Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:33

Nobel Sülh Mükafatı jurnalistlərə verildi


Mariya Ressa (sol) və Dmitri Muratov
Mariya Ressa (sol) və Dmitri Muratov

Nüfuzlu Nobel Süıh Mükafatı “ölkələr arasında qardaşlıq üçün çox və yaxşı” işlər görüşmüş şəxslərə və təşkilatlara verilir

Muratov Nobel mükafatını Novaya Gazeta-ya, onun peşəsinə görə öldürülmüş jurnalistlərinə həsr etdiyini deyib. O, alacağı pulun bir hissəsini zehni xəstəlikləri olan uşaqlara və jurnalistikaya xərcləyəcəyini bəyan edib.

Ressa isə deyib ki, Nobel Sülh Mükafatı “heç nəyin faktsız mümkün olmadığını” göstərir. “Faktsız dünya həqiqətsiz və inamsız dünya deməkdir”, – o, sözlərinə əlavə edib.

BMT-nin insan haqları ofisinin sözçüsü, Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) jurnalistləri təbrik edib.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov Muratovu təbrik edərək onu “istedadlı və cəsarətli” adlandırıb.

Rusiya hakimiyyəti müstəqil media orqanlarına, vətəndaş cəmiyyəti qruplarına, insan haqları fallarına və digərlərinə təzyiqi gücləndirməkdə suçlanır. Onlara qarşı “xarici agent” qanunundan istifadə edir, “arzuolunmaz” təsnifatına salır.

***

Builki Nobel Sülh Mükafatı Rusiyanın müstəqil “Novaya Qazeta”sının baş redaktoru Dmitri Muratov və filippinli-amerikalı jurnalist Mariya Ressaya “ifadə azadlığını qorumaq cəhdlərinə görə” verilib.

“Xanım Ressa və cənab Muratov Sülh Mükafatına Filippində və Rusiytada ifadə azadlığı uğrunda cəsarətli asavaşına görə tlayiq görülüb”, – Norveç Nobel Komitəsi oktyabrın 8-də bildirib.

“Onlar eyni zamanda demokratiyanın və mətbuat azadlığının getdikcə ağır şərtlərlə üzləşdiui dünyada bu ideya uğrunda mübarizə aparan bütün jurnalistləri təmsil edirlər”, – qurum vurğulayır.

Ressa və Muratov kimdir

Ressa “Rappler” adlı araşdırmaçı jurnalistika üzrə rəqəmsal media şirkətinin rəhbəridir. Norveç Nobel Komitəsi bildirir ki, Ressa Filippində “hakimiyyətdən sui-istifadəni, zorakılıqdan istifadəni və avtoritarizmin artmasını ifşa etməkdən ötrü ifadə azadlığından yararlanır”.

Muratov 1993-cü ildə “Novaya Gazeta”nın təsisçilərindən olub, 24 ildir qəzetin baş redaktorudur.

Nobel Komitəsi bildirir ki, “Rusiyada ən müstəqil qəzet” kimi təsvir edilən Novaya Gazeta Rusiyada “getdikcə çətinləşən şərtlər altında” ifadə azadlığını müdafiə edir.

Novaya Gazeta-nın yarandığı gündə “qısnama, təhdid, zorakılıq və qətl”lə üzləşdiyi, Anna Politkovskaya daxil altı jurnalistinin öldürüldüyü bildirilir. Politkovskaya Rusiyada yüksək səviyyədə korrupsiya, Çeçenistanda insan haqları pozuntularından yazırdı. Oktyabrın 7-də onun qətlinin 15-ci ildönümü anılıb. Birləşmiş Ştatlar, Avropa Birliyi günahkarların məsuliyyətə cəlb olunmasına çağırıb.

Sülh mükafatı kimlərə verilir

Nüfuzlu Nobel Sülh Mükafatı “ölkələr arasında qardaşlıq üçün çox və yaxşı” işlər görüşmüş şəxslərə və təşkilatlara verilir.

Ötən il bu mükafat BMT-nin Romada yerləşən Dünya Ərzaq proqramına təqdim edilmişdi. Bu agentlik dünyada aclıq ilə mübarizə aparır.

Mükafat qızıl medal və 1.14 milyon dollardan ibarətdir. Bu mükafat 1895-ci ildə vəfat etmiş isveçli ixtiraçı Alfred Nobelin mirası əsasında təsis edilib.

Bu həftə fiziologiya və tibb, fizika, kimya və ədəbiyyat üzrə mükafatların qalibləri açıqlanıb.

İqtisadiyyat üzrə Nobelin qalibi isə oktyabrın 11-də bilinəcək.

XS
SM
MD
LG