Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:34

49 nəfəri öldürməkdə suçlanan gənci... atası "yaxşı uşaq" sayır


Omar Mateen
Omar Mateen

►Orlando terrorçusunun motivi nə olub?

Ötən həftəsonu Floridanın Orlando şəhərindəki gey klubunda baş vermiş atışmanı törədən şəxsin motivləri nə idi?

Şübhəli şəxs sayılan 29 yaşlı Omar Mateenin azı 49 nəfəri öldürdüyü, 50 nəfərsən çox adamı isə yaraladığı bildirilir.

Polis onu güllə ilə vurana qədər terrorçu atışmanı üç saat ərzində davam etdirib. Mateenin mümkün motivləti ilə bağlı ilk versiyalar onun öz atası, Əfqanıstanda doğulmuş Seddique Mateendən (Mir Seddique) gəlib.

Mətbuatda çıxmış yazılarda deyilirdi ki, Omar Mateen hücum zamanı 911-ə zəng vuraraq homoseksuallara nifrət etdiyini və "İslam Dövləti" radikal silahlı qrupu ilə əlaqəli olduğunu deyib.

Mateenin keçmiş həmkarları və tanışlarının da onun bəzi azlıqlara nifrət etdiyini dediyi bildirilir. Ancaq ata Mateen NBC News-a verdiyi müsahibədə deyib ki, oğlunun hərəkətlərinin "dinlə heç bir əlaqəsu yoxdur".

Onun sözlərinə görə, oğlu bu yaxınlarda Mayamidə iki kişinin adam arasında öpüşməsinin şahidi olub. Üstəlik bu onun 3 yaşlı oğlunun qarşısında baş verib. Omar Mateen də bundan qəzəblənib. Seddique Mateen iyunun 13-də Facebookda paylaşdığı videoda dari dilində oğlundan soruşur ki, "sən niyə müqəddəs Ramazan ayında belə bir hərəkət etdin?" Daha sonra o belə deyir: "Homoseksuallıq, onlar nə etsələr Allah onları cəzalandırır. Bu bəndələrin işi deyil."

____________________________________________________________

Bunlara da bax:
REAL: 'Qanun'da axtarılan 'bomba' bu imiş
Sel Tovuzda 4 kəndlə əlaqəni kəsdi

____________________________________________________________

"Allah bütün cavanları qorusun ki, onlar müqəddəs İslam dininin yolunu tutsunlar," deyə o əlavə edir. Oğlunu "yaxşı uşaq" adlandıran ata Mateenin onun hərəkətindən üzüldüyü bildirilir.

Belə görünür ki, Seddique Mateen video mesajlar vasitəsilə və bir peyk televiziyasında şərhlər verirmiş və Əfqanıstanda özünə görə balaca auditoriyası da var imiş. O, tez-tez Pakistanın hərəkətlərinə qarşı çıxırmış. O hətta oğlunun ölümündən sonra Facebookda paylaşdığı videoda da Pakistanı günahlandırmaqdan yan keçməyib. Seddique Mateen oğlunun törətdiyi hücumdan bir neçə saat əvvəl yaydığı videosunda Əfqanıstanın indiki prezidenti Ashraf Ghanini "satqın" adlandırır, onun və rəsmilərin həbsinə çağırır. Onun ittiham etdiyi şəxslər arasında ABŞ-ın Kabildəki keçmiş səfiri Zalmay Khalilzad da var. İyunun 12-də o həmçinin Facebookda üzərində "Seddique Mateen Əfqanıstan xalqının əsl lideri" yazısı olan yaşıl rəngli maykanın şəklini paylaşıb.

Dörd ay əvvəl paylaşdığı videoda o Talibanı əfqanları öldürdüyünə və İslamı zəiflətdiyinə görə sərt tənqid edib. 2015-ci ildə Pakistanla ərazi mübahisəsi ilə bağlı paylaşdığı videoda isə Seddique Mateen Talibanı tərifləyir.

50 nəfəri öldürən Ömər Mətinin psixoloji problemi var imiş
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

XS
SM
MD
LG