Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:28

Prezident məmurlara toya getməyi qadağan etdi: 'Hünəriniz var...'


Qadağaya baxmayaraq, toylar yenə dəbdəbəli keçirilir
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

Qadağaya baxmayaraq Özbəkistanda toylar yenə dəbdəbəli keçirilir

"Baş nazirin müavini belə dəbdəbəli toyda iştirak etmək üçün pulu hardan alır? Bir az araşdırsan, məlum olacaq ki, oğurluq puldu""

Özbəkistan prezidenti Şavkat Mirziyayev məmurlara toy və ad günlərində iştirak etməyi yasaqlayıb.

Azadlıq Radiosunun özbəki xidmətinin əldə etdiyi audioyazıda prezident bunu ölkədə korrupsiyanın səviyyəsini azaltmaq istəyilə əlaqələndirir.

Gözlə

No media source currently available

0:00 0:03:33 0:00
Direct-ə keçid

16 dəqiqəlik səsin, prezidentin fevralın 27-də keçirdiyi videoselektor müşavirəsində yazıldığı deyilir.

Mirziyayev baş nazirin və Daşkəndin icra hakiminin də iştirak etdiyi müşavirədə bildirir ki, "o, məmurların düzgün işləmələri üçün hər cür şərait yaradıb və artıq onlardan xalqa ədalətlə xidmət etmələrini tələb etməyin vaxtı çatıb":

"Səhər qərar elan olunacaq. Nazirlərə, icra hakimlərinə və icra orqanlarının nümayəndələrinə toylarda iştirak etmək qadağan ediləcək. Əgər hansısa çayxananın qarşısında dövlət nömrəli maşın görsəm, həmin məmuru dərhal cəzalandıracam".

Prezident deyir ki, "korrupsiyanın kökünü kəsmək üçün" dəbdəbəli toy məclislərinin keçirilməsinə və məmurların toylarda iştirakına qadağa oymağa məcburdur. Onun sözlərinə görə, korrupsiya cəmiyyətin bütün təbəqələrinə sirayət edib və məmurlar arasında geniş yayılıb:

Şavkat Mirziyayev
Şavkat Mirziyayev

"Mənim özüm də daxil olmaqla, heç bir məmur ad günləri və toylarda iştirak etməyəcək. Yetər, o dövlər artıq keçib. Bütün bunlar camaatı qıcıqlandırır, hiddət doğurur. Belə mərasimlər və toylar yüksək vəzifəli məmurların iştirakı olmadan keçiriləcək. Baş nazir bütün müavinləri ilə birlikdə toya gedir, bu başdan o başa düzülürlər... Sən o toyda 20 kiloqram ət bişirməkdənsə, kasıba əl tut ki, evini rəngləsin, ona televizor al".

Prezident bildirir ki, bundan sonra toyların "ciddi reqlamenti olacaq". Toy sahiblərinə toya maksimum 120 qonaq çağırmağa icazə veriləcək.

"Hünəriniz var, etiraz edin, cəzalandıraram" - deyə prezident zaldakı məmurlara xəbərdarlıq edir.

Prezident deyib ki, toylar bundan sonra gündüz vaxtı keçiriləcək. Günorta 2-də, 3-də bitəcək. Toyda yalnız gənclər iştirak edəcək, yaşlılar nişanda iştirak edəcək. Bəzi bölgələrdə, məsələn Əndicanda toyla yanaşı "səhər plovu" deyilən adət də var. Ora da yüzlərlə adam çağrılır. Prezident deyir ki, həmin adət ləğv olunacaq.

Mirziyayev axşam toy mərasimi keçirən şadlıq evlərini bağlamaqla hədələyib.

Daşkənddə keçirilən toylara toxunan prezident deyib ki, "dörd qızı olan daşkəndli onlara toy eləmək üçün gərək özünü assın":

Özbəkistanda toy
Özbəkistanda toy

"İmkanı yoxdu, amma borca girir, öz sağlamlığına fikir vermir, yalnız qızlarının toyu üçün pul yığır. Gərək hamının qarnını doyursun, qızına mebel alsın. Biz bu məsələni təşviqat yolu ilə həll etmək istəyirdik, amma alınmadı. Bizə belə toylar lazımdı?"

Prezident hesab edir ki, dəbdəbəli mərasimlər yığışdırılsa, korrupsiya da azalar:

"Əgər toyların keçirilməsi qayadalarını sərtləşdirsək, korrupsiya-filan da olmaz. Hamı razı qalar, ədalət bərqərar olar. Hamı eyni cür toy edər. Əgər rəhbər işçilərdən kimsə - istər prokuror olsun, istər vergi işçisi, istərsə də gömrükçü - bu qaydanı pozsa, həmin gün həbs etdirəcəm. Baş nazirin müavini belə dəbdəbəli toyda iştirak etmək üçün pulu hardan alır? Bir az araşdırsan, məlum olacaq ki, oğurluq puldu".

Prezident deyir ki, vətəndaşlar övladlarını evləndirmək, qızına cehiz pulu düzəltmək üçün "20 min dollar pul yığmaqdan ötrü" Rusiyaya işləməyə gedir.

Prezident toylar haqda qərarın "sabah elan olunacağını" desə də, hələ ki, onu heç bir dövlət qəzetində oxumaq mümkün olmayıb.

Buna da bax: Prezident məmurları işdən qovmaqla hədələdi

Prezident məmurları işdən qovmaqla hədələdi
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

XS
SM
MD
LG