Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:52

Müsəlman ailə ABŞ-a buraxılmadı


Mohammad Tariq Mahmood
Mohammad Tariq Mahmood

►Ailə başçısı: “Bizi tramplayıblar”

ABŞ rəsmilərisə bu məsələnin İslamla bağlı olmadığını deyirlər

Londonda bir müsəlman kişi ailəsinin dini baxışlarına görə Los Ancelesə uçan təyyarəyə buraxılmasığını deyib. Ailə Disneyləndə getməyi planlaşdırırmış.

Los Ancelesə uçmaq istəyən ailəyə Mohammad Tariq Mahmood, onun iki uşağı, qardaşı, onun xanımı və beş uşağı və daha iki qardaşı qızı daxil imiş.

Dekabrın 15-də bu böyük ailə çıxışın qarşısında təyyarəyə minməyi gözləyirmiş, baqajları da artıq təyyarədə imiş. Bu zaman Mohammad Mahmood müştəri xidmətinə çağrılıb və ona bildirilib ki, ailənin ən azı bir neçə üzvü təyyarəyə buraxılmayacaq. Mahmoodun sözlərinə görə onlara heç bir səbəb göstərilməyib. Onlar sərnişin siyahısından çıxarılıb, üstəlik duty-free-də aldıqları malları geri qaytarmağa məcbur edilərək müşayiətlə hava limanından çıxarılıblar.

Britaniya parlamentinin bir üzvü Mahmoodla görüşdükdən sonra əhvalatı mediaya danışıb.

Buna da bax: "Oğlum həbsxanaya aslan kimi girib, aslan kimi də çıxacaq"

Mahmood deyib ki, o hələ də bir gün ailəsini Disneyləndə aparmaq barədə düşünür. O əlavə edib ki, hələ çamadanları da boşaltmayıb və uşaqlar hələ də gedəcəklərini düşünürlər.

ABŞ Gömrük və Sərhəd Mühafizə xidmətinin rəsmisi Jim Burns CNN-ə deyib ki, din heç vaxt ABŞ-a səyahət edən insanların qəbul edilməsi məsələsində faktor olmayıb.

Hadisədən xəbərdar olan Britaniya rəsmiləri isə deyib ki, ailənin ABŞ-a daxil olmasına ABŞ Sərhəd Nəzarət xidməti icazə verməyib. Ailəyə deyilib ki, Vaşinqtondan xidmətlə əlaqə saxlayaraq belə bir göstəriş veriblər.

Daha sonra daha üç ABŞ rəsmisi CNN-ə danışaraq hadisənin dini səbəbdən baş vermədiyini vurğulayıb.

Onlar əlavə ediblər ki, təyyarəyə minişin baş tutmamasının anti-müsəlman hərəkət kimi qələmə verilməsindən narahatdırlar.

Çərşənbə günü CNN Britaniyanın seçici siyahısında ailənin üzvləri barədə kiçik araşdırma apararaq ailənin üzvü 18 yaşlı Hamza Mahmoodun e-mailinin hasısa şübhəli Facebook səhifəsi ilə bağlı olduğunu üzə çıxarıb.

Həmin səhifənin sahibi özünü Birmingam sakini, habelə Taliban və Al-Qaeda-da mühüm vəzifələr tutan şəxs kimi qələmə verirmiş.

Ailəyə bu barədə sual verilən zaman onlar seçki siyahısında göstərilmiş e-mailin yanlış olduğunu və həmin Facebook səhifəsindən xəbərsiz olduqlarını deyiblər.

Britaniya Parlamentinin üzvü Stella Creasy ABŞ-dan məsələ ilə bağlı izahat istəyir. O, əmin olmaq istəyir ki, insident diskriminasiya zəminində baş verməyib.

Buna da bax: Prezident monopolistlərə qarşı: 2-ci raund

Creasy həmçinin məsələnin maddi tərəfi barədə də narahatdır. Belə ki, Norveç Hava Yolları ailəyə onlara kompensasiyanın verilməyəcəyini deyib.

Donald Trump
Donald Trump

"Onlar biletə ciblərindən 9000 funt (13384 dollar) xərcləyiblər və mən onların deputatı kimi daha çox məlumat əldə etməyə çalışıram. Mən həm də deməliyəm ki, bu mənim məşğul olmalı olduğum, Amerikaya səyahət edən insanların son anda saxlanması ilə bağlı olan ilk hadisə deyil," deyə xanım Creasy told CNN-ə bildirib.

Millət vəkili hadisə ilə bağlı "Guardian" qəzetində köşə yazısı və baş nazir David Camerona məktub yazıb.

Norveç Hava Yollarının verdiyi qısa bəyanatda deyilir ki, hava yolları ABŞ Daxili Təhlükəsizlik Departamentinin xahişini yerinə yetirərək sərnişinlərin təyyarəyə minməsinə mane olub.

Mahmoodsa CNN-ə belə deyib: “Bizi tramplayıblar”. O, bununla ABŞ Respublikaçılar Partiyasından olan prezidentliyə iddialı Donald Trampa və onun anti-müsəlman mövqeyinə işarə edib.

Şəriət qaydaları ilə tanışlıq
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

Gözü bağlı müsəlman parisliləri qucaqlayır
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

XS
SM
MD
LG