Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:52

Paşinyanı devirmək cəhdi?


İşxan Saqatelyan
İşxan Saqatelyan

Ermənistanda 13 siyasi partiya “operativ qərargah” yaradılması və bu orqana qərərlar qəbul edilməsi səlahiyyətlərinin verilməsini təklif edib.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, bu təklifi Nikol Paşinyan hökumətinə Daşnaksutyun partiyasının vəzifəli rəsmisi İşxan Saqatelyan təqdim edib.

Bu da xəbər verilir ki, Daşnaksutyun partiyasına qoşulan partiyaların arasında keçmiş hakim Respublika və bu yaxınlarda yaradılmış Vətən partiyaları da var. Vətən partiyasına Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan rəhbərlik edir.

“Çevriliş nyuansları”

Təklifin ikinci maddəsində deyilir ki, sözü gedən orqana “Ermənistanın və Dağlıq Qarabağın keçmiş və indiki prezidentləri, baş nazirləri, müdafiə və xarici işlər nazirləri, habelə siyasi və hərbi təcrübəsi olan başqa şəxslər daxil olmalıdır”.

Ermənistan parlamentində hakim “Mənim addımım” fraksiyasının rəhbəri Vaaqn Tevosyan 13 partiyanın təklifinin “antkonstitusya” mahiyyəti daşıdığını deyib:

“Mən burda konstitusiya quruluşunun devrilməsi nyuanslarını görürəm...Hesab edirəm ki, hazırda hərbi-siyasi hakimiyyət öz işini yaxşı yerinə yetirir və belə bir orqana ehtiyac yoxdur, üstəlik də bu orqan antikonstitusyondur”.

Bununla belə Tevosyan deyib ki, sözü gedən partiyalar hansısa məşvərətçi xidmət göstərə bilərlər.

O bir daha vurğulayıb ki, təklif olunan orqanın yardılması xüsusilə də hərbi vəziyyət zamanı təhlükəlidir.

“Düşmənə təhlükəli siqnal”

Bu təklifə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da münasibət bildirib.

O deyib ki, “məni ciddi və kütləvi partiyalar sayılan Daşnaksutyun və Respublika partiyalarının bir ovuc məsuliyyətsiz partiyanın təsirinə uyması təəccübləndirir”.

“Bununla belə mən bəzilərinin düşündüyü kimi hesab etmirəm ki, bu bəyanatın təsəbbüşkarlarının məqsədi dövlət çevrilişidir. Düşünürəm ki, bu təklif onların Artsax və Ermənistanın taleyindən dərin narahatlığından doğub”.

Levon Ter-Petrosian
Levon Ter-Petrosian

Ter-Petrosyan əlavə edib ki, hazırkı vəziyyətdə hərbi-siyasi “didişmə” arzuolunmazdır:

“Biz bununla düşmənə çox təhlükəli siqnal verərik”.

Daşnakların təşəbbüsünə 1998-1999-cu illərdə Ermənistanın baş naziri olmuş Armen Darbinyan da Twitter-də reaksiya verib:

“13 partiyanın təklifini nəinki yersiz, həm də ziyanlı hesab edirəm. Ölkənin rəhbəri var və o vəziyyət üçün tam məsuliyyət daşıyır. Əgər məqsədəuyğun bilsə, kiminlə istəsə məsləhətləşə bilər. Keçmiş baş nazir kimi mən hər hansı belə formatda iştirakdan imtina edirəm”.

XS
SM
MD
LG