Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:59

C.Həsənli: 'XX əsrin ən böyük diktatoru Stalin belə...'


Cəmil Həsənli
Cəmil Həsənli

«Polis idarəsində bloqqer Orduxan Teymurxanın bacılarının başına gətirilən müsibət, onlarla bağlı baş verənlər çox dəhşətlidir». Bunu Milli Şuranın sədri Cəmil Həsənli yazıb.

C.Həsənli qeyd edir ki, xaricdə yaşayan O.Teymurxanın bloqqer fəaliyyətinə görə bacılarının və yaxın qohumlarının polisə aparılması dəhşətli faktdır. Amma yeganə hadisə deyil: «Biz tez-tez müxtəlif rayonlardan belə məlumatlar alırıq. Hazırda belə hallar Azərbaycan polis orqanlarının adı iş metoduna çevrilib. İlham Əliyevin Azərbaycan xalqına vəd etdiyi hüquqi dövlətin əsl mahiyyəti bax, bundan ibarətdir».

Milli Şura sədri vurğulayır ki, hətta XX əsrin ən böyük diktatoru Joseph Stalin belə bəyan etmişdi ki, oğul atanın, ata oğulun, bacı qardaşın əməllərinə görə məsuliyyət daşımır.

Buna da bax-Bloqqer bacılarının polisdə incidildiyini deyir

C.Həsənli qeyd edir ki, 10 minlərlə «xalq düşməni»nin uşaqları ali məktəblərdə oxuyurdu.

Milli Şura sədrinə görə, O.Teymurxanın yazılarına görə bacılarının polisə aparılması Daxili İşlər Nazirliyinin konstitusiyanın nəzarətindən çıxdığını göstərir.

Fevralın 18-də Hollandiyada yaşayan bloqqer, siyasi mühacir O.Teymurxanın bacıları Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə aparılıblar. Bu haqda bloqqer özü sosial şəbəkələrdə məlumat yayıb.

O.Teymurxan bildirib ki, ona zəng gəlib və bacılarının polisin əlində olduğu bildirilib. Adını açıqlamayan polis əməkdaşı O.Teymurxana «Sən kişi olsaydın, bacılarını bura gətirməzdik» deyib və onu hədələyib. Bloqqer bildirir ki, ailəsi onun xaricdəki fəaliyyətinə və Azərbaycan hakimiyyətinə tənqidi fikirlərinə görə incidilir.

Buna da bax-'Yaxşı olardı nazir həmin rəqəmləri əvvəl yerli ictimaiyyətə açıqlayaydı'

Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsindən AzadlıqRadiosuna bu haqda onlarda hər hansı məlumat olmadığını deyiblər. Sosial şəbəkələrdə bloqqerə edilən zəngin nömrəsi də paylaşılıb. Ancaq həmin nömrəyə də artıq zəng çatmır.

Suraxanı rayon Polis İdarəsinin rəisi Namiq Həsənov 2003-cü ildə «İgidliyə görə» medalı ilə təltif olunub.

Cəmil Həsənlinin fikirlərinə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Daxili işlər naziri Ramil Usubov ötən həftə Avropa Şurasının işgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın, cəzanın qarşısının alınması üzrə Komitəsinin prezidenti Mykola Gnatovsky-ni qəbul edərkən demişdi ki, bəzi şəxslər Azərbaycanda polisin nüfuzuna və işgüzar imicinə xələl gətirməyə çalışır.

Nazir vurğulayıb ki, Azərbaycanda polislərin dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində məqsədyönlü və sistemli iş aparılır.

«Təkcə son 5 ildə vətəndaş hüquqlarının pozulması faktlarına görə 1579 əməkdaş cəzalandırılıb. 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 134 nəfər tutduğu vəzifədən azad olunub. 6 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib», - nazir deyib.

Müxalifət isə güman edir ki, həmin şəxslər reallıqda başqa məsələlərə görə cəzalandırılıb.

XS
SM
MD
LG