Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:06

Azərbaycan Pakistandan hansı silahları alacaq?


Pakistanın ballistik raketləri və dronları ölkənin müstəqillik günündə nümayiş etdirilir (Foto arxivdəndir)
Pakistanın ballistik raketləri və dronları ölkənin müstəqillik günündə nümayiş etdirilir (Foto arxivdəndir)

Azərbaycan Pakistandan silah almağı planlaşdırır. Bu barədə məsələ Azərbaycan Müdafiə Nazirliyi nümayəndə heyətinin Pakistana səfəri zamanı da müzakirə edilib.

Əldə edilmiş razılaşmaya əsasən Aszərbaycan qarşıdan gələn beş ildə Pakistan silahlarına 500 milıyon dollar xərcləyəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivləri, eləcə də görüləcək birgə tədbirlər nəzərdən keçirilib.

Bu səfərin yekunu olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikasının Birləşmiş Qərargahı arasında ikitərəfli hərbi əməkdaşlıq Planı imzalanıb.

Sənədin məzmunu açıqlanmır.

Bəzi təhlilçilər xərclənməli pulun məbləği üzərində mülahizə yürüdərək bildirirlər ki, burada söhbət böyük bir ehtimalla Pakistandan orta mənzilli raket və raket sistemlərinin alınmasından gedə bilər.

Rəsmi Bakı Rusiyanın Ermənistana strateji İskander raket sistemlərini verməsindən narzaılıq edirdi.

Hərbi məsələlər üzrə ekspert Azad İsazadə deyir ki, Pakistan ordusu dünyada güclü ordulardan biridir. Onun sözlərinə görə belə bir ordunun hərbi texnikası zəif ola bilməz. Ekspert deyir ki, Pakistan kimi dövlətdən hərbi silah-sursatın alınması həm siyasi təzyiq vasitəsi kimi, həm də lazım olduqda silahlardan real istifadə zamanı Azərbaycan və Ermənistan ordularının müqayisəsində balans baxımından Azərbaycanın xeyrinə ola bilər.

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov da deyir ki, iki ölkə arasında razılaşdırılan sənəd çox mühüm və əhəmiyyətli sənəddir.

Ekspertin sözlərinə görə, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq artan xətt üzrə inkişaf edir və bu Azərbaycanın xeyrinədir.

Üzeyir Cəfərov bildirir ki, razılaşdırılmış sənəddə tək müdafiə deyil, həm də müdafiə sənayesi nazirliyi ilə bağlı məsələlər nəzərdə tutulub.

Digər ekspert Emin Həsənli də deyir ki, Pakistan bütün dünyada çox modern və güclü ordusu ilə yanaşı, son dərəcə müasir silahlara malikdir. Ekspert deyir ki, peşəkarlıq baxımından da bu əməkdaşlıq uğurlu ola bilər.

XS
SM
MD
LG