Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:08

Ombudsman Aparatı gənclərə işgəncə verilmədiyini deyir


Gənclər bir günün içində necə "narkoman" oldu?
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Gənclər bir günün içində necə "narkoman" oldu?

-

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında olduqlarını bildirirlər.

Xəbəri Ombudsman Aparatı yayıb.

Məlumatda qeyd edilir ki, MPQ üzvləri həmin müəssisədə saxlanılan Bayram Məmmədov və Qiyas İbrahimovu təkbətək qəbul ediblər. MPQ-nin həkim üzvünün iştirakı ilə həmin şəxslərin bədəninə baxış keçirildiyi bildirilir.

Məlumatda deyilir ki, baxış zamanı hər hansı xəsarət aşkar olunmayıb.

Məlumatda o da qeyd olunur ki, B.Məmmədov və Q.İbrahimov Bakı istintaq təcridxanasında saxlanılma şəraitindən razı olduqlarını, ailə üzvləri ilə maneəsiz telefon əlaqəsi yaratdıqlarını, sovqat qəbul etdiklərini, vəkillə görüşdüklərini bildiriblər.

►Bunu da oxuyun: Qiyas: “Şalvarımı çıxarıb dəyənəklə yaxınlaşdılar"

Gənc fəalların vəkili Elçin Sadıqov isə AzadlıqRadiosuna qısa müsahibəsində Ombudsmanın Milli Preventiv Qrupunun açıqlamasını əsasız sayıb. Vəkil deyib ki, gənclərin bədənində işgəncə yerlərini öz gözü ilə görüb. Bunun şəkilini də çəkib.

Azərbaycanda artıq 14 ildir Ombudsman Aparatı fəaliyyət göstərir. Bu müddətdə bu qurumdan bir dəfə də olsun ölkədə işgəncə hallarının təsdiqi ilə bağlı açıqlama olmayıb. Bəzi ekspertlər bunu Azərbaycanda Ombudsman Aparatının insan hüquqlarından çox, hüquq-mühafizə orqanlarını qorumağa üstünlük verməsi kimi izah edir.

Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da saxlanılıb. NİDA Vətəndaş Hərəkatı onların Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlamışdı.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F... the system!» sözləri yazılmışdı.

Mayın 12-də Xətai rayon Məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Gənclərin vəkili onların bədənlərində qançırlar gördüyünü deyir, B.Məmmədov isə işgəncəyə məruz qalması ilə bağlı ətraflı hesabat yazıb.

Bu gün gənclərə həbs-qətimkan tədbiri seçən məhkəmə qərarından verilən şikayətə baxılmalıdır.

XS
SM
MD
LG