Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:49

Nardaran işi: ‘İşgəncələrin bircə faizi Zahid Oruca verilsəydi...’


Nardaranda əməliyyat zamanı
Nardaranda əməliyyat zamanı

Noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” Hərəkatının sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.

Ötən il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyatda həbs olunanlar onlara işgəncə verilməsi barədə şikayətlərə hökumət təmsilçilərinin münasibətinə etiraz edirlər. Özəlliklə Milli Məclisin üzvü Zahid Orucun bu məsələyə baxışı təqsirləndirilən şəxsləri hiddətləndirib.

Buna da bax:​ Nardaran işi: Şahidlər Taleh Bağırovun əleyhinə olan ifadələrini təsdiqləmir

“İlham Əliyevin də üzünə durardı...”

Nardaran işi üzrə təqsirləndirilən şəxslərdən biri - Abbas Hüseynov noyabrın 11-də keçirilən məhkəmədə deyib ki, "bandotdel"dəki işgəncələrin bircə faizini Zahid Oruca versəydilər, İlham Əliyevin də üzünə durardı: "İstəyirəm səsimi Prezident Aparatında, Milli Məclisdə eşitsinlər. Bizə istintaq zamanı şərəf və ləyaqəti alçaldan işgəncələr verilib. Zahid Oruc kimilərsə bu məsələ barədə özlərinə sərfəli şəkildə danışırlar. Bizə verilən işgəncələrin bir faizi Zahid Oruca verilsəydi, İlham Əliyevin üzünə durardı. Ramil Usubov əleyhimizə ifadə almaq üçün dostlarımıza işgəncə verdirmək əvəzinə, Zahid Oruc kimilərdən istifadə edə bilərdi. O, gəlib rahat üzümüzə durardı".

“Şahidlərə təzyiq məhkəməyə birbaşa müdaxilədir”

Sözügedən işdə təqsirləndirilən şəxslərin, eləcə də onların əleyhinə ifadə verənlərin ailə üzvləri ilə təhdid olunduğunu vurğulayan Abbas Hüseynov belə qanunsuzluğa yol verənlərin cəzalandırılmasını tələb edib. Vəkil Yalçın İmanov da şahidlərə təzyiqlərin hələ davam etdiyini bildirərək, son məhkəmə iclasında şahid Mötəbər Babayevin söylədiklərini xatırladıb. Şahid bildirmişdi ki, BMCMİ-nin şöbə müdiri, Nardaran əməliyyatı üzrə qrupun rəhbəri Kərim Əlimərdanov və bu idarənin əməkdaşı İslam Ağabəyov məhkəmədə dindirilməzdən öncə onu hədələyiblər: "Bu adamlar barəsində tədbir görmək beləmi çətindir? Şahidlərə təzyiq məhkəməyə birbaşa müdaxilədir".

Buna da bax:​ Taleh Bağırov Qiyas İbrahimovun anasına məktub yazıb

“Elə bil, “Yuxu” filmidir...”

Bugünkü (noyabrın 11-dəki – red.) məhkəmədə dindirilən şahid Balababa Allahnəzərov da istintaq gedişində təzyiqə məruz qaldığını bildirib. Dediyinə görə, ailə üzvlərilə hədələnib və təqsirləndirilən şəxslərdən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının əleyhinə ifadəni imzalamağa məcbur edilib. Dindirmə zamanı məlum olub ki, bu şahid Fuad Qəhrəmanlının "Facebook" statusuna şərh yazdığına görə istintaqa çağrılıb: "Elə bil "Yuxu" kinosudur. Bir statusa şərh yazmağa görə "bandotdel"ə çağırdılar. Hamı bilir ki, ölkədə problemlər var. Bu barədə statusa şərh yazmaq cinayət deyil".

“Bir xətadı eləmişəm”

Fuad Qəhrəmanlının statuslarını "bəyənmiş", şərh yazmış başqa adamlar da dindirilib. Məsələn, Elxan Məmmədov deyir ki, "bandotdel"də dindiriləndən sonra səhvini başa düşüb: "Burun girməyən yerə baş soxmaq olmaz. Bundan sonra çalışıram ki, heç kimə şərh yazmayım. Bildim ki, dediyin sözün arxasında durmaq lazımdır".

Buna da bax:​ 'Nardaran işi' - daha 12 nəfərin məhkəməsi gözlənir

Elxan Məmmədovun istintaqa ifadəsində Fuad Qəhrəmanlının "Facebook" statuslarında adamları iğtişaşa çağırması barədə fikirlər də yer alıb. Şahid ifadənin o hissələrindən imtina edib.

Başqa bir şahid Zahid Mehdiyev də Fuad Qəhrəmanlının seçki saxtakarlığı barədə statusuna şərh yazdığına görə BMCMİ-də dindirilib və indi əməlindən peşmandı: "Bir xətadı eləmişəm, tam məzmununu anlamadan hisslərə qapılıb yazmışam. Peşmanam, yazmamalıydım".

Dediyinə görə, "bandotdel"də dindiriləndən bəri heç siyasi şərhlər də yazmır, siyasətə qarışmaq istəmir".

Buna da bax:​ 'Nardaran işi'ndə şahidlər yenidən polisə aparılır

“Taleh Bağırzadənin kitabçası” hanı?

Vəkil Yalçın İmanovun daha bir vəsatəti "Taleh Bağırzadənin müraciəti" adlı kitabça ilə bağlı olub. Müdafiəçi deyir ki, cinayət işinin materiallarında təqsirləndirilən şəxslərdən, bəzi şahidlərdən belə bir kitabçanın çıxdığı iddia olunur. Amma həmin kitabça özü iş materiallarında yoxdur: "Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Biz o kitabça ilə tanış olmaq istəyirik".

Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov bu məsələ ilə əlaqədar BMCMİ-yə müraciət olunacağını deyib.

Taleh Bağırov isə deyir ki, kimlərinsə cibindən belə bir kitabça tapılması barədə yazılanlar yalandır. Çünki ümumiyyətlə, belə bir kitabça olmayıb və onu Nardaran əməliyyatından sonra hazırlayıb, ittihama daxil ediblər.

“Gözlənilən cavabdır”

Məhkəmə vəkillərin vəsatəti əsasında şahidlərə təzyiq məsələsinin araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna müraciət etsə də, prokurorluğun noyabrın 11-də məhkəməyə göndərdiyi cavabda şahidlərə təzyiq barədə deyilənlərin araşdırıldığı, amma təsdiqini tapmadığı yazılıb.

Buna da bax:​ Deputatlar 'Nardaran işi' barədə nə düşünür?

Vəkil Yalçın İmanov prokurorluğun bu cavabının gözlənilən olduğunu söyləyib və yada salıb ki, ötən məhkəmə iclasında şahidlərdən biri Əli Nurməmmədov məhkəməyə polis nəzarətindəki xüsusi avtobusla gətirildiklərini, məhkəmədən sonra da Sabunçu Rayon Polis İdarəsinə aparılıb, bir müddət orada saxlanıldıqlarını açıqca bildirib.

Məhkəmə prosesi noyabrın 14-də davam edəcək.

XATIRLATMA

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, altı şəxs həlak olub. Rəsmi bilgilərə görə, "Müsəlman Birliyi" Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T. Bağırov və onunla saxlananlar qətldə və bir çox başqa ağır cinayətlərdə suçlanırlar. Təqsirləndirilən bu ittihamları rədd edir, ifadələrin işgəncə altında alındığını bildirirlər.

Məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları "Nardaran işi"ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

Buna da bax:

Nardaran işində şahid: 'Şalvarımı aşağı çəkəndə, dözmədim'
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

XS
SM
MD
LG