Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:36

Ombudsman Aparatı: 'Mehman Hüseynov razılıq edir'


Ombudsman Elmira Süleymanova, 18 dekabr 2013
Ombudsman Elmira Süleymanova, 18 dekabr 2013

Ombudsman Aparatının Milli Preventiv Qrupunun (MPQ) üzvləri Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında bloqqer Mehman Hüseynovla görüşüblər.

Bu haqda qurumun mətbuat xidməti xəbər verir.

Xəbərdə bildirilir ki, bloqqerlə təkbətək görüşülüb və kamerasına baxış keçirilib. Məlumatda onun saxlanma şəraiti ilə bağlı hüquqlarının təmin olunduğu vurğulanır.

Mehman Hüseynovun həmçinin tibbi yardım və qida təminatından, müəssisə əməkdaşlarının rəftarından razılıq etdiyi qeyd olunur.

Buna da baxın: Mehman Hüseynova 2 il həbs verilib- [video]

Məlumatda o da bildirilir ki, bloqqerin telefon danışığından istifadə hüququ təmin edilib.

“Onun ailəsi ilə görüşəcəyi məlum olub”, məlumatda bildirilir.

Qeyd edək ki, vəkili Elçin Sadıqov martın 10-da Mehman Hüseynovla görüşmüşdü. Vəkil bildirmişdi ki, bloqqerin venoz damarlarında genişlənmə olduğundan onun əməliyyat edilməsinə zərurət var.

Mehman Hüsedynov, saxlanılarkən ona verilən işgəncələrdən danışır, 10 yanvar 2017
Mehman Hüsedynov, saxlanılarkən ona verilən işgəncələrdən danışır, 10 yanvar 2017

XATIRLATMA

Mehman Hüseynov bu il martın 3-də Suraxanı rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onu Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı. Nəsimi rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapmışdı.

Buna da bax: Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"

M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız saymışdı. Ardınca da Nəsimi rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında bloqqerdən şikayət etmişdi.

Şikayətdə Mehman Hüseynovun işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan kimi dəyərləndirilirdi.

XS
SM
MD
LG