Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:07

'Devalvasiya olmayacaqsa, onda niyə banklar...'


Maşın satıcısı: Dollar tapa bilmirik
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Maşın satıcısı: Dollar tapa bilmirik

►Müstəqil ekspert devalvasiyanı qaçılmaz sayır

Dövlət Neft Fondunun (DNF-nin) sədri Şahmar Mövsümov devalvasiyadan söz açaraq bildirib ki, bununla bağlı söhbətlər sırf ajiotajdır və nəticədə dolandırıcılar qazanır:

"Bu gün çox sayda insan manatı yüksək məzənnə ilə dollara dəyişir. Sonra ona manat lazım olanda, aşağı məzənnə ilə dollar satır. Nəyə görə? Kimdənsə eşidib ki, devalvasiya olacaq. Nəticədə, vətəndaş itki ilə üzləşir. Devalvasiya ilə bağlı söhbətlər sırf ajiotajdır və bunun nəticəsində möhtəkirlər qazanırlar. Heç zaman hansısa valyutanın ardınca qaçmaq lazım deyil. Bu cür əməliyyatlar yüksək riskli spekulyativ əməliyyatlar sayılır. Bu əməliyyatlar nəticəsində qazanc əldə etmək olduqca çətindir. Bunu yalnız çox yüksək səviyyədə biliklərə malik treyderlər edə bilərlər, lakin onlar da çox vaxt itki ilə üzləşirlər. Hansı valyutada qazanc əldə edirsinizsə, o valyutada da xərcləmək lazımdır".

Daha əvvəllər də söz verən vardı…

DNF sədrinin “devalvasiya olmayacaq” bəyanatı Mərkəzi Bank (MB) İdarə Heyətinin sədri Elman Rüstəmovun söylədiklərini yada salır. O da hər iki devalvasiyadan öncə “olmayacaq” sözünü dilə gətirmiş, ancaq manta- kəskin dəyərsizləşmişdi. İndi DNF sədrinin də haqlılıq dərəcəsini zaman göstərəcək. Düzdür, bir məqam elə indidən bəllidir: Heç bir iqtisadi göstərici DNF sədrinin fikrini dəstəkləmir.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“Əhalini sakitləşdirmək istəyirlər”

Bank məsələləri eksperti Əkrəm Həsənov mövzuya MB sədrinin sözlərini xatırladaraq başladı:

“E.Rüstəmov iki dəfə deyib ki, devalvasiya olmayacaq, amma devalvasiyaya gedib. Bu səbəbdən onun sözlərini ciddi saymağa olmaz. Bütövlükdə, gəlin görək, bu sözü niyə məhz Rüstəmov və Mövsümov deyir? Ona görə ki, ölkənin valyuta ehtiyatları məhz onların əlindədir: MB-nin və DNF-nin. Devalvasiya gözləntisi bu ehtiyatları əridir: əhali dolları banklar vasitəsilə məhz onlardan alır. Bu üzdən, əhalini sakitləşdirmək istəyirlər”.

Ə.Həsənovun sözlərinə görə, söhbət heç də bu gündən və ya sabahdan getmir:

“Əlbəttə, heç kəs demir ki, bu gün-sabah kəskin devalvasiya olacaq. Ümumiyyətlə,inzibati yolla məzənnə müəyyənləşdirilən ölkədə qısamüddətli proqnoz vermək mümkün deyil. Amma ən azı, bir illik vermək olar”.

“Devalvasiya olmayacaqsa, banklar niyə manatla kredit verməkdən yayınır?”

Ekspert əlavə edir ki, 1 il ərzində isə devalvasiya qaçılmazdır:

“Əvvəla, ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini artıracaq. Daha sonra neftin qiyməti ən azı artmayacaq, yəqin ki ucuzlaşacaq. Üstəgəl, bizim neft hasilatının həcmi azalır və iqtisadiyyatımız böhran içindədir. Belə şəraitdə devalvasiya qaçılmazdır. Devalvasiya olmayacaqsa, banklar niyə manatla kredit verməkdən yayınır? Ona görə ki manata inanmırlar. Banklar tərkib hissəsi olduqları bank sisteminin rəhbərinə inanmırsa, biz niyə inanaq?”

XS
SM
MD
LG