD
LG