Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:59

"Neyləməli idilər, kitabları yandırmalı idilər?"


MOLDOVA, CHISINAU - Muslim men praying in a Moldovan mosque
MOLDOVA, CHISINAU - Muslim men praying in a Moldovan mosque

-

Yanvarın 19-da “nurcular”ın apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirildi.

Dekabrın 1-də nurçu təriqətini yaymaqda təqsirləndirilən 5 nəfərin işi birinci instansiya məhkəməsinə qaytarılmışdı.

Səbəb barələrində çıxarılmış məhkəmə hökmünün iki aydan artıq müddətdə onların özlərinə və vəkillərinə verilməməsi və digər prosessual pozuntular idi.

Yalnız bundan sonra Yasamal Rayon Məhkəməsində hakim Aqşin Əfəndiyevin çıxardığı hökm, hazırlıq iclasının qərarı təqsirləndirilən şəxslərə və vəkillərinə təqdim olundu, onların məhkəmə protokolları ilə tanış olmasına imkan yaradıldı.

Bundan sonra iş yenidən Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun icraatına verildi.

Çərşənbə axşamı keçirilən iclasda vəkillər Əsabəli Mustafayev və Yalçın İmanov müxtəlif vəsatətlər qaldırdılar.

İlk vəsatət isə “nurçu” kimi təqdim olunaraq, məhkum edilmiş beş nəfərin - Eldəniz Hacıyev, İsmayıl Məmmədov, onun qardaşı Zəkəriyyə Məmmədov, Şahin Həsənov və Rəvan Fərzəliyevin barəsində cinayət işinə xitam verilməsini istədi. Vəkillər bildirdilər ki, hüquqları müdafiə etdikləri şəxslərə qarşı irəli sürülmüş ittiham qondarmadır.

Buna da bax: Qaradərili kino sənətçiləri Oscar-ı boykot edirlər

“YANDIRMALI İDİLƏR?”

“İş materiallarına görə, onlar dini kitabları 2006-2007-ci illərdə də alıblar. Ekspertiza rəy verib ki, bu kitablarda insanlıq əleyhinə, dini, irqi ayrı-seçkilik yoxdur. Üstəlik, 2011-ci ilə qədər dini kitabların yayılması cinayət əməli hesab olunmurdu. Üstəlik, söhbət kütləvi yayılmadan gedir. Bu adamlar kitabları oxuyublar, yaymayıblar. Neyləməli idilər, yandırmalı idilər?

Bundan başqa, bu adamları onda ittiham edirlər ki, guya, bir yerə toplaşarkən çöldə saxladıqları maşınlar vətəndaşların keçməsinə maneə yaradıb və beləliklə, vətəndaşların hüquqlarını pozublar. Bu, absurddur. Tıxaca görə adam tutarlar? İndi məhkəmədə oturmuşuq, məhkəmənin qarşısı bütün tıxacdır, onda bu binadakıların hamısını tutub, hərəsinə beş il iş versinlər?!”, - deyə Əsabəli Mustafayev bildirdi.

Vəkillərin digər vəsatəti isə barələrində cinayət təqibinə xitam verilməyəcəyi halda, heç olmasa, onların barəsində həbs-qətimkan tədbirinin dəyilşirilməsi, məhkəmənin yekun nəticəsinə qədər həbsdə saxlanmamaları haqda oldu.

“HAKİM CƏZALANDIRILSIN”

Qeyd edək ki, adıçəkilən beş nəfər 2014-cü ilin aprelində keçmiş MTN əməkdaşları tərəfindən həbs olunsa da, təxminən beş ay sonra gözlənilmədən istintaqın təşəbbüsü ilə onların barəsində həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmuşdu. İbtidai istintaqın qalan mərhələsində, həmçinin birinci instansiya məhkəməsində bu işə baxılarkən onlar həbsdə olmamışdılar. Yalnız Yasamal Rayon Məhkəməsində hökm oxunanda məhkəmə zalında həbs edilmişdilər.

Vəkillərin daha bir vəsatəti isə Yasamal Rayon Məhkəməsinin hakimi Aqşin Əfəndiyevin cəzalandırılması barədə oldu. Müdafiəçilər hakimin prosessual qaydaları kobud şəkildə pozduğunu əsas gətirərək, onun barəsində xüsusi qərardad çıxarılıb Məhkəmə-Hüquq Şurasına göndərilməsini istədilər.

Əsabəli Mustafayev və Yalçın İmanov eyni zamanda apellyasiya şikayətlərinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını istədilər. Çünki iş üzrə şahid qismində tanınan şəxslərdən 21 nəfər yazılı şəkildə müraciət edərək, ifadələrinin təhrif olunduğunu bildirib, yenidən dindirilməsini xahiş edib.

Buna da bax: Norveç neftin ucuzlaşmasından necə faydalanır

“ARAŞDIRILASI XEYLİ MƏSƏLƏLƏR VAR”

Məhkəmə bu vəsatətlərin heç birini təmin etmədi. Apellyasiya şikayətlərinə də məhkəmə istintaqı aparılmadan, şahidlər dindirilmədən, əlavə sübutlar araşdırılmadan baxılmasına qərar verildi.

Məhkəmədən sonra vəkil Yalçın İmanov bildirib ki, məhkəmə baxışının istintaqı aparılmadan keçirilməsi barədə ilkin iclasın qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək: “Çünki bu işdə araşdırılası xeyli məsələlər var”.

Xatırladaq ki, mühakimə olunan beş nəfər iş materiallarında "klassik nurçu" kimi təqdim olunub. Onlara qarşı CM-nin 167-2.2.1-ci (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq dini təyinatlı ədəbiyyat və dini məzmunlu digər materiallar yayma) və 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddələrilə maddələri ilə ittiham olunur. Yasamal Rayon Məhkəməsinin hökmü ilə Rəvan Fərzəliyev 1 il 6 ay, İsmayıl Məmmədov 5 il 6 ay, Eldəniz Hacıyev 4 il 6 ay, Zəkəriyyə Məmmədov və Şahin Həsənovun hər biri isə 5 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG