Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:47

'Neftçi'də gizli ödənişlər, qohumbazlıq ittihamları yağır


Arxiv fotosu: Neftçi Avropa Liqasında Gürcüstan komandası ilə oynayır.
Arxiv fotosu: Neftçi Avropa Liqasında Gürcüstan komandası ilə oynayır.

Qərar hər an elan edilə bilər

“Qəbələ”yə böyük hesabla məğlubiyyətdən sonra adı mətbuatın dilindən düşməyən "Neftçi" futbol klubunun Müşahidə Şurası sentyabrın 13-də “biabırçılığa görə” cəzalandırılanların və işdən çıxarılanların adlarını açıqlamalı idi.

Maşhidə Şurasının sədri Çingiz Abdullayev sentyabrın 12-də AzadlıqRadiosuna demişdi ki, cəzalandırılan və işdən çıxarılanlarla bağlı qərar ertəsi gün elan olunacaq. O bunu bayramla, “kiminsə qanını qaraltmaq” istəməmələri iləəlaqələndirmişdi. Sentyabrın 13-də axşam saatlarında Abdullayevə bir neçə dəfə zəng vursaq da, o müzakirələrin bitmədiyini söylədi. “Hələlik müzakirə gedir. Oturmuşuq bir-bir siyahıya baxırıq. Tələsməyin. Az sonra səhifəyə də qoyacağıq”, - dedi Çingiz Abdullayev.

Amma artıq gecə yarı olsa da, Müşahidə Şurasinin qərarı açıqlanmayıb.

Sentyabrın 10-da “Topaz” premyer lıiqasının dördüncü turunda “Neftçi” “Qəbələ”yə 8-0 uduzub. KİV-də və sosial şəbəkələrdə komanda sərt tənqidlərə tuş gəlib, son oyunun nəticəsi “biabırçı məğlubiyyət” kimi dəyərləndirilib, klub rəhbərliyi, Müşahidə Şurası istefaya dəvət olunub.

Bundan sonra Müşahidə Şurası növbədənkənar iclas keçirirək komandada transferləri gerçəkləşdirlənlərin cəzalandırılacağını, vəzifədən kənarlaşdırılacağını bəyan edib. Eləcə də, "Neftçinin hazırkı əsas heyətində ciddi islahatlar aparılacağı, məşqçi və klubun inzibati heyətinin dəyişdiriləcəyi, maaşlara yenidən baxılacağı da deyilib.

“Komanda ağır yaralanıb”

Müşahidə Şurasından yekun qərar gözlənildiyi halda onun iki üzvü Bəhram BağırzadəMehdi Nəcəfov bəyanat yayıblar.

Onlar klubun azarkeşlərinin aldadıldığını və hələ ötən ildən kluba qarşı kampaniya başladığını bildirirlər. Bəyanat müəllifləri Müşahidə Şurası yaradılan kimi “vəzifəli adamların qohum və tanışlarının, uşaq futboluna ​“tanışlıq”la qəbul edilənlərin” klubdan uzaqlaşdırıldığını qeyd edirlər.

Bəyanatda iddia edilir ki, klubun xərclərinin yoxlanmasından sonra “Neftçi”dən “aybaay minlərlə dollar rüşvət alan jurnalist və saytlar əks mövqe nümayiş etdirməyə başlayıb: “Klub tərəfindən verilən aylıq rüşvət dayandırılan kimi bu jurnalistlər təşkilatlanmış şəkildə “Neftçi”yə qarşı məqalələr yazmağa başladılar.

Samir Əliyevə, nə də Əsgər Abdullayevə işləməyə imkan verdilər. Biz onları müdafiə etmək istəsək də, sifarişli yazıların təsiri altına düşən azarkeşlər onların dərhal qovulmasını tələb etdi. Hər iki məşqçi bu təzyiqə davam gətirməyərək öz xahişləri ilə tutduqları vəzifədən ayrıldılar”.

Bəyanat müəllifləri bütün bunlardan sonra komandanın oyununun “indiki səviyyəyə endiyi”ni qeyd edirlər. Eyni zamanda, komandaya gələn futbolçuların məşqçilərin “ayağının altını qazdığını”, “transfer siyasətinin klub icraçıları və məqşiləri tərəfindən biabırçı şəkildə” icra edildiyini deyirlər.

Sonda Bəhram Bağırzadə və Mehdi Nəcəfov əsas komandanın “ağır yaralandığını” və yenidən qurulacağını bildirirlər. Onlar “biabırçı oyunlar və nəticələr”in təkrarlana biləcəyini istisna etməsələr də, “Neftçi”ni çempionluğa aparacaqlarını bəyan edirlər.

“...biz bu klubu futbol işbazlarına və transferlərdən pul qazanma istəyənlərin ümidinə qoymayacağıq. Bizim hər birimiz bütün xərclərin tam şəffaf olmasına ləyaqətimiz və adımızla cavabdehik. Biz sevimli komandamız üçün əlimizdən gələn hər şeyi edəcəyik”, bəyanatın sonunda deyilir.

Keçmiş vitse-prezident: “O futbolçuları “Neftçi”yə jurnalistlər, azarkeşlər və ya keçmiş klub rəhbərliyi gətirməyib”

Qarşı tərəfin cavabı da ləngiməyib. Bəyanata klubun oyununu tənqid edənlərdən biri, “Neftçi” klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov münasibət bildirib. O APA-ya deyib ki, “Neftçi” rəhbərliyinin son bəyanatını gülüşlə qarşılayıb.

Tahir Süleymanov keçmiş rəhbərliyin jurnalistlərə rüşvət verməsi haqda iddiaları qəbul etməyib. O jurnalistlərin “bu cür ittiham edilməsini absurd” adlandırıb:

“Bizim dönəmdə də olub, indi də var: KİV-də təmsil olunan qurumlarla reklam müqavilələri. Hər bir qurumu təmsil edən jurnalist gəlib klubda müqaviləyə imza ataraq, müəyyən vəsaiti alırdı. Bu, sırf reklam müqaviləsi idi. Həmin dönəmdə hesabat sponsorlara, birbaşa SOCAR-a gedirdi və siyahıda reklam əməkdaşlığı etdiyimiz saytların adları var idi”.

Tahir Süleymanovun fikrincə, komanda rəhbərliyi jurnalistləri günahlandırmaqdansa böhrandan çıxış yolu tapmalıdır. O bu məğlubiyyətdən sonra istefanın qaçılmaz olduğunu söyləyib.

Keçmiş vitse-prezident “jurnalistlərin, azarkeşlərin təzyiqi ilə” baş məşqçilərin istefaya göndərilməsi haqda deyilənləri də absurd adlandırıb:

“Təzyiqin olmaması üçün isə meydanda nəticə göstərmək lazımdı. Jurnalisti, ictimaiyyəti günahlandırmaq düzgün deyil. O futbolçuları “Neftçi”yə jurnalistlər, azarkeşlər və ya keçmiş klub rəhbərliyi gətirməyib. Hazırda komandada 7 legioner var, onlardan 6-sı “Qəbələ”yə qarşı oynayırdı. Əvəzində bizim vaxtımızda transfer edilən Ruslan Qurbanov komandadan göndərildi və “Neftçi”yə qarşı oynadığı matçda 2 qol vurdu. Bunlardan danışmaq lazımdı”.

XS
SM
MD
LG