Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:45

Özbəkistanda tarı qadağan ediblər


Daşkənd bazarında gözdən əlil ifaçı tar çalmaqla pul qazanır
Daşkənd bazarında gözdən əlil ifaçı tar çalmaqla pul qazanır

-

Azadlıq Radiosunun Özbək Xidmətinə daxil olan məlumata görə, televiziya verilişlərində və dövlət əhəmiyyətli tədbirlərdə tardan istifadə qadağan edilib.

Özbəkistan rəsmiləri tarın Özbəkistan milli musiqi alətləri siyahısına daxil olmadığını bildirirlər.

Özbəkistan dövlət başçılarının iştirak etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının keçirdiyi son samitdə yerli məşhur musiqiçilərin– Eşçonov qardaşlarının ifası adəti üzrə bütünlüklə tar üzərində qurulduğuna baxmayaraq, həmin tədbirdə bu musiqi aləti gözə dəyməyib.

Azadlıq Radiosunun Özbək Xidməti məsələ ilə bağlı Özbəkistan Mədəniyyət və İdman nazirliyinə müraciət edib. Nazirlikdən adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, bununla bağlı heç bir rəsmi qadağa yoxdur, sadəcə tar Özbəkistan milli musiqi alətləri siyahısına daxil deyil.

Buna da bax: Azərbaycan da Dolma Festivalı keçirir

Mənbənin dediklərinə görə, hər kəs tar çala bilər, lakin insanlar unutmamalıdırlar ki, bu, Özbəkistan yox, Azərbaycanın milli musiqi alətidir.

Bir çoxları tarın Azərbaycana məxsus olduğunu deyir, lakin İranın iddialarına görə, bu musiqi aləti qədim farsların ixtirasıdır.

Özbəkistan dövlət hərbi orkestrindən verilən məlumata görə isə, tar Azərbaycan milli musiqi aləti olduğuna görə Özbəkistanın ona ehtiyacı yoxdur.

Mənbə onu da deyib ki, musiqi məktəblərində artıq tar dərsləri də keçirilməyəcək, lakin ev məclislərində və ya heç bir çəkilişi olmayan kiçik tədbirlərdə tar çalına bilər.

Qeyd edək ki, tarla yanaşı akkordion da “qeyri-özbək” musiqi alətləri siyahısına düşüb.

Qeyd edək ki, 4 il qabaq UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsi Azərbaycan tar ifaçılıq sənətini UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil etmişdi.

Bu, İranın etirazına səbəb olmuşdu.

XS
SM
MD
LG