Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:28

Pənah Hüseynin dairəsi ilə bağlı qərar verildi


Pənah Hüseyn
Pənah Hüseyn

►Mərkəzi Seçki Komissiyası 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən deputatlığa namizəd Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin şikayətinə baxıb.

APA-nın məlumatına görə, MSK üzvü Bəxşeyiş Əsgərov deyib ki, Pənah Hüseyn onlardan bu dairədə səslərin yenidən sayılmasını istəyib.

P. Hüseyn müraciətində seçki qutularına topa bülletenlər atıldığını, seçicilərin sayının şişirdildiyini və seçicilərin barmaqlarına mürəkkəb vurulmadığını iddia edib.

B. Əsgərovun sözlərinə görə, MSK-nın apardığı araşdırma zamanı məlum olub ki, seçki məntəqələrində 600-dən çox müşahidəçi olub. Məntəqə seçki komissiyasının protokolları səsvermədən sonra təqdim edilib, müvafiq yerdən asılaraq ictimailəşdirilib. P. Hüseynin səlahiyyətli nümayəndəsi Novruz Quluzadəyə öz xahişi ilə DSK-nın karbonlaşdırılmış protokolunun ikinci nüsxəsi təqdim edilib. O, isə mobil telefonla protokolun surətini çəkməklə kifayətlənib.

B. Əsgərovun deməsinə görə, araşdırma zamanı o da məlum olub ki, səsvermədə iştirak edən seçicilərin sayı protokoldakı seçicilərin sayı ilə üst-üstə düşür:

“Digər tərəfdən, 13 saylı məntəqədə səslərin sayılması zamanı müvafiq normalara əməl edilməyib. Buna görə də bu məntəqədə səsvermənin nəticələrinin etibarsız sayılması üçün əsas yaranıb. Pənah Hüseynin səs verən seçicilərlə protokoldakı seçicilərin sayının arasında böyük fərq olması barədə iddiası da təsdiqini tapmadı”.

Buna da bax: Rusiya Ermənistanla birgə havadan müdafiə sistemi qurur

Məsələ səsverməyə çıxarılıb. MSK 63 saylı Sabirabad Birinci Seçki Dairəsinin 13 saylı məntəqəsində seçkinin nəticələrini ləğv edib. Eyni zamanda 35 məntəqədən birində nəticələr ləğv olunduğu üçün 63 saylı Sabirabad Birinci Dairə Seçki Komissiyasının seçkinin nəticələri haqqında qərarı ləğv olunub.

P. Hüseynin şikayətindəki digər məqamlar əsassız sayılıb. Başqa sözlə, 1 məntəqə istisna olmaqla MSK digər məntəqələrin nəticələrini təsdiqləyib .

Bununla da 63 saylı Sabirabad Birinci Seçki Dairəsində lider namizəd dəyişməyib. Bu dairədə lider namizəd Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin aparat rəhbəri Elçin Quliyevdir.

XS
SM
MD
LG