Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:24

Neft Fondunun aktivləri aya 263 milyon dollar azalıb


U.S. - oil dollars
U.S. - oil dollars

►İqtisadçının yazdığına görə əsas məqsədi neft gəlirlərinin bir hissəsini gələcək nəsillərə saxlamalı olan bu fondun hazırda ən böyük xərci dövlət büdcəsinə köçürmələrdir.

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 6 faizdən çox azalaraq 35 milyard dollara yaxın olub. İlin əvvəlində bu fondun aktivləri 37 milyard dollardan bir qədər artıq idi.

Fondun maliyyə göstəricilərini təhlil edən iqtisadçı Qubad İbadoğlu bu haqda öz facebook hesabında yazıb.

Neft Fondu 2015-ci ilin yanvar-sentyabr ayları ərzində büdcə gəlirləri və investisiya siyasəti ilə bağlı açıqlama verib. Qubad İbadoğlu həmin açıqlamada əsas aşağıdakı məqamlara diqqət çəkib.

Buna da bax: Parlament seçkiləri ilə bağlı virtual səsvermə

ƏSAS YÜK DÖVLƏT BÜDCƏSİNƏ TRANSFERTLƏRDİR…

Fondun əsas xərcləri dövlət büdcəsinə transfertlərdir. Belə ki, bu ilin 9 ayında Fondun xərclədiyi pulların 88,3 faizi və ya 5 milyard 650 milyon manatı bu məqsədlə istifadə edilib.

Qubad İbadoğlu yazır ki, azalmanın başqa bir səbəbi də ümumilikdə aktivlərin azalmaqda davam etməsidir.

Hazırda Neft Fondunun vəsaitləri aşağıdakı kimi saxlanır:

  • 47,8 % ABŞ dolları,
  • 35,9 % avro,
  • 5 % funt sterlinq,
  • 3,2 % qızıl,
  • 1,5 % yapon yeni,
  • 1.4 faizi Çin yuanı,
  • 1,4 faizi rubl,
  • 1,2 faizi Koreya vonu,
  • 1 faizi turk lirəsi,
  • 0,5 faizi Avstraliya dolları
  • 1,1 faizi digər valyutalar.

Bununla yanaşı, Fondun vəsaitlərinin 76,4 faizini istiqrazlarda və 5,2 faizini depozitlərdə yerləşdirib.

Fondun vəsaitlərinin 57,54%-i Avropada, 22,65%-i Amerkada, 11,12%-i Asiyadadır.

XS
SM
MD
LG