Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:11

Nardaran qarşıdurması (1-ci hissə) - jurnalist araşdırmasının nəticələri


Arxiv fotosu: Nardaran polislə kənd sakinləri arasında qarşıdurmadan az sonra, 26 noyabr 2015
Arxiv fotosu: Nardaran polislə kənd sakinləri arasında qarşıdurmadan az sonra, 26 noyabr 2015

Nardaran əməliyyatı

2015-ci il noyanrın 26-da polisin Bakının Nardaran qəsəbəsində əməliyyatında ikisi polis olmaqla 6 nəfər həlak olub. Rəsmi ittihama görə Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüblər, qarşıdurmada da 2 polis əməkdaşı həlak olub.
Nardaranda və Sabunçu polis idarəsinin qarşısında verən hadisələrə görə 70-dən çox adam da saxlanmışdı. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.
Hazırda Nardaran hadisələrinə görə saxlanan 18 nəfərin məhkəməsi gedir.

Nardaran işi üzrə məhkəmə başlayır. Həbs olunanlar kimlərdir? Ekstremist, yoxsa siyasi məhbus?

2015-ci il noyanrın 26-da hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyatdan və ilahiyyatçı Tale Bağırov başda olmaqla onlarla dindarın həbsindən dərhal sonra televiziya təbliğatı və rəsmi məlumatların təsiri altında cəmiyyətdə ekstremist epitetləri səslənsə də, indi mövqelər birmənalı deyil.

Məsələdə siyasi rəngin olduğu barədə rəylər AXCP sədr müavini Fuad Qəhrəmanlının nardaranlılara dəstək üçün yazdığı Facebook postuna görə həbsindən sonra daha da artdı. Bəs, istintaq nəyi göstərdi?

İTTİHAMLARA VƏ FAKTLAR

Nardaran əməliyyatına qədər baş verənlər hadisələrin kontekstini anlamaqçün xüsusi önəm daşıyır.

Tale Bağırov 30 iyul 2015-ci ildə azadlığa çıxıb. O azadlıqda ilk müsahibəsində deyirdi ki, həbsxana kiçik zindan idi, indi böyük zindana daxil olub mübarizəsini davam etdirəcək.

Həbsindən sonra - avqustun 1-də öz tərəfdarları ilə görüşmək istəyir. Amma görüş baş tutmur. Həmin vaxt tərəfdarları bildirmişdilər ki, tədbirin keçiriləcəyi restoranın rəhbərliyinə təzyiq edilib, onlarda təbdiri ləğv etməli olublar. Restorandan isə AzadlıqRadiosuna demişdilər ki, təşkilatçılar özləri tədbiri təxirə salıblar.

Tale Bağırov müsahibələrində, facebook sosial şəbəkəsindəki statuslarında, görüşlərində hakimiyyəti tənqid edən fikirlər səsləndirir.

Sentyabrın 22-də o, MTN-ə çağırılır. Nazirlikdən çıxandan sonra AzadlıqRadiosuna müsahibəsində bildirib ki, onunla "proflaktik söhbət" ediblər.

3 gün sonra - sentyabrın 25-də o, Yevlaxda saxlanıb. Polis şöbəsində Tale Bağırova deyiblər ki, "DİN-in 102 saylı qaynar xəttinə məlumat daxil olub ki, bu gün məsciddə dövlət əleyhinə çıxış olacaq. Bu əməliyyat da onunla bağlı keçirilib". Həmin gün məscidi əli silahlıların mühasirəyə aldığı deyilirdi.

Noyabrın 3-də hakimiyyəti sərt tənqidləri ilə tanınan ilahiyyatçı Tale Bağırov saxlanılaraq Yasamal Polis İdarəsinə aparılıb. Özü və vəkilləri onun polis idarəsində yüksək rütbəli zabitlər tərəfindən işgəncələrə məruz qaldığını bildiriblər. Bu ittihamla bağlı polis əməkdaşlarından hər hansı reaksiya səslənməyib.

Noyabrın 5-də Bağırovun rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov Sabunçu rayon Polis İdarəsinə çağırılır və haqqında inzibati həbs qərarı verilir. Dindarlar, onun həbsinə etiraz olaraq, polis idarəsinin qarşısına toplaşır, polislə qarşıdurma yaranır. Qarşıdurma zamanı dindarlar tərəfindən odlu yaxud soyuq silahdan istifadə olunmayıb.

Hazırda bir qrup dindar həmin gecə polisə müqavimət və ictimai asayişin pozulması ilə ittihamları ilə həbsdədirlər.

Noyabrın 9-da Tale Bağırov onun 3-cü dəfə həbs oluna biləcəyi ilə bağlı müsahibə verir.

Noyabrın 10-da İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-politoloq İlqar Altay Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadəyə qarşı cinayət işinin açılması, onun fəaliyyətinin araşdırılması məqsədilə baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətdə deyilir ki, Azərbaycanda İran-fars rejimi agenturasının fəaliyyət və imkanlar dairəsi kifayət qədər genişlənir, son bir ildə ölkədə İran «beşinci kolon»unu aktivləşdirib.

Arxivdən: Nardaran hadisələri dəqiqəbədəqiqə -

Həbsindən bir neçə gün öncə - noyabrın 18-də facebookda yayılan video çıxışında Tale Bağırov bildirir ki, onu və tərəfdarlarını şərləyərək həbs etmək planlaşdırılırı.

Bundan sonra ölüm təhdidləri aldığını deyən Tale Bağırov növbəti təxribatların qarşısını almaq üçün Nardaran qəsəbəsinə gedir və orada dostlarının evində qalır. Elə əməliyyat da məhz həmin evdə - Əbülfəz Bünyatovun evində keçirilib.

Arxivdən: Nardaran hadisələrindən az sonra çəkilən videolar
Nardaran olayından 2 il ötür. Sakinlər o zaman bunu deyirdi
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

POLİS ƏMƏLİYYATA NƏ İLƏ GEDİB?

Rəsmi orqanların versiyası hadisələrin kontekstini bir qədər fərqli göstərir.

Nardaran işi üzrə Baş prokurorluğun və Daxili İşlər Nazirliyinin məlumatı özünü çox gözlətməmişdi.

Noyabrın 26-da əməliyyat keçiriləndən dərhal sonra yayılan məlumatda deyilirdi:

“Respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri etmişdir”.

Hökumət Nardaranda əməliyyatı məhz bu əsasla keçirdiyini iddia edirdi. Hüquq mühafizə orqanları 26 noyabr və 1 dekabrda keçirilən əməliyyatlar zamanı ittihamların təsdiqi olaraq, silahlı müqavimətlə qarşılaşdığını, silah sursat aşkarlandığını iddia edir.

Müəmmanı artıran əməliyyatların video çəkiliş olmadan aparılması, yaxud çəkiliş aparılıbsa da, istintaq materiallarına əlavə edilməməsidir. Nardaranda həbs olunanlardan biri Abbas Hüseynovun vəkili Fariz Namazlı belə deyir:

Vəkil: Hadisə necə baş verib məlumat yoxdur
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

“Hadisə real olaraq necə baş verib, bu haqda heç bir informasiya yoxdur. Çünki hadisə vaxtı heç bir video çəkilişdən istifadə olunmayıb. Hal şahidləri hadisə yerində olmayıblar. Kənarda olublar. Orada həbs olunanlar da hadisənin hüquq mühafizə orqanlarının qələmə verdiyi kimi olmadığını, başqa cür cərəyan etdiyini deyirlər.

Həmçinin də, Abbas Hüseynov bildirir ki, onlarda heç bir silah olmayıb. Onlar heç bir hüquq mühafizə orqanı əməkdaşına güllə atmayıblar. Sadəcə namaz qıldıqları yerdə gəlib, onları həbs ediblər.

Onların Nardaranda olması da Hacı Talehin təhlükəsizliyi ilə bağlı olub. Amma bir daha deyirəm ki, onlar ümumiyyətlə, fikirləşməzdilər ki, hüquq mühafizə orqanları onlara qarşı bu formada silah işlədə bilər”.

NARDARANLILAR: BİZDƏ SİLAH OLMAYIB

Şahidlərin dediyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları zibil, mebel maşınlarında kəndə daxil olublar. Əyinlərində qara geyimlər, üzlərində maskalar olub. Kənd sakinləri hücumun gözlənilməz olduğunu və heç bir müqavimət göstərilmədiyini bildirirlər.

Abbas Hüseynovun bacısı uzun müddət qardaşının sağ olub-olmamasından da xəbərsiz olduqlarını deyir:

Bacısı bildirir ki, Nardaran hadisələri zamanı qardaşı namaz üstə olub
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

“2 ay 20 gün sonra sağ olduğunu öyrəndik. O da anam baş prokurora müraciət edəndən sonra. Abbas Müsəlman Birliyinin üzvü olub. O, həmişə xeyirxah işlər görüb. Oruc tutan, namaz qılan olub. Daimi Qocalar Evinə, Uşaq Evinə gedib. Ən böyük silahı insanlara ruzi paylamaq olub.

Hacı Talehlə də qardaş kimi idi. Hacı Talehə kənardan başqa cür baxsalar da, elə o da mənim qardaşım. Bir-birlərindən ayrırmıram onları. Hadisə şahidləri deyir ki, Abbas namaz üstə olub. Sonra qaramaskalılar güllə atıb. Deyirlər ki, sanki torpağı almağa gedəndə, düşmən hücum edirlərmiş kimi, hücum ediblər”.

Arxiv görüntüləri - Nardaran hadisələrindən az sonra çəkilən videolar:
Nardaranda meydan boşaldı, çadır söküldü
Gözlə

No media source currently available

0:00 0:15:38 0:00

Vəkil Fariz Namazlının sözlərinə görə, Abbas Hüseynin evindən tapılan soyuq silah “nunçaki” adlanan idman ləvazimatı olub. Həmin alətin Abbasa deyil, onun vəfat etmiş qardaşına məxsus olduğu deyilsə də, istintaq orqanları buna məhəl qoymayıblar.

Prokurorluq və Daxili İşlər Nazirliyinin məlumatlarında həbs olunanların Müsəlman Birliyi Təşkilatının üzvü olduğu xüsusilə vurğulanır:

Vəkili iddia edir ki, Tale Bağırovu tənqidi çıxışlarına görə həsb ediblər
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

“Müəyyən olunmuşdur ki, Taleh Bağırov, Elman Ağayev, Zülfüqar Mikayılov və Əbülfəz Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə «Müsəlman birliyi" adlı hərəkat yaratmışlar.

Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər.

Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublika əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylamışlar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilmişdir.”

Nardaran sakinləri, həbs olunanların qohumları və vəkilləri bu ittihamların yalan olduğunu bildirirlər.

26 noyabr əməliyyatının hədəfi olan evin sahibi - Əbülfəz Bünyatovun həyat yoldaşı Leyla Bünyatova:

Nardaran hadisələrinin şahidlərindən biri danışır
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

“Birdən təkbir səsləri gəldi. Mən həyətdə heç nə görməmişəm. Sadəcə evdə görmüşəm. Polislər girdi içəri.

Qorxdum. Uşaqları yığdım yorğanın altına. 3 polis, əllərində silah, üzləri maskalı girdilər içəri, silahı tutdular bizə. Dedilər, aç yorğanın altını. Nə gizlətmisən orada? Yorğanı açdım məcbur. 4 öz uşağım, bir baldızımın uşağı idi. Uşaqlar qışqırmağa başladı. Dedilər ki, ağlamayın, gedirik.

Şkaflara baxdılar, sonra çıxdılar. Namaz vaxt idi. Evdə heç bir kişi xəylağı yox idi. Bütün güllələr uşaqlarımın və özümün başımın üstündən keçib. Allahın izniylə o güllələr bizə dəymədi. Balaca körpə uşaqlardılar. Biri şikəstdir 12 yaşında. Bilmədim o səslərdə mən onları evə necə qaçırdım. Heç yoldaşım yadıma da düşmürdü”

İyulun 19-da məhkəmə qarşısına çıxarılacaq şəxslər arasında Əbülfəz Bünyatov yoxdur. O, əməliyyat zamanı aldığı güllə yarasından sonra iflic olub və hazırda yataq xəstəsidir, Penitensiar Xidmətin Tibb müəssisəsində saxlanır. ​Leyla Bünyatova:

“Yoldaşım Müsəlman Birliyinin üzvüdü. Onda heç vaxt silah ola bilməzdi. Onu tanıyanlar bilir ki, heç ağzından kobud söz çıxaran biri deyil. O, jurnalistdir. Onu çox tanıyanlar var. O, silah daşıyan deyil. Nə onda, nə də Hacı Talehdə silah olub.

Hacı Talehin qaldığı otağı mən təmizləyirdim. Orada silah olmayıb. Mənim yoldaşımdan bildiyim o idi ki, Hacı Talehin islamın yayılmasından və hicab dustaqlarının azadlığa çıxmasından başqa istəyi olmayıb. Mənim bildiyim odur ki, Hacı Talehin heç bir moizəsində dövlət çevrilişindən söhbət getməyib”.

Davamı BURADA

XS
SM
MD
LG