Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:40

'Nardaran işi'ndə daha 12 nəfər hakim önünə çıxarıldı


Nardaran. İllüstrasiya. Gündüz Ağayev
Nardaran. İllüstrasiya. Gündüz Ağayev

Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” ilə bağlı 3-cü qrupun mühakiməsi başlanıb.

Bu dəfə hakim önünə 12 nəfər çıxarılıb: Zülfüqar Mikayılov, Elman Ağayev, Elxan Həsənov, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Ruzi İsmayılov, Cabir Əliyev, Mübariz İbrahimov və Ramil Seyfullayev.

Məhkəmə prosesinə Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ Nardaran işi: 'Deyirlər, Nardarana 12 milyona yol çəkiblər...'

Yanvarın 19-da məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilərkən, onlara dövlət hesabına vəkil təyin olunduğu, amma təqsirləndirilənlərin həmin vəkillərdən imtina etdiyi üzə çıxıb. İmtinaya əsas kimi bildiriblər ki, özlərinin müqavilə bağladıqları vəkillər var və onlar növbəti iclasa qatılacaqlar. Bu səbəbdən məhkəmənin hazırlıq iclası yanvarın 30-dək ertələnib.

Çoxu ilahiyyatçı Taleh Bağırovun rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatının üzvləri olan təqsirləndirilən şəxslər hakimiyyət əleyhinə iğtişaşların hazırlanmasında, qanunsuz silah-sursat saxlamaqda və bir sıra başqa ağır cinayətlərdə suçlanırlar. Amma onlar ittihamları qəbul etmirlər.

Buna da bax: 'Nardaran-2 işi': 'Bu, dana satıb işə düzələnlərin hazırladığı ittihamdır'

Xatırlatma

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub.

Rəsmi bilgilərə görə, Müsəlman Birliyi Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib. Bəzi hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir.

Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə və bir çox başqa ağır cinayətlərdə suçlanırlar. Təqsirləndirilənlər məhkəmədə bu ittihamları rədd edərək, polisləri də əməliyyat keçirənlərin öldürdüyünü bildiriblər. Hakim önünə çıxarılanlar onlara ağır işgəncələr verildiyini, təhqir edildiklərini söyləyiblər.

Buna da bax:​ Taleh Bağırov məhkəmədə 'son söz'ünü deyib

Məhkəmədə ifadə verən Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları işgəncə şikayətlərini təkzib ediblər.

Dövlət ittihamçısı T.Bağırova ömürlük, qalanlarına 15-20 il həbs cəzası istəyib. Yanvarın 23-də onlara hökm oxunacağı gözlənilir.

Buna da bax:

"İlham Əliyev yumurtadan danışa bilir, mən kartofdan yox?"
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

XS
SM
MD
LG