Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:58

NATO Ukrayna barədə Rusiya ilə ‘ciddi və açıq’ söhbət edib


NATO-nun baş katibi Yens Stoltenberq, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və müdafiə nazirinin müavini Aleksandr Fomin (solda)
NATO-nun baş katibi Yens Stoltenberq, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və müdafiə nazirinin müavini Aleksandr Fomin (solda)

NATO müttəfiqləri bugün Rusiyanı öz qoşunlarını Gürcüstandan, Ukrayna və Moldovadan çıxarmağa çağırıblar

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, alyans və Rusiya rəsmiləri arasında Ukrayna məsələsinə dair “ciddi və birbabaşa” fikir mübadiləsi olub.

Baş katib deyib ki, o danışıqların davam etdiriləcəyinə ümid edir.

NATO-Rusiya Şurası çərçivəsində yanvarın 12-də 4 saat davam edən danışıqlardan sonra Stoltenberq deyib ki, məsələlərin geniş çevrəsinin faydalı müzakirəsi olub və Qərbin təhlükəsizlik alyansı Avropada təhlükəsizlik məsələsinin siyası həlli üçün səylərini əsirgəməyəcək.

Stoltenberq deyib ki, NATO Rusiyanın Ukrayna sərhədləri yaxınlığına və Ukraynadan ilhaq etdiyi Krıma 100 mindən çox hərbçi toplaması ilə bağlı “ciddi narahatlığını” bildirib:

"NATO üzvləri Rusiya ilə dialoqa hazırdırlar, amma Avropada hər bir ölkənin suverenliyi və ərazi bütövlüyü məsələsindəki əsas prinsiplərində kompromisə getməyəcəklər. NATO müttəfiqləri bugün Rusiyanı öz qoşunlarını Gürcüstandan, Ukrayna və Moldovadan çıxarmağa çağırıblar”.

Rusiyanın Ukrayna tələbi rədd edilib

Stoltenberq Ukrayna barədə Rusiyanın tələbinin rədd edildiyini bildirib:

"Əgər Rusiya yenidən Ukraynaya qarşı gücdən istifadə edərək, onun ərazisinə daha çox soxularsa, biz şərq istiqamətindıə mövqeyimizin daha da möhkəmləndirilməsini nəzərdən keçirməli olacağıq”.

Stoltenberq deyib ki, Avropada yeni silahlı münaqişə təhlükəsi qalır, lakin NATO bu ssenarinin baş verməməsi üçün əlindən gələni edəcək.

ABŞ hesab edir ki, bu qoşun cəmləşdirilməsi Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin prelüdüdür.

Şimal alyansının rəhbəri daha sonra deyib:

"NATO müttəfiqləri ilə Rusiya arasında bu məsələdə əhəmiyyətli fikir ayrılıqları var. Bu fikir ayrılıqlarını aradan qaldırmaq asan olmayacaq, lakin bütün NATO müttəfiqləri ilə Rusiyanın eyni masa arxasında oturması və substantiv məsələlər barəsində müzakirə aparması pozitiv siqnaldır”.

Stoltenberq bir daha bəyan edib ki, Ukrayna özünün gələcək təhlükəsizliyini necə təşkil edəcəyi barədə qərarlar qəbul etmək hüququna malikdir, NATO isə öz qapılarını mümkün yeni üzvlərin üzünə bağlamayacaq.

O əlavə edib ki, bu məsələdə Rusiyanın heç bir veto hüququ yoxdur.

Sizcə, Rusiya sülhməramlıları Qarabağda nə qədər qalmalıdır? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

“Həqiqət anı”

Brüsseldə keçirilmiş bu danışıqlar bu həftə Qərb və Rusiya arasında keçirilməli olan silsilə danışıqların ikinci dövrəsi idi.

ABŞ və Rusiya arasında danışıqlar yanvarın 10-da Cenevrədə başlanıb.

Bu da xəbər verilir ki, Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Aleksandr Qruşko və müdafiə nazirinin müavini Aleksandr Fomin başçılıq edirdilər.

Bu danışıqlarda ABŞ dövlət katibinin müavini və Cenevrə danışıqlarında əsas danışıqçı olmuş Uendi Şerman da iştirak edirdi.

Qruşko bu görüşü Rusiya-NATO münasibətlərində “həqiqət anı” adlandırıb.

Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, Rusiya ultimatumlar verməsə də, NATO-nun mümkün genişlənməsindən narahat olaraq qalır.

NATO-Rusiya danışıqları başlanır

Brüsseldə Ukraynanın şərq sahillərində böhranı yoluna qoymağı hədəfləyən Rusiya-NATO danışıqları başlanıb. Ancaq danışıqlarda irəliləyiş əldə olunacağına ümid azdır.

NATO-nun 30 üzvünün təmsilçiləri və Rusiya yanvarın 12-də NATO-Rusiya Şurasının iclasını keçirir. Bu, Ukrayna sərhədində gərginliklə bağlı bu həftə artıq ikinci müzakirədir.


Yanvarın 10-da Cenevrədə ABŞ-Rusiya danışıqları keçirilib. Sabah – yanvarın 13-də isə Rusiya ilə ATƏT arasında müzakirələr olmalıdır.

NATO-Rusiya Şurası iki ildən çoxdur bir araya gəlmir. Bugünkü müzakirələrdə Rusiyanı Xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil edirlər. Qruşko iclası Rusiya-NATO münasibətlərində “həqiqət anı” adlandırıb.

Ehtimallar

Danışıqların birinci raundunda ABŞ-ı təmsil etmiş Dövlət katibinin müavini Vendy Şerman da hazırda Brüsseldə NATO-nun qərargahındadır.

Əsas müzakirə mövzusu Kremlin Ukrayna ilə sərhəd yaxınlığına qoşun cəmləməsi və Ukrayna ərazisinə hücuma hazırlaşması ehtimalı sarıdan narahatlıqdır. Rusiya belə bir planı olmadığını deyir.

Qərb rəsmiləri və təhlilçilərinin fikrincə, Rusiya güzəştlər qoparmaq üçün Birləşmiş Ştatlar və avropalı müttəfiqlərə təzyiq edir.

Bugünkü iclasda Moskvanın NATO-dan tələbləri də müzakirə ediləcək. Rusiya tələb edir ki, NATO şərqə doğru genişlənməni, 1990-cı illərdən bəri Mərkəzi və Şərqi Avropada irəliləməni dayandırsın.

Alyansın Baş katibi Yens Stoltenberq bu həftə deyib ki, iclasın ən yaxşı nəticəsi gələcək görüşlər barədə razılıq əldə etmək ola bilər.

Cenevrə danışıqlarından sonra

Şerman isə Cenevrədə Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkovla danışıqlardan sonra tvitində yazıb.

“Birləşmiş Ştatlar de-eskalasiyaya çağırmaq, Rusiyanın yaratdığı təhlükəsizlik böhranına reaksiya vermək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla işləməyə hazırdır”, – o deyib.

Cenevrədə yeddi saatdan çox çəkən danışıqlardan sonra Rusiya və ABŞ rəsmiləri müzakirələri davam etdirməyi təklif ediblər.

Kremlin sözçüsü Dmitri Peskov yanvarın 11-də deyib ki, ABŞ-Rusiya danışıqları açıq və birbaşa keçirilir, amma Moskvanın təcili hesab etdiyi məsələlərdə irəliləyiş əldə edilməyib.

“Hələlik, nikbin olmağa real səbəb görmürük”, – Peskov vurğulayıb.

XS
SM
MD
LG