Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:34

Nazirlik: 'Sovet dövrü deyil ki... onları məcbur edən yoxdur, özləri gedirlər'


Pambıq zülmündən qurtarmaq üçün 30 milyon lazımdır
Gözlə

No media source currently available

0:00 0:15:05 0:00

Pambığı niyə kombaynlarla yığmırlar?

Kənd Təsərrüfatı Nazirliyi zorla pambıq yığımı haqda deyilənlərə aydınlıq gətirdi.

Zərdabda büdcə təşkilatlarında işləyənlərdən ikisi AzadlıqRadiosu-na deyib ki, onları zorla pambıq yığmağa aparırlar. Deyiblər ki, getməsələr, işdən çıxarılacaqlar. Zərdabın icra hakimiyyətindən deyiblər ki, heç kimi zorla pambığa aparmırlar. Gedənlər könüllülərdir.

Sabirabad və Saatlı Mədəniyyət işçiləri də tarlada öz şəkillərini çəkib Facebook-da paylaşıblar.

Buna da bax:​ Zərdabda pambıq yığmayan işsiz qalacaq

Sovet dövründə büdcə təşkilatlarında işləyənlər kolxozun torpağında pambıq yığardılar. İndi torpağın hamısı özəl mülkiyyətdədir. Müəllimlər, həkimlər özəl fermaların torpaqlarında işləyirlər.

Kənd Təsərrüfatı Nazirliyindən deyirlər ki, onları məcbur eləyən yoxdur, özləri gedirlər. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Murtuzəli Hacıyev:

“Müəllimin də pambıq sahəsi ola bilər, həkimin də. İşdən sonra gedib işləyə bilərlər. Heç kim heç nəyə məcbur edilmir. Sovet dövrü deyil ki, nəyəsə məcbur edilsinlər. Hamısı şəxsi sahələrdir”.

Buna da bax:​ ASAN xidmətinin əməkdaşları da pambıq yığımına aparıldı

Hüquqşünas Müzəffər Baxışov deyir ki, icra hakimiyyətləri camaatı pambıq yığmağa məcbur edirsə, onlara iş düşür.

“Ciddi qanun pozuntusudur. Konstitusiyanın və Əmək Məcəlləsinin pozulmasıdır. Bu faktlar təsdiqini taparsa, həmin şəxslər cinayət məsuliyyətinə və ya inzibati məsuliyyətə cəlb olunmalıdırlar”.

Bəs pambığı əllə yox, kombaynla yığmaq olmazmı?

İqtisadçı Natiq Cəfərli deyir ki, olar. əl əməyi 19-cu əsrdə qalıb.

"ABŞ-da 100 ha yaxın əkin sahəsini cəmi 6-7 nəfər müasir texnika ilə əkir. Bu da məhsulun maya dəyərinin düşməsinə, keyfiyyətinin artmasına səbəb ola bilir. Saatda 2 tona yaxın pambıq yığa bilir. İnsanla müqayisədə bu, yüzlərlə dəfə çoxdur".

Natiq Cəfərli deyir ki, 20-30 milyon manat kifayətdir ki, bütün ölkə üçün kombayn almaq mümkün olsun. Bu qədər pul, məsələn, Bakıda bir körpüyə çəkilən vəsaitin 5 də 1-i qədərdir.

Özbəkistan Sovet dövründə də pambıqçılıq ölkəsiydi, müstəqillik olduğu bu 25 ildə də iqtisadiyyatı pambıqdan asılı qalmaqda davam edib. Burada sovet dövründəki kimi yenə də əl əməyindən istifadə edilir.

Buna da bax:​ 'Xəstəxana işçilərinin hamısını pambıq yığımına aparıblar'

2016-cı il Beynəlxalq Qul əməyi indeksinə görə, Özbəkistan dünyanın 5 müasir quldarlıq ölkəsindən biridir.

AzadlıqRadiosu-nun Özbək xidmətinin əməkdaşı Sərvər Osmandan soruşmuşuq ki, ölkəsində niyə pambığı hələ də əllə yığırlar?

“Texnika çatmır. Həm də əl əməyi ucuzdur. Güclə gətirirlər büdcə təşkilatları işçilərini. Pambığa aidiyyəti olmayanları gətirirlər- müəllimi, həkimi. Onlara az pul verirlər”.

Azərbaycanda, Zərdabda, adının çəkilməsini istəməyən müsahibimiz də deyir ki, gün ərzində 3 manat qazana bilib.

Yığım keçən ay İlham Əliyevin pambığın inkişafı ilə bağlı çıxışından sonra sürətlənib. Bu il 100 min ton pambıq yığılmalıdır, gələn il lap çox yığılacaq.

XS
SM
MD
LG